• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda ölkə başçısının imzaladığı Sərəncamlar uğurla icra olunur


Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda bütün sahələrdə olduğu kimi, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Bu baxımdan rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi böyük əhəmiyyət kəsb edir. Bu gün tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar rayonda uğurla icra olunur. Respublika Prezidentinin imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun əyani göstəricisidir. Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərdə əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən, eyni zamanda, hazırda təmir işləri aparılan çoxmənzilli yaşayış binalarına baxış keçirib. Binalarda aparılan əsaslı təmir işləri ilə tanış olub.

Rayon rəhbəri və qonaq əvvəlcə 3 oktyabr tarixində əsaslı təmirdən sonra istifadəyə verilən, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binalarında görülən işlərlə tanış olublar. Bina sakinlərindən Rüxsarə Eyyubova, Şükufə Məmmədtağıyeva çıxış edərək səmimi ürək sözlərini çatdırıb, yaşadıqları binaların belə yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyeva minnətdarlıqlarını çatdırıblar.

Sonra rayonumuzda olan administrasiya nümayəndəsi "Fəxri qazaxlılar” parkında sakinlərlə səmimi söhbət aparıb. Parkda istirahət edən ağsaqqallar rayonda görülən işlərdən, rayon rəhbərinin sakinlərə olan münasibətindən söz açıblar. Qazax rayonuna ayırdığı xüsusi diqqətə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sakinlərlə səmimi söhbətdən sonra şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən və dam örtüyü dəyişdirilən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin yaşadığı binada olublar. Bildirilib ki, lazım olan bütün materiallar təhvil verilib, hazırda binada dam örtüyünün dəyişdirilməsinə başlanılıb. Görülən işlərlə əyani şəkildə tanış olan rayon rəhbərliyi binanın qarşısında sakinlərlə də görüşüblər. Bina sakini Tamella Poladlı səmimi ürək sözlərini çatdıraraq rayonumuzda aparılan abadlıq işlərini, eləcə də çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiyini bildirib. Ölkə başçısına bütün bina sakinləri adından minnətdarlığını çatdırıb. 

Daha sonra təmir olunmuş binalardan - şəhərin Heydər Əliyev prospektində yerləşən və "Hərbi şəhərcik” adlanan 60 və 64 saylı binalarda görülən işlərə də baxılıb.

Bina sakinlərindən Qarabağ müharibəsi veteranı Naibə Əlisayeva, Əntiqə Həsənova və başqaları yaşadıqları binaların əvvəlcə bərbad vəziyyətdə olduğunu qeyd ediblər. Lakin bu gün istər binanın xarici fasadında, istərsə də bütün bloklarında yüksək səviyyədə təmir işi aparıldığını və onlar üçün hər cür şərait yaradıldığını bildiriblər. Yaradılan bu şəraitə görə bütün bina sakinləri adından minnətdarlıqlarını çatdırıblar.

"Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı binanın sakinləri də ölkə başçısının sadə vətəndaşlara göstərdiyi diqqət və qayğıdan söz açıblar. Sakinlərdən Aidə Qapaqova, Tərlanə İbrahimova, Təranə Hüseynova, Sürəya Qurbanova, Sabiri Kifayət, Tamella Məmmədova qeyd ediblər ki, dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda olduğu kimi həyata keçirilir. Biz hərbçi ailələri bu il ikiqat sevinc hissi yaşadıq. 26 iyunda həm Milli Ordumuzun yaranmasının 100 illiyini, həm də ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən əsaslı şəkildə təmir olunmuş binamızın açılışını böyük təntənə ilə qeyd etdik. Bu, bayram günü biz hərbçi ailələrinə verilən ən böyük hədiyyə idi. Buna görə bütün hərbçi ailələri adından dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildirir və tam əminliklə qeyd edirik ki, bu gün biz ona arxalanırıq.

Rayon rəhbərliyi dam örtüyü dəyişdirilən Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binada da olublar. Görülən işlərlə tanış olaraq bina sakinləri ilə görüşüblər. Bina sakinlərindən Yeganə Orucova, Sahibə Binnətova, Aygün Hacıyeva, Aygün Həsənova, Günay Rəhimova çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün bina sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.  Ölkə başçısının çoxmənzilli binalarla bağlı imzaladığı sonuncu sərəncamı minnətdarlıq hissi ilə qarşılayan bina sakinləri bu sərəncamın onlar üçün əsl töhfə olduğunu bildiriblər.

Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli binanın sakinləri də ötən il yaşadıqları binanın əsaslı şəkildə təmir olunmasını yüksək qiymətləndirdiklərini bildiriblər. Sakinlərdən Novruz Əliyev, Tamella Əliyeva, Heyranə Məhərrəmova, Müşkünaz Əsgərova və başqaları çıxış edərək bina ilə yanaşı, həyətdə də abadlıq işlərinin aparıldığını, SİP kabel çəkildiyini, su probleminin həll olunduğunu bildirərək sakinlər üçün hər cür şərait yaradıldığını qeyd ediblər.

