• Təqvim

  • Unutma

  • Maraq



2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun HESABAT MƏRUZƏSİ

Bildiyiniz kimi, oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin doqquz ayında Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz çıxışında bu ilin doqquz ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın 2018-ci ildə də öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd etmişdir. Bu gün ölkəmizin hərbi potensialı və döyüş qabiliyyəti yüksək səviyyədədir. Bizim orudumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib. Bununla yanaşı biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün  beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ edirik. Təsadüfi deyil ki, keçən il ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunmuşdur. Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının - Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. Bu ilin doqquz ayında iqtisadiyyatımız, yəni ümumdaxili məhsul 0,8 faiz, qeyri-neft sektorunda artım 1 faiz, sənaye istehsalı 1 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı 4,3 faiz artmışdır. İnfilyasiya cəmi 2,6 faiz, əhalinin gəlirləri isə 9,5 faiz olmuşdur. Cənab Prezident öz çıxışında bu ilin doqquz ayında Azərbaycan iqtisadiyyatına ümumilikdə 9 milyard dollar sərmayə qoyulduğunu qeyd edərək bildirmişdir ki, bu  sərmayənin də  5,6 milyard dolları qeyri-neft sektoruna aiddir. Eyni zamanda, valyuta ehtiyatlarımız artaraq 45 milyard dollara çatmışdır ki, bunun da 3 milyard dolları ilin əvvəlindən yığılan vəsaitdir. Ölkə başçısı doqquz ayda xarici ticarət dövriyyəsinin 37 faiz və ixracın da təxminən bir o qədər artdığını bildirmişdir. Qeyri-neft ixracı isə 14 faiz artmışdır ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır. Ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması önəmli amillərdən biridir. Dövlətin maliyyə dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. Misal üçün bu il polipropilen zavodunun açılışı olmuşdur və açılışda İtalyanın prezidenti iştirak etmişdir. İlin sonunadək "SOCAR Polimer”in ikinci layihəsi-yüksək sıxlıqlı polietilen zavodu da istifadəyə veriləcəkdir. Bu layihələrə qoyulan sərmayənin dəyəri 800 milyon dollardan çoxdur. Yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki "Star” neftayırma zavodu istifadəyə veriləcək. Azərbaycan bu layihəyə 6 milyard dollardan çox vəsait qoymuşdur. Cənab Prezident 2018-ci ilin may ayında Bakıda "Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı olduğunu, ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışı olduğunu bildirərək və "Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyini qeyd etmişdir. Artıq "Cənub Qaz Dəhlizi”nin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı heç bir problem yoxdur. Bunlar bu ilin doqquz ayında əldə edilmiş əsas nailiyyətlərdir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi  inkişaf davam etdirilir.

2018-ci ilin doqquz ayı rayonumuz üçün uğurlu olmuşdur.

Qazax rayonu üzrə 2018-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9363000 manat məbləğində müəyyənləşdirilmişdir.

2018-ci ilin doqquz ayı ərzində yerli daxilolmalar 6832181 manat proqnoza qarşı 8461121 manat və ya 123,84 faiz yerinə yetirilərək büdcəyə 1628940 manat yəni 23,84 faiz artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə büdcəyə 1215197 manat və ya 16,77 faiz çox vəsait daxil olmuşdur.

2018-ci ilin doqquz ayında qarşılıqlı hesablaşmalar əsasında 1208940 manat vəsait daxil olmuş və 771.005 manat vəsait öz təyinatı üzrə xərc edilmişdir.

Yekun olaraq 2018-ci ilin doqquz ayında yerli gəlirlər cəmi 8041121 manat proqnoza qarşı 9670061 manat, yəni 120,26 faiz yerinə yetirilmişdir.

2018-ci ilin doqquz ayında yerli xərclər 7880077 manat proqnoza qarşı 6428654 manat, yəni 81,58 faiz icra olunmuşdur.

Rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2018-ci ilin 9 ayı ərzində əhaliyə 18176770 manat kredit verilmiş, əhalidən 2899173 manat və 444,972 ABŞ dolları əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 layihə üzrə 4016000 manat (71 iş yeri yaradılmaqla) kredit verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə əmək pensiyaları, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin əmək haqları artırılmışdır. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2018-ci ilin 9 ayında 29125300 manat vəsait köçürülmüşdür. Şöbədə 2018-ci ilin 9 ayında sosial sığorta haqları üzrə yığım  proqnozu 88,0 faiz yerinə yetirilmişdir. Belə ki, 2574000 manat proqnoza qarşı 2263000 manat vəsait toplanmışdır.

O cümlədən, bu göstərici büdcə təşkilatları üzrə 1554000 manat proqnoza qarşı  1380000 manat toplanmaqla 89,0 faiz, qeyri-büdcə təşkilatları üzrə 1020000 manata qarşı 883000 manat olmaqla 87,0 faiz, hüquqi şəxslər üzrə 582000 manata qarşı 530000  manat olmaqla 91,0 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə isə 252000 manata qarşı 202500 manat toplanmaqla 80,3 faiz yerinə yetirilmişdir. 

2018-ci ilin 9 ayında şöbədə qeydiyyatda 13402 nəfər pensiyaçı olmuşdur. Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətləri hər ay vaxtında ödənilir, gecikmə hallarına yol verilmir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2384 nəfər müharibə veteranına 1180000 manat müavinət, 3429 nəfərə 2004000 manat sosial müavinət ödənilmişdir.

Hesabat dövrü ərzində əhalinin elektrik enerjisitəbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.

Məlumat üçün bildirirəm ki,  rayon üzrə Qazax Elektrik şəbəkəsi tərəfindən 23719 abonentə xidmət göstərilir.      

2018-ci ilin 9 ayında Qazax Elektrik şəbəkəsi tərəfindən rayonu elektrik təchizatı ilə təmin edən 110/35/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcədə 35/10 kv-luq yarım stansiyalarda olan avadanlıqlarda cari təmir işləri, 35 kv-luq hava  xəttində, 10 kv-luq hava xəttində, 0,4 kv-luq hava xətlərində də təmir işləri aparılmışdır.

Qeyd edilən hava xətləri üzrə 52,05 km uzunluğunda cari təmir işləri aparılmış, 581 ədəd izolyator dəyişdirilmiş, 14,4 km uzunluğunda tarımlama işləri aparılmış, 19,5 km məsafədə ağaclar budanmış, 22 ədəd əyri dayaq düzəldilmiş, 70 ədəd ağac dayaq, beton dayaqla əvəz edilmiş, 2,7 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuşdur.

Bildirmək istəyirəm ki, dövlət proqramına uyğun olaraq rayon üzrə SİP kabelləşmə işlərinə də başlanılmşdır. Belə ki, Kosalar kəndində yeni salınmış məhəllədə 2,875 metr uzunluğunda SİP kabel çəkilmiş 109 ədəd dayaq quraşdırılmış, Çaylı kəndində 1800 metr uzunluğunda SİP kabel çəkilmiş, 50 ədəd dayaq quraşdırılmış, Daş Salahlı kəndində 4492 metr uzunluğunda SİP kabel çəkilmiş, 85 ədəd dayaq quraşdırılmış, rayonunun sərhəddə yerləşən Böyük Cəfərli kəndində 9384 metr SİP kabel çəkilmiş, 21 ədəd metal dayaq və 1 ədəd 250 kvA gücündə yeni transformator quraşdırılmış, Bala Cəfərli kəndində 2645 m uzunluğunda SİP kabel çəkilmiş, 89 ədəd metal dayaq quraşdırılmış, Quşçu Ayrım kəndində 10,163 km uzunluqda SİP kabel çəkilərək 89 ədəd metal dayaq quraşdırılmışdır. Eyni zamanda, 2018-ci ildə Qazax şəhərinin S.Vurğun küçəsində 1244 metr SİP kabel çəkilmiş, 16 ədəd dayaq quraşdırılmış, Bakı küçəsində 650 metr uzunluğunda SİP kabel çəkilmiş, 29 ədəd dayaq quraşdırılmış, Əhməd Seyidov küçəsində 2375 metr uzunluğunda SİP kabel çəkilmiş, 43 ədəd dayaq quraşdırılmış, Hüseyn Arif küçəsində 1428 metr uzunluğunda SİP kabel çəkilmiş, 45 ədəd dayaq quraşdırılmış, Məcburi köçkünlərin yaşadığı sahədə 1149 metr uzunluğunda SİP kabel çəkilmiş, 30 ədəd dayaq quraşdırılmış, Mehdi Hüseyn küçəsində 1394 metr uzunluğunda SİP kabel çəkilmiş, 32 ədəd dayaq quraşdırılmış, Şəhidlər Xiyabanı küçəsində 1420 metr uzunluğunda SİP kabel çəkilmiş, 16 ədəd dayaq quraşdırılmışdır.

Kənd təsərrüfatının inkişafına dair yeni suvarılacaq əkin sahələrini bol su ilə təmin etmək üçün 35/6 kv-luq I Pillə Nasos yarımstansiyasında köhnə  transformator  yeni  transformatorla əvəz ediləmiş, 35/6 kv-luq II Pillə Nasos yarımstansiyasından III Pillə Nasos yarımstansiyası üçün yeni müasir tipli çala qurulmuş və 3,6 km uzunluğunda yeni qidalandırıcı xətt çəkilmişdir. Görülmüş işlərin nəticəsində 9 ayda itkilər 1968113 kvt saat azalmışdır.

Beləliklə, 9 ay ərzində Qazax rayonunda şəbəkənin gücü ilə 41019 metr SİP kabel çəkilmiş, 598 ədəd yeni metal dayaq və 2 ədəd yeni transformator quraşdırılmışdır.

Məlumat üçün bildirirəm ki, ilin sonunadək Qazax şəhərinin M.Ə.Rəsulzadə, N.Nərimanov küçələrində, Çaylı, Bala Çaylı, Fərəhli, Qarapapaq kəndlərində fəaliyyət göstərən açıq naqillərlə çəkilmiş 0,4 kv-luq xətlər 20 km uzunluğunda SİP kabelin çəkilişi ilə başa çatdırılacaqdır. Eyni zamanda, bu il Qazax şəhərində 4 ədəd və sərhəd kəndlərində 9 ədəd yeni transformatorların quraşdırılması nəzərdə tutulmuşdur.

2018-ci ilin 9 ayında Elektrik Şəbəkəsinə 80 394 800 kvt saat enerji ötürülmüşdür. Orta hesabla 10,1 faiz itki 8 119 900 kvt saat çıxıldıqdan sonra 72 274 900 kvt saat faydalı enerji qalmışdır. Bunun da dəyəri 5 900 800 manat olmuşdur. Şəbəkə üzrə cəmi pul yığımı 5 485500 manat, o cümlədən əhali sektorunda 2 047 000 manat olmuşdur. Ümumi yığım 93,0 faiz təşkil etmişdir

2017 və 2018-ci illərin 9 aylıq göstəricilərini müqayisə edərkən 2018-ci ildə şəbəkə üzrə cəmi pul yığımı 498600 manat artım, o cümlədən, əhali sektorunun pul yığımında isə 138900 manat artım olmuşdur. Ümumi yığım faizində 2017-ci ilin 9 ayına nisbətən 2018-ci ilin 9 ayında 4,5 faiz artım olmuşdur. Qeyd etmək istəyirəm ki, müqayisədə keçən ilə nisbətdə yığımda artım olmasına baxmayaraq şəbəkədə 359000 manat debitor yaranmışdır. Qısa müddət ərzində yığılması təmin edilməlidir.

Bildiyiniz kimi, Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon üzrə Qazax xidmət sahəsi tərəfindən 21321 abonentə xidmət göstərilir.

Qazax Xidmət Sahəsi tərəfindən 9 ayda istehlakçılara 82521095 kub metr təbii qaz satılmışdır. Əhali abonentlərə satılmış qazın dəyəri 2021144 manat, yığım isə 2402060 manat olmaqla 118,9 faiz yerinə yetirilmişdir. 2017-ci illə müqayisədə 2018-ci ildə əhali abonentlərindən qazın satışına görə yığım 6,29 faiz çox olmuşdur. Ötən dövr ərzində 152 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 797 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz olunmuşdur. "Təmiz Qaz” MMC tərəfindən aşkar olunmuş müxtəlif diametrli qaz xətlərində 3774 ədəd sızma aradan qaldırılmışdır. Ümumilikdə rayon ərazisində 640 p/m qaz xətləri korroziyaya uğradığına görə yenisi ilə əvəz olunmuşdur. Qeyd etmək istəyirəm ki, keçən ilə nisbətdə yığımda artım olmasına baxmayaraq xidmət sahəsində keçən illərdən 4424657 manat debitor yaranmışdır (Akkord  şirkəti 3060962  manat, əhalidə isə  1125972 manat təşkil edir). Qısa müddət ərzində yığılması üçün tədbirlər görülməlidir.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2018-ci ilin doqquz aylıq yekununa görə 1078920 manat tarif gəliri proqnozuna qarşı 1186825 manat gəlir əldə edilərək proqnoz tapşırığa 110 faiz əməl olunmuşdur. 2017-ci ilin 9 ayı ilə müqayisədə 122804 manat artıq vəsait yığılmışdır. Proqnoz tapşırığın 1059918 manatı (89 %) əhaliyə göstərilən rabitə xidmətindən əldə olunmuşdur.

2018-ci ilin 9 ayı ərzində "Aztelekom” internet xidmətindən 609428 manat vəsait yığılmışdır ki, bu da ümumi gəlirin 51,3 faizini təşkil edir.

Bu dövr ərzində texniki sahədə də bir çox işlər görülmüşdür. Belə ki, Daş Salahlı, Çaylı, Kosalar və Qazaxbəyli kəndlərində ümumilikdə 210 nömrəlik xətt təsərrüfatı tikilərək istifadəyə verilmiş və bundan 200 nömrə artıq çəkilmişdir.

Bala Çaylı kəndində 256 nömrəlik yeni stansiya qurulmuş, 2000 m fiber optik kabel çəkilərək Çaylı EATS-nə qoşulmuş, 350 nömrəlik xətt təsərrüfatı tikilib istifadəyə verilmişdir.

Yuxarı Salahlı kəndində 536 nömrəlik EATS binasının qəzalı vəziyyətdə olması səbəbindən yeni bina tikilərək köçürülmüş, tutumu 40 nömrə artırılmışdır.

Şəhər mərkəzində və kəndlərdə təmir məqsədilə ümumilikdə 104 ədəd dəmir dirək, 110 ədəd ağac dirək basdırılmış, ümumilikdə 20 km hava rabitə xətləri texniki normaya gətirilmiş, şəhərdə təmir olunan 88 ədəd çoxmərtəbəli binaların fasad və bloklarında rabitə xətləri səliqəyə salınaraq texniki normaya gətirilmişdir.

Bu müddət ərzində qovşaq üzrə 1124 portluq geniş zolaqlı sürətli internet avadanlığı qurulmuş internet istifadəçilərinin sayı 1092 nəfər artaraq 6791 nəfərə çatmışdır.

Koorporativ müştərilərə fiber-optik kabel vasitəsilə sürətli internet verilməsi məqsədilə  İkincı Şıxlı kəndində Aqrar Kompleksə 2200 metr, Qazax şəhəri Azadlıq küçəsində yerləşən "Azərcell”in ofis binasına 900 metr fiber-optik kabel çəkilib istifadəyə verilmişdir.

Hesabat dövründə Qazax Poçt filialı 2018-ci ilin 9 ayında plan tapşırıqlarını 117 faiz yerinə yetirmişdir. Yəni 288500 manata qarşı 328405 manat yerinə yetirərək III rübü 39905 manat mənfəətlə başa vurmuşdur.

Qazax Poçt filialı tərəfindən 1705820 manat enerji pulu, 1741053 manat qaz pulu, 153692 manat su pulu, 48659 manat vergi pulu, 426638 manat DSMF pulu, 64700 manat DİN-nin ödəniş haqları, 1537 manat Dekoder pulu yığılaraq aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 114 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 1046 ədəd bağlama qəbul edilmiş və 1566 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin 7656 məktub göndərilmiş, 20529 ədəd məktub qəbul edilmişdir.

Qazax Poçt filialı əhalidən telefon pullarını müqavilə öhdəliklərinə əsasən 2018-ci ilin III rübündə 207628 nəfərdən 856371 manat qəbul edib və "Aztelekom” MMC-nin hesablaşma hesabına köçürmüşdür.

Bundan əlavə, "Sınıq Körpü” Gömrük idarəsində yerləşən poçt şöbəsi vasitəsilə gömrük haqları operativ şəkildə yığılmış və aidiyyəti üzrə hesablara vaxtında köçürülmüşdür.

Şöbədə işin operativ təşkil olunması və vəsaitlərin vaxtında xəzinəyə çatdırılması məqsədilə əlavə inkassator maşını alınmışdır ki, bu da işin daha effektiv yerinə yetirilməsi üçün zəmin yaratmışdır.

"Qazax-Avtovağzal” ASC 2018-ci ilin doqquz ayında plana 103 faiz əməl edərək  403000 nəfər sərnişinə xidmət göstərmişdir. ASC-də 10 nəfər əmək fəaliyyəti ilə məşğul olur. Gün ərzində şəhər ətrafı, yəni kəndlərə işləyən marşrut üzrə 57 maşın, şəhərlərarası marşrut üzrə isə 73 maşın fəaliyyət göstərməklə, cəmi 130 maşın işləyir.

"Azəravtoyol” ASC Qazax rayonunda 16 körpü və 148 km uzunluğunda yola xidmət edir ki, bunun da 14 km-i Respublika əhəmiyyətlidir.

Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 kmolan Ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi  işləri yekunlaşmışdır. İkinci Şıxlı kəndində də yaxın vaxtlarda 4 km uzunluğunda yollara asfalt-beton örtüyünün çəkilməsi işlərinə  başlanılacaq, həmçinin, 2019-cu ildə Daş Salahlı və Dəmirçilər kəndlərinin də avtomobil yollarının yenidən tikintisi nəzərdə tutulmuşdur.

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində 13,2 km uzunluğunda alternativ yola çınqıl döşənmiş və hamarlama işləri aparılmışdır.

Rayonun Kəmərli, Yuxarı Salahlı və Aslanbəyli kəndlərində yollarda cari təmir işləri aparılmış, Yuxarı Əskipara yolunun çiyinləri nizama salınmış, Uzuntala yolunda çalalar təmir olunmuş və çiyinlər nizama salınmışdır.

Qazax "Su-kanal” idarəsi tərəfindən rayon üzrə 6586 abonentə xidmət göstərilir. 2018-ci ilin 9 ayı ərzində 6324 əhali abonentə və 262 qeyri-əhali abonentə xidmət göstərilmişdir. Qeyri-əhali dedikdə 32-si Respublika büdcəsindən maliyyələşən təşkilatlar, 40-ı yerli büdcədən maliyyələşən təşkilatlar, 170-i ticarət, 20-si isə istehsal-sənayedə olmuşdur. 2018-ci ilin 9 ayında içməli su və çirkab suların dəyəri 398371 manat olmuş,  362441 manat vəsait toplanmışdır. Bu isə satışın 91 faizini təşkil edir.

"Su-kanal” idarəsi ümumilikdə 104,26 km su, 36,34 km uzunluğunda kanalizasiya xəttinə xidmət edir.

2018-ci ilin 9 ayı ərzində 5 ədəd su mühərriki əsaslı təmir olunmuş, 1 ədəd 18,5 kvt-luq elektrik mühərriki yenisi ilə əvəz olunmuş, 6 ədəd elektrik mühərrikinin nasos hissəsi əsaslı, 3 ədəd nasos cari təmir olunmuşdur. 2 ədəd subartezian nasosu əsaslı təmir olunmuş, 3 ədəd subartezian nasosu isə yenisi ilə əvəz olunaraq istismara verilmişdir.  H.Əliyev prospekti 61, 63, Azadlıq küçəsi 31, 33 saylı binaların su təchizatınının yaxşılaşdırılması və dayanıqlığının artırılması üçün 1 ədəd 7,5 kvt və 1 ədəd 15 kvt-lıq elektrik mühərriki nasosla birgə quraşdırılaraq istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17.03.2017-ci il tarixli, 2754 saylı Sərəncamı ilə rayonun Kəmərli kəndində artezian quyusu qazılaraq anbara verilmiş və oradan kəndə içməli su xətləri çəkilmiş, Aslanbəyli kəndində artezian quyusu qazılmış və 13 bulaq tikilmiş, Qaymaqlı kəndində artezian quyusu qazılmış, Daş Salahlı kəndinin bir hissəsində isə Coğaz çayından gələn magistral xətdən 3000 p/m-dən çox içməli su xətti çəkilərək  əhalinin istifadəsinə verilmişdir.

Ağköynək kəndində mövcud olan subartezian quyusundan 3 ədəd siyirtmə quraşdırılaraq uzunluğu 580 p/m olan polietilen boru ilə 36 abonentə, N.Nərimanov qəsəbəsində isə Qarabağ Müharibəsi Əlilləri üçün tikilmiş fərdi yaşayış evlərinin su ilə təmin olunması üçün 2 ədəd diametri 50 mm-lik siyirtmə quraşdırılaraq uzunluğu 700 p/m, diametri 50 mm-lik yeni polietilen boru ilə su xətti çəkilərək istifadəyə verilmişdir. 

Bundan başqa, Qazax şəhəri Osman Sarıvəlli küçəsində 100 mm-lik dəmir boru vasitəsilə uzunluğu 250 metr olan su xətti və Ürkməzli kəndində 1500 metr uzunluğunda içməli su xətti çəkilmişdir.

Fərəhli kəndində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1,5 km uzunluğunda içməli su xətti çəkilmiş və 16 tonluq su çəni quraşdırılmışdır.

Qazax rayonunun Ağköynək, Qarapapaq kəndləri, şəhərin Səməd Vurğun, Bakı küçəsinin, N.Nərimanov yaşayış massivinin bir hissəsi, Heydər Əliyev prospekti 81,83,173,175, Azadlıq küçəsi 208, Əliağa Şıxlinski 4 və 5 saylı binalarda ümumi şəhər ərazisində sayğaclaşma olmadığından qeyd olunan ərazilərə suyun təyin olunmuş qrafiklə yay mövsümündə verilməsində müəyyən  çətinliklər yaranmışdır.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üçün sənədləşmə işləri başa çatmışdır, yaxın vaxtlarda işlərə başlanılacaqdır.

Qeyd etmək istəyirəm ki, göstərilən xidmət üzrə 154404 manat debitor yaranmışdır. Qısa müddət ərzində yığılması təmin edilməlidir.

2018-ci ilin 9 ayında Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 603961 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 251622 manat çoxdur. O cümlədən, əhalidən 15220 manat, kommersiya müəssisələrindən 14440 manat, təşkilat və idarələrdən 32328 manat vəsait yığılmışdır. Kombinatda 84 nəfər daimi işçi, 240 nəfər ictimai işlərdə işləyir. Komibinatın təmizlik şöbəsində 105 nəfər süpürgəçi, 16 sürücü, 62 nəfər zibil dolduran, abadlıq işində 106 nəfər, kəndlərdə 8 nəfər fəhlə işləyir.

2018-ci ilin 9 ayı ərzində təşkilat tərəfindən 353084 manat əmək haqqına, 78672 manat DSMF-yə, 92129 manat ƏDV, 40100 manat kombinatda ictimai işlə təmin olunmuş işçilərə və daimi işçilərə xüsusi geyim formasının alınmasına, 16000 manat əkin materiallarına, həmişəyaşıl ağac kollarına 16436 manat, yanacağın alınmasına 7340 manat sair xərclər  ödənilmişdir. Qeyd etmək istərdim ki, 2014-2015-ci illərdən əmək haqqına olan borclar 1 oktyabr 2018- ci il tarixə tam şəkildə ödənilmişdir.

01.01.2018-ci il tarixə DSMF-yə 89 583 manat borc olmuşdur. Ölkə başçısının müvafiq Fərmanına əsasən 38 921,5 manat silinmişdir. Bundan əlavə, 01.01.2006-cı il tarixə olan 26 101,5 manat birbaşa, 01.04.2018-ci il tarixə qədər olan maliyyə sərəncamına görə 12 820 manat üçün 1 282 manat ödənilməklə (10%) silinmişdir.

