Sakinlər minnətdarlıq edirlər
Məlumat
verdiyimiz kimi, Qazax rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq
işlərinin siyahısında çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir
olunmasına da rast gəlinir. Ölkə başçısının imzaladığı 20 oktyabr 2016-cı il
tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı
şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85
ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun
bariz nümunəsidir. Bundan əlavə, dövlət başçısı İlham Əliyevin respublikanın
şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı
əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli
Sərəncamı bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən bu il təmiri nəzərdə
tutulan çoxmənzilli yaşayış binalarından 20-si tam hazırdır. "Hərbi
şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı,
N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı,
"Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4
blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış
binaları, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37
mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4
mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binaları həmin təmirli
binalar sırasındadır. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunan və dam örtüyü
dəyişdiriləcək binalardakı mövcud vəziyyətlə maraqlanıb, görülən işlərlə tanış
olub. İcra başçısı əvvəlcə
37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada görülən işlərlə maraqlanıb.
Bildirilib ki, bloklarla yanaşı, binanın xarici fasadında suvaq işlərinə
başlanılıb. Rayon rəhbəri
görülən işlərin sürətlə və keyfiyyətlə aparılması, elektrik və rabitə xətlərinin
səliqəyə salınması üçün tapşırıq və tövsiyələrini verib. Yaşadıqları
binanın təmir olunmasını sevinc hissi ilə qarşılayan sakinlərdən Qaməd Qasımov
və başqaları çıxış edərək respublikamızda, eləcə də son 2 il 4 ayda Qazax
rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham
Əliyevə, rayon rəhbərlyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış
edənlər qeyd ediblər ki, biz sakinlər çox sevinirik ki, ölkə başçısının
siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda olduğu kimi icra
olunur. Fəaliyyətə başladığınız ilk gündən biz sakinlər bu diqqət və qayğını
hər zaman hiss etmişik. Bizim yaşadığımız binada gördüyünüz işlər, xüsusilə də
evə ehtiyacı olan insanlara bu binada yaşamaq üçün yaratdığınız şərait,
mütəmadi olaraq qayğılarımızla maraqlanmağınız bunun əyani sübutudur. Sonra rayon rəhbəri N.Nərimanov
yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylıbinada olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə
bildirilib ki, bloklarda, eləcə də binanın xarici fasadında suvaq işləri və
üzlük vurulması işlərinə başlanılıb. Görülən işlərlə yaxından tanış olan icra
başçısı işlərin sürətlə və keyfiyyətlə aparılmasını tapşırıb. Binanın həyətində sakinlərlə
görüşən icra başçısı rayonda təmir olunan digər binalar kimi, bu binanın da
əsaslı şəkildə təmir olunacağını, bloklarla yanaşı, həyətdə də abadlıq
işlərinin aparılacağını qeyd edib. Bundan əlavə, həyətdəki xeyir-şər evinin də
yenidən qurulacağını bildirib. Bu binada
yaşayan sakinlər də istər respublikamızda,
istərsə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə respublika prezidentinə
dərin minnətdarlıqlarını çatdırıblar. "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan
abadlıq və quruculuq işlərini, xüsusilə də çoxmənzilli yaşayış binalarının
əsaslı şəkildə təmir olunmasını yüksək qiymətləndirdiklərini bildiriblər. GOYEZEN.AZ
Hazırda
şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin yaşadığı, Bakı küçəsi 1 ünvanında yerləşən
3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı, N.Nərimanov yaşayış massivində yerləşən, 4
bloklu, 5 mərtəbəli, 1
saylı,Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun
yataqxanası olan, "Oxumaq-oxumaq” adlanan binalarda da əsaslı şəkildə təmir
işlərinin aparılmasına və dam örtüklərinin dəyişdirilməsinə başlanılıb.
Sakinlərin minnətdarlıq dolu ürək sözlərini dinləyən rayon rəhbəri onlara göstərilən
diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını və təmir olunan
digər binalar kimi, bu binanın da istər bloklarında, istərsə də xarici
fasadında yüksək səviyyədə təmir işlərinin görüləcəyini bildirib. Yaşadıqları
binanın əsl təhsilin adına uyğun bir bina olacağını qeyd edib.
Facebook-da paylaş