İcra başçısı Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla
birlikdə Araz Əmilov adına Daş Salahlı kənd tam orta məktəbində olub, müəllimlərlə
görüşüb. Müəllim-şagird kollektivi üçün yaradılan şəraitlə maraqlanıb. İcra başçısı çıxış edərək bildirib ki, "Təhsil millətin gələcəyidir”
deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə həmişə
müəllim əməyini yüksək qiymətləndirib. Müəllimlərə böyük hörmətlə yanaşmış,
təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində
əhəmiyyətli işlər görmüşdür. Son 15 ildə Respublika Prezidenti İlham Əliyev
tərəfindən təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb.
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni
məktəb” Proqramı və digər irimiqyaslı layihələrə əsasən təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin inkişafı və keyfiyyətinin
artırılması istiqamətində görülən işlərdən danışıb. Daş Salahlı kənd 1 saylı tam orta məktəbin
direktoru Söylü Xəlilova təhsil
sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə rəhbərlik
etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. Fəaliyyətə başladğı
ilk gündən müəllimlərə göstərdiyi səmimi münasibətə və verdiyi yüksək dəyərə görə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini
çatdırıb. Qeyd edib ki, Qazax hər zaman təhsilin, mədəniyyətin beşiyi olub, öz
ziyalılığı ilə seçilib. Ona görə də biz təhsil işçilərinin, müəllimlərin üzərinə
bu gün böyük məsuliyyət düşür. S.Xəlilova ötən ilin oktyabrında Azərbaycan ilə Litva arasındakı
dostluq əlaqələrinin bariz nümunəsi kimi məktəbdə Təhlükəsiz Oyun Meydançasının tikilməsini
də qeyd edib. Həmin meydançanın yaradılmasının valideynlərin və uşaqların
sevincinə səbəb olduğunu bildirib. Uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək məqsədilə
yaradılan bu meydançanı dövlətin təhsil sahəsinə göstərdiyi qayğının əyani təzahürü
kimi qiymətləndirib. GOYEZEN.AZ
Facebook-da paylaş