01.10.2018-ci il tarixə qalan 28 862,98 manat borca görə DSMF-nin Qazax rayon şöbəsi ilə Kommunal Müəssisələr Kombinatı arasında müəssisə tərəfindən Dövlət Sosial Sığorta haqları üzrə yaranmış borcun ödənilməsi barədə razılaşma protokolu əsasında hər ay üçün 3 500 manat ödəməyi kombinat öhdəsinə götürmüşdür. Kombinat üzrə bütün işçilərin əmək haqları 01.10.2018-ci il tarixə tam ödənilmişdir.

Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2018-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının abadlıq və təmizlik sahələrində 240  nəfər işlə təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2018-ci il tarixli, 7s nömrəli Sərəncamı ilə ayrılmış 60 ədəd konteyner rayona gətirilərək yaşayış məntəqələrinin ehtiyac olan yerlərinə qoyulmuşdur. Şəhərdə təmizliyin qorunub saxlanması məqsədilə növbətçilik təşkil olunmuşdur. Növbətçilik əsasında şəhərin hər bir sahəsində səhər saatlarından başlayaraq gecə saat 24:00-dək təmizliyin qorunub saxlanması diqqət mərkəzində olur. Zibil poliqonunda həftədə bir dəfə traktorla təmizlik işləri aparılır.

Qazax Mənzil İstismar Sahəsinin balansında 156 bina vardır və həmin binalarda 1892 mənzil  mövcuddur.

2018-ci ilin 9 ayı ərzində sakinlərdən 7628 manat, mənzil haqqı yığılaraq, planın 93,4 faizinə əməl olunmuşdur.

Müəssisədə 20 nəfər işçi işləyir. 2018-ci ilin 9 ayı ərzində işçilərə 21119 manat əmək haqqı ödənilmişdir. DSMF-yə 5306 manat, işsizlik sığortasına 95 manat, vergiyə 935 manat, 69 manat rabitə xərci, 618 manat elektrik enerjisi xərci, 345 manat idarə xərcləri ödənilmişdir.

 İstismar sahəsi tərəfindən ötən 9 ay ərzində 2 binada əsaslı təmir, 37  binanın dam örtüyündə cari təmir işləri aparılmış, 15 binanın kanalizasiya xətlərində yaranmış qüsurlar boruların qismən dəyişdirilməsi ilə aradan qaldırılmış, 7 binanın zirzəmisində təmizlik işləri aparılmış, 8  binada içməli su problemi aradan qaldırılmış, 5 binanın tüstü boruları təmizlənmiş, 2 binanın həyətində səliqə-səhman yaradılmışdır.   

2018-ci ilin 9 ayı ərzində rayonun təhsil, mədəniyyətsəhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilmişdir.

2017-2018-ci tədris ilində rayon Təhsil şöbəsinin tabeliyində olan 33 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərində təhsil alan 12759 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1685 nəfər müəllim məşğul olur. 2017-2018-ci tədris ilində tam orta təhsil səviyyəsində təhsilini başa vuran 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuş, 49 nəfər 500-dən, 19 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Cari tədris ilində məzunlarımızın qəbul olma göstəriciləri 54,15 faiz olmuşdur. Ötən illərin məzunlarından 55 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. 2017-2018-ci tədris ilində rayon üzrə ötən ilin məzunları ilə birlikdə 561 nəfər ali məktəblərə qəbul imtahanlarında iştrak etmiş, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olmuşdur. Qəbul olma 70,51 faiz təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, 2018-ci ildə Qazax rayonunun S.Vurğun adına 2 saylı tam orta məktəbi əsaslı təmir olunur, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qazax şəhər 3 saylı tam orta məktəbin xarici dil müəllimi Xasməmmədova Tahirə Oruc qızı "Əməkdar müəllim”, Qazax şəhər 5 saylı tam orta məktəbin fizika müəllimi Qayayeva Yasəmən Naib qızı "Tərəqqi” medalı ilə, Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Daş Salahlı kənd tam orta məktəbin direktoru Mancanov Ulduz Əhməd oğlu "Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Qazax şəhər 1 saylı tam orta məktəbin xarici dil müəllimi Carçıyeva Kifayət Məhəmməd qızı "Fəxri Fərman” ilə təltif olunmuşlar. Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ağköynək kənd tam orta məktəbin direktoru Rəhimova Səfurə Firudin qızı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişdir. Bir daha müəllimlərimizi təbrik edirik. 2018-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının  rayon turunda 374 nəfər şagird  iştirak etmişdir. Fənn olimpiadalarının zona mərhələsinə 49 nəfər şagird vəsiqə qazanmışdır. Həmin şagirdlər Şəmkir şəhərində zona mərhələsində iştirak etmişlər. Onlardan 4 nəfəri Respublika mərhələsinə vəsiqə qazanmışlar. 2018-ci ilin mart ayında məktəblilərin yaz tətilində "Ölkəmizi tanıyaq” tur aksiyası keçirilmiş və rayonun xüsusi istedadı ilə fərqlənən, təhsildə  yüksək nəticələr əldə etmiş IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki-Zaqatala bölgəsində olmuşlar. Hesabat dövründə 682 şagird məktəbi bitirmişdir ki, bunlardan 450-si ali məktəblərə qəbul olmaq üçün imtahan vermişlər. Ümumtəhsil məktəblərində orta aylıq davamiyyət 95,7 faiz olmuşdur. 2017-2018-ci ilin tədris ili ərzində rayon Təhsil şöbəsinin müvafiq əmri ilə yaradılmış İşçi qrupun üzvləri tərəfindən rayonun 40 ümumtəhsil məktəbində ayrı-ayrı fənlər üzrə monitorinqlər aparılmış, nəticələr yekunlaşaraq müzakirə olunmuşdur. Ümumilikdə 392 müəllimin dərsi dinlənilmişdir. Nəticəsi yüksək olan 58 müəllimə təşəkkür elan edilmiş, 42 zəif nəticəsi olan müəllimə məktəb direktorları tərəfindən inzibati tənbeh tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən birgə hazırlanmış "Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsaitə və Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və narkotik vastiələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın 2018-ci il üçün iş planı”na əsasən 21 may 2018-ci il tarixindən 5 iyun 2018-ci il tarixədək Qazax RİHBA-nın və Qazax RPŞ-nin nümayəndələri 40 ümumtəhsil məktəbində psixoprofilaktik maarifləndirici tədbirlər keçirmişlər. Həmçinin, məktəblərdə keçirilən görüşlər zamanı erkən yaşda nikaha girmənin fəsadları barədə də şagirdlərlə geniş söhbət aparılmış, maarifləndirici məlumatlar verilmişdir.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan  6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Bu bağçalarda 515 nəfəri şəhər bağçalarında, 585 nəfəri kənd bağçalarında olmaqla ümumilikdə 1100 uşaq təlim-tərbiyə alır. Rayon üzrə fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarında ümumilikdə 335 nəfər işçi (147 nəfər şəhər, 188 nəfər kənd) çalışır. Bağçalar "Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur. Bundan əlavə, ayda bir dəfə ümumi olaraq uşaqlar tibbi müayinədən keçirilir. Yaradılmış xüsusi həkim briqadaları istər şəhər, istərsə də kənd bağçalarında olur, uşaqların sağlamlığı ilə maraqlanır, xəstəliyi olan uşaqlara ilkin tibbi yardım göstərirlər. Bağçalarda tibb bacıları ilə tibbi yardım və müayinə ilə bağlı ətraflı söhbətlər aparır və lazımi tapşırıqlar verirlər. 2018-ci ilin əvvəllərində rayonda olan körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Qazax şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları yeni bərk və yumşaq inventarlarla, elektrik cihazları və digər avadanlıqlar ilə təmin olunmuşdur.  

Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq 2018-ci ilin yanvar ayında Qazax şəhər 4 saylı uşaq bağçasında əlavə 3 qrup, 5 saylı körpələr evi-uşaq bağçasında əlavə 2 qrup, 6 saylı körpələr evi-uşaq bağçasında əlavə 1 qrup açılmışdır. Bu qruplara  ümumilikdə 35 nəfər yeni işçi götürülmüş və 135 nəfər uşaq cəlb edilmişdir.

Yaranan vakant iş yerlərinə qəbul zamanı isə şəhid ailələrinə, Qarabağ Müharibəsi Əlillərinə, məcburi köçkünlərə və digər imtiyazlı vətəndaşlara üstünlük verilir. Yeni götürülmüş işçilərdən 3 nəfəri şəhid ailəsi, 3 nəfəri məcburi köçkün, 1 nəfəri Qarabağ Müharibəsi Əlili ailəsi, digərləri isə işə ehtiyacı olan aztəminatlı ailələrdən seçilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən bağçalarda əmək intizamına daim nəzarət olunur, mütamadi olaraq reydlər keçirilir. Bağçalarda yaranan problemlər, nöqsanlar və çatışmazlıqlar aşkarlanaraq vaxtında aradan qaldırılır.

2018-ci ildə rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarına diqqətin artırılması, 7 bağça binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. 2018-ci ilin 9 ayı ərzində bağça binalarının cari və əsaslı təmiri  istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, 2018-ci ilin aprel və may aylarında Qazax şəhər 2 saylı, 60 yerlik, 3 qruplu uşaq bağçası əsaslı şəkildə təmir olunaraq iyun ayının 1-də müasir inventar və avadanlıqlarla uşaqların istifadəsinə verilmişdir. Bundan əlavə, Bala Cəfərli, Quşçu Ayrım  və Canalı kənd uşaq bağçaları da cari təmir olunaraq yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur.

Qazax şəhər 3 saylı, 95 yerlik, 5 qruplu körpələr evi-uşaq bağçasının binası qəzalı vəziyyətdə olduğundan S.Vurğun döngə 6/2 ünvanında yerləşən köhnə tikilidə 3 saylı körpələr evi-uşaq bağçası üçün əlavə tikintilər aparılmaqla əsaslı təmir və bərpa gücləndirmə işləri aparılmış və istifadəyə verilmişdir.

2018-ci ildə rayonun 7864 nəfər əhalisi olan Çaylı kəndində körpələr evi-uşaq bağçasının mövcud olmadığını və həmin kəndin sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq Çaylı kəndində Təhsil Nazirliyinin balansında olan 120 şagird yerlik əlavə tikilmiş və bu günə kimi istifadə olunmayan binanın körpələr evi-uşaq bağçası kimi istifadə olunması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət ünvanlanmış və razılıq əldə edilmişdir.

Hazırda Qazax şəhər 6 saylı və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir-tikinti işləri aparılır.

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayon üzrə nümayəndəliyi tərəfindən 2018-ci ilin 9 ayı ərzində 1124 tədbir keçirilmiş, iştirakçıların sayı 59573 nəfər olmuşdur. Qazax rayonu üzrə mədəniyyət müəssisələri 2018-ci ilin 9 ayı ərzində ölkəmizlə bağlı olan tarixi hadisələri, əlamətdar günləri, el bayramlarını, görkəmli dövlət və mədəniyyət xadimlərinin yubileylərinin geniş surətdə əhatəli ssenari əsasında qeyd olunmasını təşkil etmişdir.

Rayonda Yeni il şənliyi, 20 Yanvar faciəsi, 2 Fevral - Gənclər Günü, 26 Fevral Xocalı faciəsi, 8 Mart – Beynəlxalq Qadınlar Bayramı, 21 Mart - Novruz Bayramı, 31 Mart-Azərbaycanlıların Soyqırımı günü, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May -Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, 15 İyun – Milli Qurtuluş günü, 26 İyun - Silahlı Qüvvələrin yaranmasının 100 illiyi mədəniyyət müəssisələrində geniş qeyd olunmuşdur. Mədəniyyət müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın yubileyləri geniş qeyd edilmişdir. Rayon Mədəniyyət Mərkəzində Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illik yubileyinə, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi, aşıq Şəmistanın 125 illik yubileyinə, Xalq artisti Azərbaycan Dövlət Mükafatı laureatı, Teatrşünas, rejissor, istedadlı aktyor Mehdi Məmmədovun 110 illiyinə, Xalq yazıçısı İsə Muğannanın anadan olmasının 90 illiyinə, Mikayıl Müşviqin anadan olmasının 110 illiyinə həsr olunmuş kitab sərgiləri təşkil edilmiş və yubiley tədbirləri keçirilmişdir. Yanvar ayının 27-də Mədəniyyət Mərkəzinin böyük zalında Əməkdar incəsənət xadimi, Prezident Təqaüdçüsü Aşıq Ədalət Nəsibovun doğum günü ilə əlaqədar ədəbi-bədii tədbir keçirilmişdir.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Qazax Dövlət Rəsm Qalereyasına məktəblilərin ekskursiyaları təşkil olunmuşdur. Ekskursiyalarda 15 mindən çox şagird iştirak etmişdir. Ümumilikdə 9 ay ərzində bütün mədəniyyət müəssisələri üzrə (kitabxanalarda olan tədbirlər nəzərə alınmaqla) 5327 mədəni-kütləvi tədbir keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 may 2018-ci il tarixdə  Daş Salahlı kəndində 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə tikilmiş abidə kompleksinin yenidən qurmadan sonra açılışı, 17 may 2018-ci il tarixdə Böyük Vətən Müharibəsi iştirakçısı Nəbi Nəbiyevin 100 illik yubileyi,  18 may 2018-ci il tarixdə Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Cavad bəy və Rüstəm bəy Şıxlinski qardaşlarının xatirəsinə həsr olunmuş tədbir və 13 iyun 2018-ci il tarixdə  "Milli Qurtuluşdan Zəfərə doğru” adlı tədbirlər keçirilmişdir.

Qazax Rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Rayonlararası psixiatriya xəstəxanası, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, rayonumuzda respublika tabeçiliyində olan Qazax Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli, 374s saylı Sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir. Artıq xəstəxananın əsas binasında tikinti işləri yekunlaşmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 mart 2018-ci il tarixdə Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon manatının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılması barədə Sərəncam imzalamışdır.

Rayon Mərkəzi Xəstəxanasında 3033 nəfər şəkərli diabet xəstəsi, 246 nəfər vərəmli xəstə, 769 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır. Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 132750 nəfər olmuş, 275 cərrahiyyə əməliyyatı aparılmış, 2930 nəfər laborator müayinədən keçirilmişdir. 2018-ci il fevral ayının 12-dən etibarən dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilmişdir. May ayının 15-dək davam edən aksiyada 56797 nəfər əhali tibbi müayinədən keçirilmiş, 51877 nəfər sağlam hesab edilmiş, 4437 nəfər ambulator müalicəyə, 325 nəfər stasionar müalicəyə, 158 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir. Müayinələr uğurla başa çatdırılmışdır. Vərəmli, şəkərli diabet, onkoloji xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər.

İlin əvvəlindən səhiyyənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə bir sıra şəhər və kənd tibb müəssisələrində əsaslı və cari təmir işlərinə başlamaq üçün tender sənədləri hazırlanmışdır. 

Xanlıqlar həkim məntəqəsində və Qazaxbəyli tibb məntəqəsində cari təmir işləri yekunlaşmışdır. Rayonlararası psixiatriya xəstəxanasında əsaslı təmir işlərinə başlanılmış, cari təmir üçün hazırlıq işləri aparılır.

Yaponiyanın Azərbaycandakı səfirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə səyi nəticəsində Yuxarı Salahlı kəndində müasir tələblərə cavab verən 8 otaqdan ibarət həkim məntəqəsi 01.10.2018-ci il tarixdə kənd əhalisinin istifadəsinə verilmişdir. Məntəqəyə işıq, qaz xətti çəkilmiş, yeni tibbi avadanlıq və inventarlarla təmin edilmişdir.

Rayon Mərkəzi Xəstəxanası tərəfindən bütün səhiyyə müəssisələri bərk və yumşaq inventarlarla tam təmin olunmuşlar. Rayonlararası psixiatriya xəstəxanasında əsaslı, Doğum evi, Uşaq Xəstəxanası, Təcili yardım, Çaylı, Qaymaqlı, Qazaxbəyli, Xanlıqlar, Fərəhli və İkinci Şıxlı kənd xəstəxanalarında cari təmir işlərinin aparılması nəzərdə tutulur. 

Qazax Müalicə Diaqnostika Mərkəzinə 9 ay ərzində 34271 ambulator gəliş  olmuş, mərkəzdə 53793 laboratoriya müayinələri olunmuş, cərrahiyyə şöbəsinə 815 xəstə daxil olmuş, 639 cərrahi əməliyyat aparılmışdır. Hemodializ şöbəsində 2018-ci ilin yanvar ayın 1-nə 68 xəstə olub, 9 ay ərzində daha 43 xəstə daxil olub, 19 nəfər xəstə vəfat etmiş,  1 nəfər xəstə isə sağalma ilə qeydiyyatdan çıxarılmışdır.

