İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlərin xeyli hissəsi görülüb
Tikinti başlayan ilk gündən mütəmadi olaraq bağçada görülən işlərlə tanış
olan rayon rəhbəri bu gün də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında
olub. İcra başçısına məlumat verilib ki, istifadəyə verildiyi gündən təmir
olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı
təmirə böyük ehtiyac olan bağçada ilk gündən tikinti işləri sürətlə aparılır. Bunun nəticəsidir ki, bağça binasında əsas işlərin xeyli
hissəsi görülüb. Bütün otaqlarda köhnə suvaqlar çapılaraq tökülüb, köhnə qapı
və pəncərələr, tavan və döşəmə sökülüb. Əvəzində yeni qapı və
pəncərələr quraşdırılıb. Pəncərələrin ətrafına aqlaydan haşiyələrin vurulması
işi başa çatıb. Əlavə olaraq tikilən qrup otaqlarının hörgü və suvaq işləri tam
başa çatıb. Bundan əlavə, binanın dam örtüyü yenilənib. Yeni bağça binasının
qaz, işıq və su-kanalizasiya xətti çəkilib. Müasir istilik sistemi ilə
təchiz olunub. Sanitar qovşaqlarda kafel-metlak
vurulması tamamlanıb. Bağçanın
ətrafına hasarın çəkilməsi işi də tam başa çatıb. Hazırda bağçanın həyətinə
tamet döşənir və abadlıq işləri aparılır. Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə
aparılması barədə tapşırıq və tövsiyələrini verib. Kənd sakinləri
ilə yanaşı, müəllim və valideynlər də rayonda aparılan genişmiqyaslı
tikinti-quruculuq işlərinə, eləcə də İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə rayon rəhbərinə
minnətdarlıqlarını bildirirlər. Son 2 il 4 ayda rayonda bağçaların əsaslı
şəkildə yenidən qurulması istiqamətində görülən işləri gələcəyimiz olan
uşaqlara göstərilən yüksək qayğı kimi qiymətləndirirlər. Sonra rayon
rəhbəri İkinci Şıxlı kənd 3 saylı körpələr
evi-uşaq bağçasında olub, mövcud vəziyyətlə maraqlanıb. Məlumat üçün bildirək ki, bu gün rayonda 25 uşaq bağçası fəaliyyət göstərir
ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Şəhər bağçalarından -
1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd
2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq
bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları
tikilmiş və əsaslı təmir olunan bağçalardandır. Şəhərdə olan sonuncu 6 saylı
bağçada da əsaslı şəkildə yenidənqurma işləri aparılır. GOYEZEN.AZ
Facebook-da paylaş