• Təqvim

  • Unutma

  • Maraq



İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 1 aydan çoxdur ki, əsaslı şəkildə yenidən qurulan İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olub.

Tikinti başlayan ilk gündən mütəmadi olaraq bağçada görülən işlərlə tanış olan rayon rəhbəri hər dəfə baxış keçirərkən işlərin keyfiyyətlə aparılmasını ön plana çəkir və bu istiqamətdə lazımi tapşırıqlar verir.

Rayon rəhbərinə məlumat verilib ki, istifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bağçada ilk gündən tikinti işləri sürətlə davam etdirilir. Bununnəticəsidir ki, bağça binasında əsas işlərin xeyli hissəsi görülüb. Bütün otaqlarda köhnə suvaqlar çapılaraq tökülüb, köhnə qapı və pəncərələr, tavan və döşəmə sökülüb.  Əvəzində yeni qapı və pəncərələr quraşdırılıb. Pəncərələrin ətrafına aqlaydan haşiyələrin vurulması işi başa çatıb. Əlavə olaraq tikilən qrup otaqlarının hörgü və suvaq işləri tam başa çatıb. Bundan əlavə, binanın dam örtüyü yenilənib. Yeni bağça binasının qaz, işıq və su-kanalizasiya xətti çəkilib. Müasir istilik sistemi ilə təchiz olunub. Bağçanın ətrafına hasarın çəkilməsi işi də tam başa çatıb. Sanitar qovşaqlarda kafel-metlak vurulması tamamlanıb.  

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verib.

İstər kənd sakinləri, istərsə də müəllim və valideynlər rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, eləcə də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə rayon rəhbərinə minnətdarlıqlarını bildirirlər. Son 2 il 4 ayda Qazax rayonunda bağçaların əsaslı şəkildə yenidən qurularaq körpə fidanların istifadəsinə verilməsini yüksək qiymətləndirirlər. 

Bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 1,2,3,4 və 5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları da tikilmiş və əsaslı təmir olunan bağçalardandır.








GOYEZEN.AZ



Facebook-da paylaş