6 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir
Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən
biri də böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları
üçün yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən
qurulmasıdır. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən
regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci
il tarixli Sərəncamı Qazaxda uğurla icra olunur desək yanılmarıq. Son 2 il 4 ay
ərzində rayonda çoxsaylı bağçaların təmir olunması üçün verilən tapşırıq və
tövsiyələr bunu söyləməyə əsas verir.
Bu gün rayonda
olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli
kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı
Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar
kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli
kənd uşaq bağçaları bu istiqamətdə görülən həmin məqsədyönlü işlərin bariz
nümunəsidir.
Tələbata cavab
verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən
qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də
uğurla davam etdirilir.
Şəhərdə
yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da
əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 2 aya yaxındır ki, bununla bağlı
bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə 6 saylı körpələr evi-uşaq bağçasında da görülən işlərlə tanış olub.
İş icraçısı
Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binada bütün
işlər paralel şəkildə həyata keçirilir. Belə ki, otaqlarda olan köhnə suvaq
çapılaraq tökülüb və yenisi ilə əvəz olunub. Üzlük vurulub. Bundan əlavə,
döşəmədə lazım olan hissələrə beton tökülüb. Suvaqaltı elektrik xətləri
çəkilib. Tavana alçipan vurulub. Lazım olan hissələrdə arakəsmə hörgü işləri
həyata keçirilib. Binanın daxili ilə yanaşı, xarici fasadında da suvaq işləri
aparılıb. Dam örtüyü sökülərək yenidən vurulub.
Görülən işlərlə
tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib,
bəzi tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün
bildirək ki, bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan
6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.
GOYEZEN.AZ
Facebook-da paylaş