Bundan əlavə, 21 aprel 2018-ci il tarixdə mərkəzdə növbəti qanvermə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 400 nəfərə yaxın rayon sakini müraciət etmiş və onların 162 nəfərindən qan götürülmüşdür. Qazax Müalicə Diaqnostika Mərkəzində 12.02.2018-ci il tarixdən 12.05.2018-ci il tarixədək profilaktik müayinələr keçirilmişdir. 18156 nəfər müayinədən keçmişdir ki, onlardan 8996 nəfər sağlam, 191 nəfər stasionar müalicəyə cəlb olunmuş, 28 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir. 170 nəfər üzərində cərrahi əməliyyatlar aparılmışdır.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin "Dövlət Gənclər Siyasəti haqqında” Qanunu və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının, həmçinin Qazax Rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin birinci yarm ili üçün təsdiqlənmiş tədbirlər planının icrası ilə əlaqədar olaraq 2018-ci ilin 9 ayı ərzində yeniyetmə və gənclərin siyasi, mənəvi tərbiyəsinin təkmilləşdirilməsi, onların sosial, intellektual, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahələrinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 2018-ci ilin 9 ayı ərzində rayonda gənclərlə iş sahəsi üzrə təsdiqlənmiş tədbirlər planına əsasən 16, ümumilikdə isə 18 tədbir həyata keçirilmişdir və həmin tədbirlərdə ümumilikdə 3234 nəfər gənc iştirak etmişdir.

Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon Təhsil şöbəsi ilə birgə rayonun bütün orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Xocalıya ədalət” başlığı altında inşa-yazı müsabiqəsi keçirilmiş, fevral ayının 26-da Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və gənc rəssam Akif Əmirovun təşəbbüsü ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Şəhid şəhər” başlığı altında bədii kompozisiya nümayiş etdirilmiş, tədbirdə ümumilikdə 250 nəfər iştirak etmişdir.

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bayram tədbiri, 28-29 mart tarixdə "Şahin” Hərbi İdman Oyunlarının rayon birinciliyi keçirilmiş, Aşağı Salahlı kənd tam orta məktəbin komandası birinci yerə layiq görülmüşdür. 11 aprel Azərbaycan Respublikasının Prezident seçkiləri ərəfəsində ilk dəfə səs verəcək gənclərlə maarifləndirici görüşlər keçirilmişdir.

Bədən tərbiyəsi və idman sahəsi üzrə aşağıdakı tədbirlər keçirilmişdir:

12-14 yanvar tarixlərində Bakı şəhərində karate idman növü üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir, 14-19 yanvar tarixlərində Bakı şəhərində boks üzrə Azərbaycan birinciliyi, 16-17 yanvar tarixlərində Bakı şəhərində 20 Yanvar şəhidi M.İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmiş və rayonumuzun idmançısı Əlizadə Sənan Azər oğlu (110 kq) birinci yeri tutmuşdur. 14-18 fevral tarixlərində Bakı şəhərində kikboksinq üzrə kadetlər arasında ölkə birinciliyi, 20-21 fevral tarixlərində sərbəst güləş üzrə ölkə birinciliyi keçirilmiş, Əlizadə Sənan Ayaz oğlu (92 kq) birinci yerə layiq görülmüşdür. 22-23 fevral tarixlərində keçirilmiş sərbəst güləş üzrə ölkə birinciliyində Vəlizadə İntiqam Adil oğlu birinci yerə layiq görülmüşdür. 16-21 mart tarixlərdə Şəmkir rayonunda keçirilmiş 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə yarışlarda rayonumuzun komandası birinci yeri tutmuşdur. Hesabat dövründə beynəlxalq yarışlarda 24, respublika yarışlarında isə 89 medal əldə olunmuşdur. 28-30 yanvar tarixlərdə Bakı şəhərində keçirilmiş 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında həndbol üzrə açıq Bakı şəhər birinciliyində III yeri tutmuş rayon komandasının 12 nəfər üzvü və məşqçi-müəllim Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul olunmuş, həmçinin 05- Mart- Bədən Tərbiyəsi və İdman günü münasibətilə 9 nəfər veteran idmançı və məşqçi-müəllim Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

09.08.2018-ci il tarixdə  Qazax Gənclər Mərkəzində 12 Avqust- Beynəlxalq gənclər günü nə həsr olunmuş kompyuter oyunları üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda 5 komandadan 20 nəfər gənc iştirak etmişdir. Qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunmuşdur. 27.09.2018-ci il tarixdə Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Qazax RİH-nin dəstəyi ilə "Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə ümumilikdə 220 nəfər iştirak etmişdir.

Rayon Statistika İdarəsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 oktyabr 2015-ci il tarixli, 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş yerli statistika orqanları üçün statistik işlər proqramına əsasən müəssisə və təşkilatlardan toplanmış hesabatlar, icmal məlumatlar, bülletenlər, təhlili məruzələr hazırlanmış, elektron və adi poçtla aidiyyəti ünvanlara göndərilmişdir. İlkin hesablamalara əsasən müəyyən olunmuşdur ki, yanvar-sentyabr ayları ərzində məhsul buraxılışının həcmi 156354000 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 0,5 faiz çoxdur. Kənd təsərrüfatı məhsulunun həcmi 67036000 manat, keçən ilə nisbətən 1,0 faiz çox, sənaye məhsulunun həcmi 25292000 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən 1,3 faiz azdır. Tikinti quraşdırma və ticarət sahəsində məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrünə nisbətən artmışdır.  Rayon üzrə orta aylıq əmək haqqı 307,0 manat, adambaşına məhsul buraxılışı 1620 manat olmuşdur.

2018-ci ilin doqquz ayında əsas kapitala yönəldilən investisiyaların həcmi 33533000 manat, tikinti quraşdırma işlərinin həcmi 29341000 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 7717000  manat olan 220 yaşayış evi tikilib istifadəyə verilmişdir. Yanvar-sentyabr ayları ərzində 25 müəssisə və 593 yeni iş yeri açılmışdır ki, bunun da 440-ı daimi iş yeridir. Dövrün sonuna iqtisadi fəal əhalinin sayı 56500 nəfər olmuşdur ki, bunun da 53300 nəfəri məşğul əhalidir.

2018-ci ilin 9 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 34 müəssisədən 766 boş iş yeri təqdim edilmişdir. Mərkəzə müraciət etmiş 1286 nəfər vətəndaşdan 1174 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 649 nəfərə işə göndəriş verilmiş, 629 nəfər münasib işlə təmin olunmuşdur. Mərkəz tərəfindən 8 nəfərə işsizlik statusu verilmiş və 21 nəfərə işsizlik sığortası təyin olunmuşdur. Rayon ərazisində fəaliyyət göstərən 7 dövlət müəssisəsində 21 kvot iş yeri müəyyən edilmiş, 4 nəfər işlə təmin edilmişdir.

İdarə və müəssisələrdən verilmiş boş iş yerlərinə əməyin ödənişində minimum əmək haqqı 130 manat, maksimum əmək haqqı isə 399 maat olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması" ilə bağlı verdiyi Sərəncam Qazax rayonunda uğurla icra olunur.  Belə ki, "Özünəməşğulluq” layihəsində iştirak etmək üçün mərkəzə müraciət etmiş 100 nəfərdən 26 nəfər təlim kursunu bitirərərk qiymətləndirmədən keçmişdir. 74 nəfərin isə təlim kursu bitmiş və qiymətləndirmədən keçdikdən sonra aktivlərlə təmin olunacaqlar.

Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi 2018-ci ilin doqquz ayı ərzində də uğurla davam  etdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli, 637s saylı Sərəncamı ilə Qazax rayonunun Ağköynək kəndi ərazisində Saloğlu fərdi firması tərəfindən həyata keçiriləcək "Venzana” layihəsi üçün nəzərdə tutulmuş 30,558 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdan sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda layihənin həyata keçirilməsi üçün tikinti işlərinə başlanılmışdır. 2016-2017 və 2018-ci ilin doqquz ayı ərzində Rayon İcra Hakimiyyəti tərəfindən atəş altında olan Məzəm kəndində dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 57 ailənin həyətində hündürlüyü 3 metr, ümumi uzunluğu 2530 p/m olmaqla, 7590 kv.m istinad divarı çəkilmişdir. Bu rəqəm 2018- ci il üçün 12 ailə üzrə 244 p/m  olmaqla 732 kv.m sahəni əhatə edir. 25 km uzunluğunda şəhərdaxili yollara, kənd yaşayış məntəqələrində isə 200 km uzunluğunda  kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir. Şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilərək 29497 kv.m-ə yaxın şifer vurulmuş, 300 kv.m -ə yaxın hasar hörülmüş və evlərin fasad hissəsində, hasarlarda 5000 kv.m suvaq işləri aparılmış, 30000 kv.m-ə yaxın rənglənmə işləri, yaşayış evlərinə, məhəllələrə ümumilikdə 20 ədəd yeni giriş qapısı qoyulmuşdur.

2017-2018-ci illərdə Mənzil İstismar Sahəsinin balansında olan 10 ədəd 5 mərtəbəli, 1 ədəd  9 mərtəbəli, 46 ədəd  2 mərtəbəli və 25 ədəd 1 mərtəbəli, cəmi 82 binanın dam örtüyü dəyişdirilmişdir. Həmçinin, bu müddət ərzində 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparılmışdır. 3 çoxmənzilli yaşayış binasının həyətində  xeyir-şər evləri tikilmiş və təmir olunmuşdur. N.Nərimanov yaşayış massivindəki 44 çoxmənzilli yaşayış binalarından 39 ədədinin dam örtüyü dəyişdirilmişdir. 42 binanın isə fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparılmışdır. N.Nərimanov yaşayış massivində ümumilikdə dam örtüyü dəyişdirilməmiş 5 bina (11,15,38,39,40 saylı binalar) qalmışdır. 2018-ci ildə Azərbaycan  Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin  təmiri  ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04.10.2018-ci il tarixli Sərəncamı ilə Qazax rayonunda 5 binanın təmirinə 277,47 min  manat ayrılmışdır. Həmin binalardan Bakı küçəsi 1 ünvanında yerləşən, 5 mərtəbəli, 3 bloklu binanın, dam örtüyünün sahəsi 808 kv.m olan  və Azadlıq küçəsi 92 ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu binanın dam örtüyünün sahəsi 1060 kv.m olan hər iki binada 9 oktyabr 2018-ci il tarixdə dam örtüyünün dəyişdirilməsi işlərinə başlanılmışdır. Tamamlanma işləri davam edir.

"Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində illik gücü 50 min ton olan Əhəng zavodunun və "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində inşa etdiyi,illik gücü 9600 ton olan Elektrod zavodunun tikintisi başa çatmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

"İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində Aqropark yaradılmış, 41 ədəd texnika alınmış, tutumu 2500 ton olan quru anbar və texnikaların təmiri və saxlanması üçün qaraj tikilmiş, tutumu 2600 ton olan soyuducu anbarın tikintisi başa çatmış, örtük metal konstruksiyalar montaj olunmuşdur. Sahəsi 300 kv.m olan ikimərtəbəli ofis binasında daxili tamamlama işləri aparılır. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi başa çatmış, mühərriklər quraşdırılmışdır. 13,5 km uzunluğunda diametri 500 mm olan dəmir boru vasitəsilə su xətti çəkilmişdir. Sahələrdə tutumu 4500 kub.m  olan iki ədəd su hovuzu inşa edilmişdir. 850 hektar sahədə damcı üsulu və çiləmə sisteminin quraşdırılması üçün 18 km sahədaxili xətlər çəkilmiş, boru və qurğular alınmışdır. Həmçinin, "Aqrolizinq” ASC-dən Türkiyə Respublikasının Karataş firmasına məxsus özüyığılan və daşınan, hər birinin uzunluğu 500 metr olan 10 ədəd rezin suvarma boruları alınmışdır. Cəmi uzunluğu 5000 metr olmaqla ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə, quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik hava xətti çəkilmiş, 1 ədəd 1000 kv-luq, 2 ədəd 600 kv-luq və 1 ədəd 63 kv-luq transformatorlar quraşdırılmışdır. Aqroparkın ərazisinə sahə betonu vurulmuş, tamet döşənmişdir.  İkinci Şıxlı kəndindən Aqroparka gedən 700 metr uzunluğunda asfalt yolun çəkilişinə yaxın vaxtlarda başlanılacaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Müharibəsi Əlilləri və şəhid ailələri üçün tikilmiş 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evinin tikintisi başa çatmış, daha 7 yaşayış evinin tikintisi davam edir.

BDU-nun Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə Əliağa Şıxlinski küçəsi 18a ünvanında 6 hektar torpaq sahəsi ayrılmışdır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.

Heydər Əliyev Mərkəzində və Gənclər Mərkəzində təmir işləri aparılmışdır.

Azərbaycan Respublikasının 2018-ci il üçün Mülki müdafiə tədbirləri planına müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27-29 iyun 2018-ci il tarixlərində Qazax rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.

Təlimə Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı, fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunmuşdur.

Kompleks mülki müdafiə təlimi ilə bağlı rayonda təşkil edilmiş silsilə tədbirlər yüksək səviyyədə keçirilmişdir.

2018-ci ilin 9 ayı ərzində rayon ərazisində aşkar edilmiş 13 ədəd müxtəlif növ partlamamış hərbi sursatlar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün  Agentliyin minaların məhvetmə ərazisinə daşınmışdır.

2018-ci ilin 9 ayında "Göyəzən”qəzetinin və qəzetin adını daşıyan GOYEZEN.AZ saytının fəaliyyəti qənaətbəxş olmuşdur. Saytda rayonumuzda aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən tədbirlər gündəlik operativ olaraq öz əksini tapmışdır. Bu gün saytın internet səhifəsinin 28 mindən çox izləyicisi vardır.

2018-ci ilin 9 ayı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Çaylı və Orta Salahlı kəndlərində 2 ədəd, Aşağı Salahlı, Canalı, Hüseynbəyli, Kosalar, Dəmirçilər, Xanlıqlar və Qarapapaq kəndlərinin hər birində 1 ədəd olmaqla cəmi 11 ədəd subartezian quyusunun qazıntısı başa çatmışdır.

2018-ci ilin məhsulu üçün rayonda kənd təsərrüfatı sahəsində 9102 hektar buğda sahəsindən 33309,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 36,6 sentner, 3527 hektar arpa sahəsindən 8676,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 24,6 sentner, 62 hektar vələmir sahəsindən 164,3 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 26,5 sentner, 2,4 hektar darı sahəsindən 6,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 26,7 sentner,  259,7 hektar noxud sahəsindən 519,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20 sentner,43,5 hektar lobya sahəsindən 87 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20 sentner, 543,5 hektar dən qarğıdalı sahəsindən 2725 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 50 sentner, 88 hektar sorqo sahəsindən 378,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 43 sentner, 46 hektar günəbaxan sahəsindən 99,8 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 22 sentner, 3571,5 hektar yonca sahəsindən 10080 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 28,2 sentner, 31 hektar bostan sahəsindən 498,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 160,8 sentner, 492,1 hektar tərəvəz sahəsindən 10331,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 209,9 sentner,1086 hektar kartof sahəsindən 27750 ton məhsul istehsal olunmuş və yığım davam edir. 60 hektar tütün sahəsindən 7,94 ton məhsul təhvil verilmiş və məhsul yığımı davam edir. 325 hektar üzüm sahəsindən 2236 ton məhsul istehsal olunmuş və yığım davam edir. 1351,8hektar sahədə isə meyvə becərilir, 10554,1 ton məhsul istehsal edilmişdir, yığım davam edir.

