Əhəng zavodu açılışa tam hazırdır
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul
işçisi Orxan Mürsəlov rayonun Daş Salahlı kəndində "Mətanət A” şirkəti tərəfindən
tikilən Əhəng zavodunun inşası ilə tanış olublar. Məlumat
verilib ki, illik istehsal gücü 50 min ton olan zavodun tikintisi sürətlə
aparılmış və inşaat işləri nəzərdə tutulduğu vaxtda başa çatdırılmışdır. Yeni
zavod yüksək texnologiya ilə təmin olunmuşdur. Məlumat
verilib ki, zavodun istehsal hissəsi test yoxlamasından keçib və məhsul
buraxmağa tam hazırdır. İnzibati binası yüksək səviyyədə hazırlanıb və lazım
olan bütün işlər görülüb. Eyni zamanda, zavodun ərazisinə asfalt vurulub,
yaşıllıqlar salınıb, güllər əkilibdir. Bir sözlə, Əhəng zavodu açılışa
tam hazırdır. GOYEZEN.AZ
Facebook-da paylaş