• Təqvim

  • Unutma

  • Maraq



2 saylı məktəbdə son tamamlanma işləri görülür


Məlumat verdiyimiz kimi, rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə Qazaxda daha bir məktəbdə əsaslı tikinti işləri aparılır. Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı tikinti işlərinə ilk gündən böyük sürətlə start verilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbdə görülən işlərlə yaxından tanış olub.

İş icraçısı Pərviz Qafarov görülən işlər barədə məlumat verərək məktəbin əsas binasında, A, B, C korpuslarında, sinif otaqlarında, köhnə idman zalı, klub və bufetdə, arxada yerləşən yardımçı otaqlarda işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. Məktəb binası ilə yanaşı, həyətdə də tikinti işlərinin aparıldığını bildirib. Hazırda məktəbin həyətinə tamet döşəndiyini, hasar çəkildiyini və aqlay vurulduğunu çatdırıb.

Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb.

Məlumat üçün bildirək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunub.










\GOYEZEN.AZ



Facebook-da paylaş