• Təqvim

  • Unutma

  • Maraq



Sakinlər ölkə başçısına minnətdarlıq edirlər


Bildiyiniz kimi, vətəndaş amilinin ön planda tutulduğu Qazax rayonunda hər bir sakin tərəfindən qaldırılan məsələyə diqqətlə yanaşılır. Onları narahat edən qayğılar yerindəcə araşdırılır və həll olunması üçün konkret işlər görülür. Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı rayonda ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin ön planda olması sakinlər tərəfindən də yüksək qiymətləndirilir.  Vətəndaşlara olan qayğının nəticəsidir ki, onlar çəkinmədən öz müraciətlərini edir, ürək sözlərini çatdıra bilirlər.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərin Vidadi küçəsi 14 ünvanında ikimərtəbəli, 1 bloklu binada yaşayan sakinlərin yazdıqları məktuba əsasən qeyd olunan ünvanda olub. Vətəndaşların müraciətini dinləyib, mövcud vəziyyətlə əlaqədar yerində baxış keçirib.

7 ailənin yaşadığı binanın təmirə böyük ehtiyacı olduğunu bildirən sakinlər rayonumuzda çoxmənzilli binalarda görülən işlərdən söz açıblar. Bina sakinlərindən Zülfiyyə Salehova, Məyasə Nəsibova, Həmayə Nəbiyeva və başqaları çıxış edərək ölkə başçısının imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılmasını minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Bundan əlavə, dövlət başçısı İlham Əliyevin respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi kimi qiymətləndiriblər.

Təkcə bu il nəzərdə tutulan çoxmənzilli binalardan artıq 20-nin əsaslı şəkildə təmir olunmasını vətəndaşlara göstərilən yüksək qayğının əyani təzahürü olduğunu qeyd ediblər. Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binalarının həmin təmirli binalar sırasında olduğunu çatdırıblar.

Bina sakinləri qeyd ediblər ki, biz əminik ki, şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin yaşadığı, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı, N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı, Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, "Oxumaq-oxumaq” adlanan binalarla yanaşı, bizim yaşadığımız bina da təmir olunacaqdır.

Bina sakinləri respublikamızda, eləcə də son 2 il 4 ayda Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərlyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin bu gün Qazaxda olduğu kimi icra olunduğunu qeyd ediblər. Bildiriblər ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən biz sakinlər bu diqqət və qayğını hər zaman hiss etmişik. Bu gün iş saatının bitməsinə baxmayaraq bizim müraciətimizi nəzərə alıb görüşümüzə gəlməyiniz, qayğılarımızla maraqlanmağınız bunun əyani sübutudur. 

Sakinlərin minnətdarlıq dolu ürək sözlərini dinləyən rayon rəhbəri onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını və təmir olunan digər binalar kimi, bu binanın da istər blokunda, istərsə də xarici fasadında yüksək səviyyədə təmir işlərinin görüləcəyini bildirib.

Sonra rayon rəhbəri Heydər Əliyev prospekti 127 ünvanında binada yaşayan sakinlərlə də görüşüb. Onları narahat edən qayğılarla maraqlanıb. Binanın həyətində sakinlərlə görüşən icra başçısı rayonda təmir olunan digər binalar kimi, bu binanın da əsaslı şəkildə təmir olunacağını, blokla yanaşı, həyətdə də abadlıq işlərinin aparılacağını qeyd edib.

Bu binada yaşayan sakinlərdən Ərkinaz Namazova da istər respublikamızda, istərsə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün bina sakinləri adından dərin minnətdarlığını çatdırıb. Qeyd edib ki, bu gün biz vətəndaş olaraq sevinirik ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı Qazaxda uğurla icra olunur. Rayonda aparılan abadlıq və quruculuq işləri, xüsusilə də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunması geniş vüsət alıb.





GOYEZEN.AZ



Facebook-da paylaş