Yuxarı Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib
Son iki il yarımdır ki, Qazax rayonunda genişmiqyaslı
tikinti-quruculuq işləri ilə yanaşı, vətəndaş amili də ön planda tutulur. Belə
ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı
ilk gündən mütəmadi olaraq kəndlərdə olur, sakinlərin müraciətlərini dinləyir,
qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər
şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi görüşlər demək olar ki, artıq bir ənənə
şəklini alıb. İcra başçısınınnövbəti səyyar görüşü bu gün
rayonun Yuxarı Salahlı kəndində keçirilib. Görüşdə RİHB aparatının məsul
şəxsləri ilə yanaşı aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd
sakinləri də iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla bütün
Azərbaycan xalqını, kənd sakinlərini Milli Müstəqillik Gününün 27-ci ili
münasibətilə təbrik edib, müstəqilliyimizin daimi və əbədi olmasını diləyib. Rayon
rəhbəri bildirib ki, cari
ilin proqramına uyğun olaraq səkkizinci dəfədir ki, sizlərlə səyyar
formada görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər keçirməyimin əsas
məqsədi kənddəki mövcud olan real vəziyyəti öyrənmək, siz sakinləri narahat
edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər
görməkdir.
"Prezident
İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən rayon rəhbəri
bildirib ki, fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər
şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, siz sakinləri narahat
edən problemləri öz dilinizdən eşitməyə çalışmışam. Bunu istər şəhərdə, istərsə
də kəndlərdə mütəmadi olaraq keçirilən səyyar görüşlərdən də aydın şəkildə
görmək olar. İcra başçısı qeyd edib ki, bu gün dövlət başçısının siyasətinin prioritet
istiqamətlərindən birini təşkil edən vətəndaş amili Qazax rayonunda hər zaman
ön plana çəkilir. İş fəaliyyətimizin əsasını əhalini narahat edən məsələləri
yerində öyrənmək, həlli istiqamətində mümkün olan nə varsa kömək etmək təşkil
edir. İcra başçısı bildirib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf,
tərəqqi olmasın. Bu gün 2016, 2017-ci illərlə müqayisə etdikdə görürük ki, bu
il Qazaxda abadlıq, quruculuq işləri daha geniş vüsət alıb. "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri,
istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin
yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin
gündən-günə artmasını bu dediklərimizin əyani sübutu olduğunu qeyd edib. Bildirib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi
tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 105 nəfərin
işlədiyini bildirən icra başçısı yeni iş yerlərinin açılması baxımından
rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək qiymətləndirib.
"Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam
hazır olduğunu çatdırıb. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP”
MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işlərinin aparıldığını, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlərin yekunlaşdığını
bildirib. 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər
görüldüyünü, son tamamlanma işləri aparıldığını qeyd edib. Rayon rəhbəri dövlət başçısı İlham Əliyevin
Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı
imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki il yarım ərzində
uğurla icra edildiyini bildirib. Rayon rəhbəri ötən il 78 çoxmənzilli yaşayış
binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsinin
bunun əyani sübutu olduğunu qeyd edib. Bu
il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan
qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir,
rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış
binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu vurğulayıb. İcra başçısı rayonda təmir olunan binalara Heydər Əliyev prospektində
yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu,
18 mənzilli 63 nömrəli, 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli,
"Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı
2,3,4,5,60 və 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina”
adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A
ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov
yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı,
"Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4
blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını misal
olaraq göstərib.
