Mərkəzi Xəstəxana binasında işlər yekunlaşmaq üzrədir
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 6 saylı körpələr evi-uşaq
bağçasında aparılan tikinti işləri ilə tanış olduqdan sonra Mərkəzi Xəstəxana
binasında görülən son tamamlanma işləri ilə də maraqlanıb.
Baş iş icraçısı
Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda
aparılan əsas tikinti işləri demək olar ki, yekunlaşmaq üzrədir. Köməkçi
binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-sahman
işləri aparılıb.
Qeyd edib ki,
hazırda görülən əsas işlərdən biri binanın giriş hissəsinə spayderin vurulmasıdır
ki, burada şüşənin vurulması başa çatmaq üzrədir.
Son tamamlanma
işləri ilə yaxından tanış olan rayon rəhbəri işlərin daha da
sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb.
Məlumat üçün onu
da bildirək ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Qazax rayon
Mərkəzi Xəstəxana binası 10 korpusdan ibarət olacaqdır. Bundan əlavə, binanın
ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos
stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib.
Nəzarət-buraxılış məntəqəsi tikilib. Hazırda işlərin sürətlə aparılması onu
deməyə əsas verir ki, 5 korpusun istifadəyə verilməsinə sayılı günlər qalıb.
GOYEZEN.AZ
Facebook-da paylaş