• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər

Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev parkına gəliblər. Tədbir iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ulu öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin əyani təzahürüdür. 
Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və  qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Hər il peşə bayramı ilə əlaqədar ölkə başçısının müvafiq Sərəncamına əsasən bir qrup prokurorluq işçilərinin I, II, III dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə, "Tərəqqi” "Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmaları bunun bariz nümunəsidir.



GOYEZEN.AZ




Facebook-da paylaş