Aşağı Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə
başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə olur, sakinlərin müraciətlərini
dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin
istər şəhər, istərsə də kənd sakinləri ilə görüşü artıq bir ənənə şəklini
alıb. İcra başçısı 2 il 4 aydır ki, həmin ənənəyə sadiq qalaraq ölkə başçısının
siyasətinin əsasını təşkil edən vətəndaş amilini ön plana çəkir. Növbəti belə səyyar görüş bu gün rayonun Aşağı Salahlı kəndində keçirilib. Görüşdə Prezident Administrasiyasının məsul
işçisi Orxan Mürsəlov, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd
sakinləri iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd
sakinlərini salamlayıb, görüşdə iştirak edən administrasiya nümayəndəsinə Qazax
rayonuna ayırdığı diqqətə, sakinlərə göstərdiyi qayğıya görə sakinlər adından
minnətdarlığını çatdırıb. Rayon
rəhbəri bildirib ki, cari
ilin proqramına uyğun olaraq 7-ci dəfədir ki, sizlərlə səyyar formada
görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi
kənddəki mövcud vəziyyəti öyrənmək, siz sakinləri narahat edən məsələləri öz
dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. "Prezident
İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən rayon rəhbəri
qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər
şeydən üstün tutmağa, hər zaman xalqın arasında olmağa, siz sakinləri narahat
edən problemləri öz dilinizdən eşitməyə çalışmışam. Bunu mütəmadi olaraq istər
şəhərdə, istərsə də kəndlərdə səyyar görüşlər keçirməyimdən də aydın şəkildə
görmək olar. İcra başçısı qeyd edib ki, bu gün dövlətimizin siyasətinin prioritet
istiqamətlərindən birini əhalini narahat edən məsələləri yerində öyrənmək,
həlli istiqamətində mümkün olan nə varsa kömək etmək təşkil edir. Ölkə
başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda
olduğu kimi icra edildiyini vurğulayan icra başçısı bildirib ki, rayonumuzda
elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Rayon rəhbəri bildirib
ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. 2016,
2017-ci illərlə müqayisə etdikdə görürük ki, bu il abadlıq, quruculuq işləri
daha çox olub. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na
uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də
yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini,
tikinti-quruculuq işlərinin geniş vüsət almasını bu dediklərimizin əyani
sübutu olduğunu qeyd edib. Bildirib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi
tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 105 nəfərin
işlədiyini bildirən icra başçısı yeni iş yerlərinin açılması baxımından
rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək qiymətləndirib. Qeyd edib
ki, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə
tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC
tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. 145
çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son
tamamlanma işləri aparılır. İcra başçısı
görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də
rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə
məqsədyönlü işlərin görülməsidir. Ölkə başçısı İlham Əliyevin avtomobil
yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən
bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu
sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam
etdiriləcəkdir. Qeyd edib ki, bu inkişafı rayonun Kosalar, Canalı, Çaylı, Bala
Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın
şəkildə görmək olar. Rayon rəhbəri
dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə
təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın
son 2 il 4 ay ərzində uğurla icra edildiyini bildirib. Rayon rəhbəri ötən il 78
çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin
istifadəsinə verilməsini, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış
binalarında əsaslı təmir işlərinin aparılmasını, quruculuq siyasətinin artan
templə davam etməsini qeyd edib. Təmiri nəzərdə tutulan həmin binalardan 74-nün
dam örtüyünün dəyişdirilməsini də bu istiqamətdə görülən işlərin əyani sübutu
olduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının respublikanın şəhər və rayonlarında
çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər
haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu
istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri
bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan 20-nin tam hazır
olduğunu qeyd edərək 26 iyun Silahlı Qüvvələr Günündə istifadəyə verilən
"Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı
2,3,4,5 saylı, bundan əlavə, N.Nərimanov yaşayış massivində yerləşən
13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə,
Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4
və 5 saylı beşmərtəbəli yaşayış binalarının, Heydər
Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3
mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36
mənzilli 65 nömrəli yaşayış binalarının həmin təmirli binalar sırasında
olduğunu bildirib. Hazırda şəhərin Azadlıq küçəsi 92 ünvanında
yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin yaşadığı, Bakı küçəsi 1
ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı, N.Nərimanov
yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı, Ə.Şıxlinski
küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan,
"Oxumaq-oxumaq” adlanan binalarda da əsaslı şəkildə təmir işlərinin
aparılmasına və dam örtüklərinin dəyişdirilməsinə başlanıldığını çatdırıb.