Rayon üzrə ümumi əkin sahəsi 20633 hektar olmuşdur ki, bu da ötən ildən 1937,27 hektar çoxdur. Bu il üçün 21476 hektar sahənin əkilməsi nəzərdə tutulub, bununla bağlı hazırlıq işləri gedir. 2018-ci ildə Qazax kümçüləri tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi  nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu da nəzərdə tutulmuş planın 125 faiz icrası deməkdir. 2018-ci ildə Qazax rayonunda iki toxumçuluq təsərrüfatında 592 ton toxumluq taxıl istehsal olunmuşdur. 2018-ci ildə yanacaq və motor yağlarına görə 9080 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 1136019 manat, 22 nəfər barama istehsalçılarına 30142  manat, 2017-ci ilin tütün istehsalına görə 11 nəfər fiziki, 1 nəfər hüquqi şəxsə 3990 manat subsidiya verilmişdir. 2018-ci ilin 9 ayı ərzində rayon üzrə 4364 ton ət, 24245 ton süd, 9440000 ədəd yumurta, 265 ton yun istehsal edilmişdir. İribuynuzlu mal-qaranın sayı 30155 baş, qoyun və keçi 142390 baş olmuşdur.

Rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazax şəhərindəki Təzə Bazarda  kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmişdir. Yarmarkada müxtəlif çeşiddə olan kənd təsərrüfatı, ərzaq və ət məhsulları satışa çıxarılaraq bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə satılıb. Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Hesabat dövründə 144 baş ana malda süni mayalanma aparılmış və 164 baş bala alınmışdır. Süni mayalanmadan alınmış  buzova görə 14400 manat subsidiya verilmişdir. 

Qazax Suvarma Sistemləri İdarəsi rayonun 17421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kub.m olan Ağstafaçay su anbarı, tutumu 20 milyon kub.m   olan Coğazçay su anbarı, tutumu 2,6 milyon kub.m olan İncəsu çay su anbarı, tutumu 0,2 milyon  kub.m olan "Acı dərə” kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır. 2018-ci ilin vegetasiya suvarmasına hazırlıqla əlaqədar rayon ərazisində təmizlənməsi vacib olan 261,19 km uzunluğunda arxlar təmizlənməli olduğu halda 302,44  km uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələri Rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi, nəzarəti və yaxından köməyi, kənd sakinlərinin, Suvarma Sistemləri İdarəsinin qüvvəsi ilə lildən, kol-kosdan təmizlənmişdir. İstismar tədbirləri planına əsasən 2018-ci ilin 9 ayı ərzində mexanizmlərlə 527 min kub.m həcmində arxların lildən və kol-kosdan təmizlənməsi nəzərdə tutulmuşdur. 2018-ci il oktyabr ayının 1-nə Ağstafaçay su anbarında 29 milyon kub.m, Coğazçay su anbarında 3,4 milyon kub.m, İncəsu çay su anbarında 0,30 milyon kub.m su olmuşdur. 2017-ci il oktyabr ayının 1-də isə bu göstəricilər müvafiq olaraq  17 milyon kub.m, 1,8 milyon kub.m və 0,29 milyon kub.m olmuşdur. Rayonda mövcud ərazilərin və həyətyanı sahələrin suvarılmasının mütəşəkkil aparılması üçün cari ilin 9 ayı ərzində plana əsasən dəhnələrdən 111679 kub.m suya qarşı faktiki 75184 kub.m su götürülmüşdür. Plana əsasən ayrıcılardan 74907 kub.m suya qarşı faktiki olaraq 49820 kub.m su götürülmüşdür ki, buna müvafiq olaraq 34243 hektara  qarşı faktiki olaraq 31014 hektar   sahə suvarılmışdır.

Sudan İstifadəedənlər Birlikləri tərəfindən götürülmüş suvarma suyunun dəyəri dövlətə tam ödənilmişdir.  Belə ki, 9 ay ərzində əhaliyə satılmış suyun dəyəri 78684 manat olmuşdur ki, həmin məbləğ əhali tərəfindən tam ödənilmişdir. 2018-ci ilin vegetasiya suvarılması müvəffəqiyyətlə başa vurulmuş, hal-hazırda Qazax Suvarma Sistemləri İdarəsinin kollektivi bütün imkanlarını səfərbər etməklə payızlıq əkinlərin suvarılmasına hazırlaşır.

2018-ci ilin 9 ayı ərzində Rayon İcra Hakimiyyətinə 1400 müraciət daxil olmuşdur. Müraciətlərdən 200-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 7-si Milli Məclisə, 20-si Nazirlər Kabinetinə, 26-sı respublikanın digər təşkilatlarına, 1147-si isə bilavasitə Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir(xüsusən qeyd etmək istərdim Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətlər  2016- cı ilin 9 ayı üzrə  827 olduğu halda  2017- ci ilin 9 ayı üzrə bu rəqəm 990 və  2018-ci ildə 1147 müraciət olmuşdur). Bu göstəricilər onu göstərir ki, vətəndaşların yerli icra hakimiyyətinə müraciətlərinin artımı onların inamından irəli gəlir. 2018-ci ilin 9 ayı ərzində Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 18,1 faizi mərkəzi orqanlardan, 81,9 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 32,3 faizi müsbət həll olunmuş, 13 faizi qismən həll olunmuş, 0,3 faizi əsassız sayılmış, 44,7 faizinə müvafiq izahat verilmiş, 2,7 faizi baxılmaq üçün aidiyyəti orqanlara göndərilmiş, 0,3 faizi baxılmamış saxlanılmış, 6,7 faizi isə hal-hazırda icradadır. "Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanına uyğun olaraq Dövlət qulluqçuları haqqında məlumatlar vaxtında düzgün sistemə yerləşdirilir. 2018-ci ilin doqquz ayı ərzində Qazax RİH başçısı tərəfindən şəhər və kəndlərdə 29 səyyar görüş keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 4861 nəfər, müraciət edənlərin sayı 188 nəfər olmaqla 132 təklif irəli sürülmüşdür. Qaldırılan məsələlər və təkliflərdən 93-ü (70,4 %) icra edilmiş, 27 (20,5 %) məsələ üzrə işlər davam edir, 12 (9,1 %) təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərdən 12-si elektrik təchizatı, 5-i qaz təchizatı, 16-sı yol infrastrukturu, 10-u su və kanalizasiya məsələləri, 3-ü rabitə, 18-i işlə təmin olunma, 68-i isə digər məsələlər olmuşdur.

Hər il olduğu kimi, bu il də "ASAN xidmət” Qazaxda vətəndaşlara xidmət göstərmişdir. 30 may-28 iyun 2018-ci il tarixlərində "ASAN xidmət” in fəaliyyətindən 4962 nəfər yararlanmışdır. Bundan əlavə, respublika üzrə ilk dəfə  səyyar xidmətin nümayəndələri 9 iyun 2018-ci il tarixdə şəhər 1 saylı körpələr evi-uşaq bağçasında körpələrə səyyar xidmət göstəriblər. Təşkil olunan səyyar xidmətdə şəhərdə yerləşən 1,2,3,4,5 və 6 saylı bağçaların uşaqları xidmətin fəaliyyətindən yararlanıb. Uşaqlara ödənişsiz olaraq şəkilsiz şəxsiyyət vəsiqələri verilib. 6 uşaq bağçasından 50 nəfər uşaqda qan analizi aparılıb və sənədləri qəbul edilib. Bundan başqa, səyyar "ASAN qatar” 2018-ci ilin sentyabr ayının 3-dən 27-dək Qazax şəhəri Ələddin Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında ümumilikdə 3367 nəfərə xidmət göstərmişdir. Rayonun 10 körpələr evi-uşaq bağçalarında 134 uşağa şəxsiyyət vəsiqəsi verilmişdir. Yekun olaraq deyə bilərik ki, rayonmuzda doqquz ay ərzində "ASAN xidmət”in fəaliyyətindən 8329 nəfər yararlanmışdır.

Bildiyiniz kimi, 2017-ci ilin may ayının 14-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət, tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə əmakdaşlıq sazişi imzalanmışdır. Bu il Litvanın 100 illiyi qeyd olunmuşdur. Bu münasibətlə  Trakay bələdiyyəsinin merinin rəsmi dəvət məktubu ilə nümayəndələrimiz Trakay şəhərində "Trakay yayı-2018” adlı bayram şənliyində iştirak etmişlər. Nümayəndələrimiz Trakay şəhərinin meri tərəfindən yüksək səviyyədə qarşılanmışlar. Hədiyyələr mübadiləsi olmuşdur. Biz isə 2019-cu ilin Novruz bayramı ərəfəsində qardaşlaşmış Trakay rayon nüməyəndələrini rayonumuza dəvət edəcəyik.

Bundan sonra da Dövlət Proqramının icra olunmasında hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.

GOYEZEN.AZ


Facebook-da paylaş