Rayon rəhbəri
qeyd edib ki, dövlət başçısının respublikanın şəhər və rayonlarında
çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər
haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu
istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Dövlət
başçısının müvafiq Sərəncamına əsasən şəhərin N.Nərimanov
yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı, Ə.Şıxlinski
küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası
olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı
şəkildə təmir olunduğunu bildirib. Azadlıq küçəsi 92 ünvanında yerləşən 4
bloklu, 5 mərtəbəli, 36 ailənin, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5
mərtəbəli, 30 ailənin yaşadığı binaların isə dam örtüklərinin dəyişdirildiyini diqqətə
çatdırıb. Rayonda azyaşlı
körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri
yeni inşa olunan və əsaslı təmir olunan bağçalardan söz açıb. Şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd
bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni
qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2
və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı,
Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da
yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib. Bundan
başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq
bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparılmasını bu sahədə
görülən işlərin daha bir nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri qeyd edib ki, bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı
kəndində 2, Dəmirçilər, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı
kəndlərinin hər birində bir bağçanın təmir olunmasına böyük ehtiyac vardır. Qeyd
edib ki, Çaylı kəndində bağçanın yaradılması üçün lazımi işlərin görülməsi
nəzərdə tutulmuşdur. İcra başçısı Orta Salahlı və Yuxarı Salahlı kəndlərində də
bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü işlərin görüləcəyini bildirib. Təhsil sahəsinə dövlət səviyyəsində
göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir
ki, Qazax rayonunun S.Vurğun adına 2 saylı tam orta məktəbi əsaslı şəkildə təmir
olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Builki qəbul imtahanında qazanılan nailiyyətlərdən söz
açan icra başçısı qeyd edib ki, 2017-2018-ci
tədris ili üzrə qəbul olma faizi 54,15 oldu. Belə ki, tədris ilində 676 nəfər məzundan
509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər
ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları
ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər
ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici
haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən,
19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən
diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə
sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda
285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda
hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə, onların ailə üzvlərinə olan
qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə
başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı
şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər
Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib. İcra başçısı rayonumuza gələn qonaqların qürur yerimiz olan bu müqəddəs
məkana baş çəkdiyini, memorial önünə tər çiçəklər düzdüyünü, igid oğullarımızın
şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad
etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs
məkanı ziyarətlə başladığını, məktəblilərin mütəmadi olaraq xiyabanda olduğunu,
rayonunun şəhidləri haqqında ətraflı məlumatlar aldığını və gələcək nəsillərin
vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rol oynadığını vurğulayıb. Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq
bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın
artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son iki
il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Əkin
sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki,
2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə
20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən
yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu
rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin
işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə
müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30
hektara çatdırılmışdır. İcra başçısı
vurğulayıb ki, iqtisadi cəhətdən gəlirli
sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər
həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə
tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki
tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox
məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə
əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu
məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı
və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş
Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha,
Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu
sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün
dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 203 ton yaş tütün tədarük
ediblər. Eyni zamanda, 15 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil
veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün
məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu
ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması
nəzərdə tutulmuşdur. Qazax rayonunda
kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər
görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi
mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri
genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən
sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara
çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq
bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə
kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə
isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə
tutulmuşdur. İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün
uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin
maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Kənddə görülən işlərdən söz açan rayon rəhbəri Yaponiyanın Azərbaycandakı
səfirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə səyi nəticəsində Yuxarı
Salahlı kəndində müasir tələblərə cavab verən 8 otaqdan ibarət həkim məntəqəsinin
oktyabrın 1-də kənd sakinlərinin istifadəsinə verilməsini səhiyyə sahəsinə göstərilən
diqqət və qayğı kimi qiymətləndirib. Bundan başqa, Xalq şairi Səməd Vurğunun poeziya evində əsaslı şəkildə təmir
işlərinin aparılmasını bildirib. Kənddə suvarma suyunda heç bir problemin olmadığını bildirən rayon rəhbəri
ötən il kənddə içməli su ilə bağlı məqsədyönlü işlər görüldüyünü bildirib.
Birinci Şıxlı, İkinci Şıxlı, Orta Salahlı və Aşağı Salahlı kəndlərində olduğu
kimi, bu kənddə də Kür çayının kənarında sahilbərkitmə işlərinin aparılması
üçün də rəsmi danışıqlar aparıldığını və aidiyyəti təşkilatlar qarşısında
məsələ qaldırıldığını vurğulayıb. Mövcud vəziyyətin həll olunacağını, mümkün
olan nə varsa, ediləcəyini bildirib. Ötən il kənddə arx və kanallarda təmizlik
işlərinin aparıldığını bildirən rayon rəhbəri bu işin bu il də davam
etdiriləcəyini qeyd edib. Kənd sakinlərindən ağsaqqal Abdulla Məmmədov, təqaüddə olan müəllim
Məmləkət Quliyeva, Elşən Vəliyev, Elnurə Salehova, Bəsti Şıxməmmədova, Taleh
Şıxməmmədov, Xanlar Eyyubov, Humay İsmayılova, Şəlalə Salyayeva, Vəzir Eminov,
Eldar Kalayev, Vaqif Kərimov, Arzu Əhmədova və başqaları çıxış edərək respublikamızda,
Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə
Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin
minnətdarlıqlarını bildiriblər. Ötən iki il yarım ərzində Qazaxda həyata
keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını
bildiriblər. Rayonda bütün sahələrin uğurla inkişaf etdiyini bildirən sakinlər əsasını
ulu öndərin qoyduğu dövlət siyasətinin və inkişaf strategiyasının bu gün onun
layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
qeyd ediblər. Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən
kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları
narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən
səsləndirilən ünvanlı sosial yardımın təmin olunması, kəndin içindən keçən
arxın düzəldilməsi, suötürücü arxların beton üzlüyə alınması, kəndarası yolun
işıqlandırılması, kənd ərazisinə zibil qablarının qoyulması və s. məsələlərlə
bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə
baxılacağını bildirib. Məsələlərə yerində baxış keçirilməsi, araşdırılması və
nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib. İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı
İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi
həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən
bugünkü səyyar görüş də bunun bariz nümunəsidir. GOYEZEN.AZ
Facebook-da paylaş