Tütün sahəsinə baxış keçirilib
Ölkə başçısı
İlham Əliyev tərəfindən imzalanmış 2017-ci il 10 avqust tarixli, 3163 nömrəli
Sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair
2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması tütünçülüyün
inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, qəbul edilmiş həmin dövlət
proqramına uyğun olaraq respublikamızın bütün bölgələrində tütünçülüyün
inkişafına dövlət dəstəyi güclənmiş, rəqabət qabiliyyəti yüksəlmiş və tütün
istehsalı ilə məşğul olan əhalinin sosial rifah halı daha da yaxşılaşmışdır. Qazax rayonunda da iqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan
tütünçülüyün inkişafına önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün
yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki
tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Əldə
etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10
hektar artıraraq 60 hektara çatdırmışlar. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və
Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Kosalar kəndinə gələrək
tütünçülüyün vəziyyəti ilə tanış olublar. Məlumat verilib ki, tütünçülüyün inkişafı məqsədilə rayonun Kosalar
kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1
ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin
hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli
kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi
deməkdir. Tütünçülərlə
səmimi söhbət zamanı fermerlər rayon rəhbərliyinə görülən işlər haqqında
məlumat verərək bildiriblər ki, bu günədək 156 ton yaş tütün tədarük
edilib. 10 tondan çox məhsul "İlham-M” MMC-yə təhvil verilib.
Qeyd ediblər ki, hazırda tütün dərimi sürətlə davam edir. Dərimin vaxtında və
itkisiz başa çatdırılması üçün əlverişli keçən hava şəraitindən maksimum
dərəcədə istifadə etməyə çalışırlar. Yığılmış tütün xüsusi talvarlar altında
ipə düzülərək qurudulur. Sahdə çalışan tütünçülərdən Minayə Qarayusifova, Cəvahir Paşayeva, Gülayə
Mustafayeva respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinə, əhalinin
maddi rifah halının yaxşılaşdırılmasına görə ölkə başçısı İlham Əliyevə,
mütəmadi olaraq göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və
tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş