• Təqvim

  • Unutma

  • Maraq



Aşıq sənəti xalqımızın milli-mənəvi sərvətidir


Son iki il yarımdır ki, Qazax rayonunda tikinti-quruculuq işləri ilə yanaşı, bütün sahələrə diqqət göstərilir. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət ayırdığı, qayğı ilə yanaşdığı sahələrdən biri də mədəniyyət sahəsidir. Bunu rayonda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz, söz adamlarının doğum və anım günlərinin yüksək səviyyədə keçirilməsindən, onların xatirəsinə ucaldılmış abidə və büstlərinin yenidən bərpa edilməsindən, tarixi günlərin böyük təntənə ilə qeyd olunmasından aydın şəkildə görmək olar.

Ötən yazılarımızda isə rayon rəhbərliyinin tapşırığına əsasən Azərbaycanın ustad aşıqlarından olan Aşıq Ələsgərin və Aşıq Şəmşirin şəhərin mərkəzində büstlərinin qoyulması və ətrafının abadlaşdırılması barədə məlumat vermişdik. Hazırda bu istiqamətdə nəzərdə tutulan işlərin xeyli hissəsi görülüb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov büstlərin qoyulacağı yerdə görülən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Rayon sakinləri qədim tarixi köklərə malik olan aşıq sənətinə və aşıqlarımıza verilən qiyməti, dəyəri minnətdarlıq hissi ilə qarşılayırlar. Gənc nəslin milli mənlik şüurunun formalaşmasında, onların vətənpərvər böyüməsində, mədəniyyətini, tarixini, qədim el sənətini öyrənmək baxımından bu cür işlərin görülməsini yüksək qiymətləndirirlər.





GOYEZEN.AZ

 



Facebook-da paylaş