Rayonda azyaşlı
körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri
yeni inşa olunan və əsaslı təmir olunan bağçalardan söz açıb. Şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd
bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni
qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2
və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı,
Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da
yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib. Bundan
başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq
bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparılmasını bu sahədə
görülən işlərin daha bir nümunəsi kimi qiymətləndirib. Yeni uşaq
bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını,
müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu
addımlardan biri olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, bu gün rayonda İkinci Şıxlı kəndində 2,
Dəmirçilər, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər
birində bir bağçanın təmir olunmasına böyük ehtiyac vardır. Qeyd edib ki, Çaylı
kəndində bağçanın yaradılması üçün lazımi işlərin görülməsi nəzərdə
tutulmuşdur. İcra başçısı Orta Salahlı kəndində kəndində də bağçanın olması
üçün bu istiqamətdə məqsədyönlü işlərin görüləcəyini bildirib. Bütün bunlarla
yanaşı Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasının da təmir olunmasının
nəzərdə tutulduğunu qeyd edib. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan
rayon rəhbəri S.Vurğun adına şəhər 2 nömrəli məktəbdə aparılan əsaslı
yenidənqurma işlərini bu qayğının əyani sübutu kimi qiymətləndirib. Builki qəbul imtahanında qazanılan nailiyyətlərdən söz
açan icra başçısı qeyd edib ki, 2017-2018-ci
tədris ili üzrə qəbul olma faizi 54,15 oldu. Belə ki, tədris ilində 676 nəfər məzundan
509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər
ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları
ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər
ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici
haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən,
19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Bu il Aşağı Salahlı kənd tam orta
məktəbindən 4 nəfər məzunun qəbul imtahanında iştirak etmək üçün sənəd
verdiyini və dördünün də ali məktəblərə qəbul olduğunu bildirib. Bundan başqa,
ötən il bitirən məzunlardan da 4 nəfərin qəbul olduğunu qeyd edib. Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən
diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə
sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285
şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda hər
zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun,
şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə
olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəyə
xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının,
yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu
çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər
Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib. İcra başçısı bildirib ki, əvvəl şəhidlərimiz haqqında sözlə məlumat verirdiksə,
bu gün xiyabanı ziyarət edən hər kəs şəkil vasitəsilə də olsa şəhidlərimizi
əyani şəkildə tanıyırlar. Bu gün sevindirici haldır ki, rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır. Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq
bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi,
məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin
nəticəsidir ki, son 2 il 4 ay ərzində əkin sahələrində xeyli sayda artım
olmuşdur. Əkin
sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki,
2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə
20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən
yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu
rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin
işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə
müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30
hektara çatdırılmışdır. İcra başçısı
vurğulayıb ki, iqtisadi cəhətdən gəlirli
sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər
həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə
tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki
tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox
məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə
əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu
məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı
və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş
Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha,
Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu
sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün
dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 156 ton yaş tütün tədarük
ediblər. Eyni zamanda, 10 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil
veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün
məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu
ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması
nəzərdə tutulmuşdur. Qazax rayonunda
kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər
görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi
mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri
genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən
sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara
çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq
bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə
kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə
isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə
tutulmuşdur. İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün
uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin
maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Kənddə suvarma suyunda heç bir problemin olmadığını bildirən rayon rəhbəri
ötən il kənddə içməli su ilə bağlı məqsədyönlü işlər görüldüyünü bildirib.
Birinci Şıxlı, İkinci Şıxlı və Orta Salahlı kəndlərində olduğu kimi, bu kənddə
də Kür çayının kənarında sahilbərkitmə işlərinin aparılması üçün də rəsmi
danışıqlar aparıldığını və aidiyyəti təşkilatlar qarşısında məsələ
qaldırıldığını vurğulayıb. Mövcud vəziyyətin həll olunacağını, mümkün olan nə
varsa, ediləcəyini bildirib. Ötən il kənddə 30 km-ə yaxın arx və kanallarda
təmizlik işlərinin aparıldığını bildirən rayon rəhbəri bu işin bu il də davam
etdiriləcəyini qeyd edib. Kənd sakinlərindən ağsaqqal Ayvaz Osmanov, İlham Nəbiyev, İslam Musayev,
Asimə Ballayeva çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də
kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə
bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4
ay ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc
hissi ilə qarşıladıqlarını çatdırıblar. Qeyd ediblər ki, sizin kəndə hər
gəlişiniz bizim üçün bir yenilik deməkdir. Çünki hər dəfə gələn zaman kəndin
abadlaşması üçün nəsə edirsiniz. Bu, biz sakinlər üçün əsl toy-bayram olur. Bu
gün biz sevinirik ki, ulu öndərin əsasını qoyduğu siyasət və inkişaf
strategiyası onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Respublikamızda olan inkişaf
rayonumuzda da hiss olunur. Bunu rayonun günü-gündən abadlaşmasından, əhalinin
rifah halının yaxşılaşmasından da aydın şəkildə görürük. Çıxış edənlər bildiriblər ki, 2 il 4 aydır ki, sizin kimi rəhbərin
sayəsində yüksək diqqət və qayğının şahidi oluruq. Biz sakinlər hər bir
qayğımızı çəkinmədən deyirik. Biz bir vətəndaş olaraq əminik ki, dövlətimiz,
dövlət başçımız və rayon rəhbərimiz tərəfindən bundan sonra da daim qayğı ilə
əhatə olunacağıq. Müəllimlərin İşə Qəbulu üzrə imtahanda iştirak edərək Aşağı Salahlı kənd
tam orta məktəbinə göndərilmiş gənc müəllimlərdən Alı Alıyev çıxış edərək
rayonda təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. Gənc müəllimlərə verdiyi dəyərə görə həmkarları
adından təşəkkürünü çatdırıb. Qeyd edib ki, sizin yeni dərs ili ərəfəsində biz gənc müəllimlərlə
görüş keçirməyiniz bir daha onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi
qayğı ilə yanaşır. Biz müəllimlər sizin sayənizdə həmin qayğının şahidi olduq.
Yeni tədris ilində həmin görüş biz gənc müəllimlər üçün ən böyük stimul oldu.
Biz də çalışacağıq ki, dövlətimizin bizə olan etimadını öz nailiyyətlərimizlə
doğruldaq. Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən
kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları
narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən
səsləndirilən pay torpaqlarına gedən yolun kənarında tikinti tullantılarının
götürülməsi, qısa müddətdə qazın təzyiqinin az olması, kənddə həkim
məntəqəsinin bərpası, kəndliyə məxsus üzümün satılması və s. məsələlərlə bağlı
müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə
baxılacağını bildirib. Bununla bağlı məsələnin yerində baxış keçirilməsi,
araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib. İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı
İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi
həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən
bugünkü görüş də bunun bariz nümunəsidir. Sonra icra başçısı Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasında olub, uşaqların
ərzaq təminatı, tibbi müayinə olunmaları və göstərilən qayğı ilə maraqlanıb. GOYEZEN.AZ
Facebook-da paylaş