İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında son tamamlanma işləri görülür
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə də
tanış olub. Rayonumuzda qonaq olan administrasiya nümayəndəsinə məlumat verilib
ki, bu gün rayonda 25 bağça fəaliyyət göstərir. Onlardan 6-sı şəhərdə,
19-u isə kəndlərdə yerləşir. Həmin bağçalardan böyük əksəriyyəti əsaslı şəkildə
təmir olunaraq yendən qurulub. Bəziləri üçün yeni binalar inşa olunub. Bu gün
həmin təmirli şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli
kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı
Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar
kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli
kənd uşaq bağçalarının öz gözəllikləri, yaradılan şəraitlə göz oxşayan bağçalar
sırasında olduqları bildirilib. Qeyd olunub ki, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında da
ilk gündən tikinti işləri sürətlə aparılır. Bunun nəticəsidir ki, bağça binasında əsas işlərin xeyli hissəsi
görülüb. Bağça binasının xarici fasadında rənglənmə işləri aparılır ki, bu iş
yekunlaşmaq üzrədir. Bundan əlavə, binanın həyətinə tamet döşənməsi işi də başa
çatıb. Görülən işlərlə yaxından tanış olan administrasiya nümayəndəsi işlərin
sürətlə və keyfiyyətlə aparılmasını yüksək qiymətləndirib. Rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini
verib. Kənd sakinləri
ilə yanaşı, müəllim və valideynlər də rayonda aparılan genişmiqyaslı
tikinti-quruculuq işlərinə, eləcə də İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə ölkə başçısına,
rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Son 2 il 4 ayda rayonda
bağçaların əsaslı şəkildə yenidən qurulması istiqamətində görülən işləri
gələcəyimiz olan uşaqlara göstərilən yüksək qayğı kimi qiymətləndiriblər. İstifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq
ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bu bağçanın
da yüksək səviyyədə təmir olunduğunu qeyd ediblər. Sonra rayon rəhbəri və administrasiya nümayəndəsiİkinci Şıxlı kənd 3 saylı körpələr evi-uşaq bağçasında olub,
mövcud vəziyyətlə maraqlanıblar. GOYEZEN.AZ
Facebook-da paylaş