Ulu öndərin adını daşıyan Mərkəzlə tanışlıq olub
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan
Mürsəlov Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının inzibati binasında
olub, işçilər üçün yaradılan şəraitlə maraqlanıb. YAP Qazax rayon
təşkilatının sədri Həmid Pənahov bildirib ki, 25
ildən artıqdır ki, fəaliyyət göstərən partiya tarixi uğurlara imza atır. Müstəqil
Azərbaycan dövlətinin inkişafı naminə misilsiz işlər görür. Qeyd edib ki, YAP Qazax rayon təşkilatının bu gün 9708 nəfər üzvü vardır.
Onların böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir. Təkcə cari ildə 1700
nəfər YAP sıralarına qəbul edilib. Sonra rayon rəhbəri və
administrasiya nümayəndəsi ulu öndər Heydər Əliyevin adını daşıyan park və Mərkəzlə
tanış olub, yaradılan şəraitlə maraqlanıb. İstər Mərkəzdə, istərsə də parkda təmir
işlərinin aparıldığı barədə məlumat verilib. Mərkəzin
direktoru Ceyhunə Hüseynova Respublika Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət
sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. Ölkə başçısı tərəfindən bu sahədə
çalışan insanlara yüksək qayğı göstərildiyini qeyd edərək rəhbərlik etdiyi
kollektiv adından minnətdarlığını çatdırıb. Fəaliyyətə başladığı ilk gündən
rayon rəhbərliyi tərəfindən hər cür qayğı və dəstəklə əhatə olunduqlarını
bildirib. Qazaxda tarixi şəxsiyyətlərin,
şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsini,
tarixi günlərin yüksək səviyyədə qeyd olunmasını bunun bariz nümunəsi kimi qiymətləndirib.
Eyni zamanda, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının əsaslı şəkildə
təmir olunması, həmin idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin iş şəraitinin
yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. C.Hüseynova ümummilli lider Heydər Əliyevin doğum və anım günü ilə əlaqədar
mütəmadi olaraq "Açıq qapı” günlərinin təşkil olunduğunu, həmin günlərdə iştirakçıların
əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzdüyünü, dahi
şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etdiklərini bildirib. Sonra mərkəzdə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli
dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli
şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələrin
dinlənildiyini qeyd edib. Həmçinin, ulu öndərin Azərbaycan xalqının və
ölkəmizin müstəqilliyə qovuşması uğrunda xidmətlərini özündə əks etdirən
filmlərə baxıldığını, kitab və jurnallardan ibarət sərgi ilə tanış olduqlarını
çatdırıb. Qeyd edib ki, keçirilən mühazirələrdə bu
gün ölkəmizin hüdudlarında dillər əzbəri olan "Müasir Azərbaycan Heydər
Əliyevin şah əsəridir” ifadəsinin dövrün reallığını əks etdirən danılmaz həyat
həqiqəti olması vəRespublika Prezidenti İlham Əliyevin bütün sahələrdə ümummilli liderin siyasi
kursunu uğurla davam etdirməsi, ölkəmizin yeni-yeni nailiyyətlərə imza atması,
Heydər Əliyevin ideyalarının geçəkləşməsi vurğulanır. Bundan başqa, rayonda olan bütün ümumtəhsil məktəbləri ilə
müqavilələr bağlandığını, məktəblilərin Mərkəzə ekskursiyalarının təşkil
olunduğunu vurğulayıb. Oktyabrın 1-dən başlayaraq 150 nəfərdən çox məktəblinin
Mərkəzə ekskursiya etdiyini çatdırıb. Eyni zamanda, yeni ailə quran gənclərin
öz təşəbbüsləri ilə nikah mərasimlərinin Mərkəzdə keçirildiyini və bunun bir
ənənə halını aldığını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş