• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı çoxsaylı binalarda görülən işlərlə tanış olub


Bu gün dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı son iki il yarımdır ki, uğurla icra edilir desək yanılmarıq. Ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması bu sahənin daim diqqət mərkəzində olması deməkdir.

Rayonda təmir olunan həmin çoxmənzilli binalardan - Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli, 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60 və 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları ölkə başçısının imzaladığı Sərəncamın olduğu kimi icra olunmasının göstəricisidir.

Dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı isə bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsinə böyük təkan verir.

Artıq həmin Sərəncama əsasən Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsi bunun əyani sübutudur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtüyü yenilənən Bakı küçəsi 1 ünvanında yerləşən binada olub. Rayon rəhbərinə məlumat verilib ki, binanın dam örtüyünün vurulması tam başa çatıb.

Sonra icra başçısı əsaslı şəkildə təmir olunan Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada görülən işlərlə də tanış olub.

Bildirilib ki, binanın xarici fasadında, bloklarında suvaq və üzlük vurulması işləri aparılır. Elektrik xətləri səliqəyə salınır.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, rayon rəhbərinin tapşırığına əsasən şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı yaşayış binası da əsaslı şəkildə təmir olunur.







GOYEZEN.AZ



Facebook-da paylaş