Azadlıq küçəsi 206A ünvanında yerləşən və əsaslı şəkildə təmir olunan 6 bloklu, 5 mərtəbəli binaya baxış zamanı bu binada yaşayan sakinlər də səmimi ürək sözlərini çatdırıblar. Ələsgər Ələsgərov, Nüşabə Kərimova bina sakinləri adından ölkə başçısına və rayon rəhbərliyinə istər Qazaxda görülən bütün işlərə, istərsə də yaşadıqları binanın əsaslı təmirinə görə dərin təşəkkürlərini çatdırıblar. Sakinlərin həyətdə uşaqlar üçün oyun meydançasının yaradılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri növbəti ildə baxılacağını və nəzərə alınacağını bildirib.

Respublika Prezidentinin müvafiq Sərəncamına əsasən əsaslı şəkildə təmir edilən binalardan biri də N.Nərimanov yaşayış massivində yerləşən 45 saylı binadır. Rayon rəhbəri və administrasiya nümayəndəsi bu gün həmin binaya da baş çəkiblər. Görülən işlərlə tanış olublar. Bina sakinlərindən Sabir Məhərrəmov, Firəngiz Hacıyeva və başqaları çoxmənzilli binalarda görülən işlərdən danışıblar. Təkcə bu il nəzərdə tutulan çoxmənzilli binalardan artıq 20-nin əsaslı şəkildə təmir olunmasını vətəndaşlara göstərilən yüksək qayğının əyani təzahürü olduğunu qeyd ediblər. 45 saylı bina ilə yanaşı, massivdə yerləşən 13,31,32,41,42,43,44,46,47,48 saylı binaların da əsaslı şəkildə təmir olunduğunu bildiriblər. Bu binaların da böyük şəhərlərdə olan binalardan heç də geri qalmadığını, öz müasir görkəmləri ilə göz oxşadığını vurğulayıblar.

N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı bina da təmir olunan binalar sırasındadır. Bu gün baxış zamanı bina sakinlərindən Cəfər Həsənov, Tamam Məmmədova da istər binada, istərsə də həyətdə aparılan abadlıq işlərini yüksək qiymətləndiriblər. Bina sakinləri qeyd ediblər ki, biz əminik ki, digər binalar kimi, bizim yaşadığımız bina da əsaslı şəkildə təmir olunacaqdır. Ötən il binada xeyli sayda işlərin görüldüyünü bildirən sakinlər təmir işlərinin bu il də davam etdirilməsini vətəndaşlara olan yüksək qayğı kimi dəyərləndiriblər. Ölkə başçsının 4 oktyabr 2018-ci il tarixli Sərəncamının bu qayğının əyani sübutu olduğunu bildiriblər.

İcra başçısı Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada görülən işlərlə də maraqlanıb. Bildirilib ki, bloklarla yanaşı, binanın xarici fasadında suvaq işlərinə başlanılıb.

Yaşadıqları binanın təmir olunmasını sevinc hissi ilə qarşılayan sakinlərdən Qaməd Qasımov, Reyhan Abdurrəhmanova və başqaları çıxış edərək qeyd ediblər ki, biz sakinlər çox sevinirik ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda olduğu kimi icra olunur. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən biz sakinlər bu diqqət və qayğını hər zaman hiss etmişik. Bizim yaşadığımız binada gördüyü işlər, xüsusilə də evə ehtiyacı olan insanlara bu binada yaşamaq üçün yaratdığı şərait, mütəmadi olaraq qayğılarımızla maraqlanmağı bunun əyani sübutudur. 

Sakinlərin minnətdarlıq dolu ürək sözlərini dinləyən rayon rəhbəri onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını və təmir olunan digər binalar kimi, bu binanın da istər blokunda, istərsə də xarici fasadında yüksək səviyyədə təmir işlərinin görüləcəyini bildirib. Yaşadıqları binanın əsl təhsilin adına uyğun bir bina olacağını qeyd edib.

Respublika Prezidenti İlham Əliyevin siyasətinin Qazax rayonunda olduğu kimi icra olunmasının nəticəsidir ki, son 2 il 4 ayda abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bunu rayonda inşa olunan sosial obyektlərin, uşaq bağçalarının, məktəblərin tikilməsindən, yolların çəkilməsindən, bir sözlə, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olur. Bu fikirlər bu gün "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında yaşayan sakinlər tərəfindən səsləndirilib. 4 saylı binada yaşayan sakinlərdən İlhamə Xuduyeva, Pərnisə Qədimova, 5 saylı binanın sakini Nailə Əliyeva səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər. Bildiriblər ki, bu gün biz vətəndaş olaraq sevinirik ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazaxda uğurla icra olunur. Rayonda aparılan abadlıq və quruculuq işləri, xüsusilə də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunması geniş vüsət alıb.



















GOYEZEN.AZ



Facebook-da paylaş