Qazaxda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib
Bu gün "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin
gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib. Gənclər
Mərkəzində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Nazirliyin vətənpərvərlik
və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında
İctimai Şuranın sədri Nurəddin Mehdiyev, RİHB aparatının məsul işçiləri, idarə,
müəssisə və təşkilatlarda, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan fəal
gənclər, Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin tələbələri, KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ulu
öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük
ehtiramla yad ediblər. Ümummilli liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin
həyat və fəaliyyəti ilə yaxından tanış olublar. Sonra
Gənclər Mərkəzində konfrans öz işinə başlayıb. Azərbaycan Respublikasının Dövlət
Himni səsləndikdən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından
keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrasın
aparıcısı, Gənclər və İdman Nazirliyində vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi
sektorunun müdiri Əli Məmmədov giriş sözü ilə çıxış edərək keçirilən konfransın
əhəmiyyətindən danışıb. Qeyd edib ki, hər bir gənc azərbaycançılıq
ideologiyasını dərk edərək Azərbaycanın inkişafı naminə öz töhfəsini verməlidir.
Ulu öndərin qurub yaratdığı müstəqil dövlətin qorunub saxlanılmasında ölkə
başçısına dəstək olmalı və sağlam əqidəli gəncliyin formalaşdığını öz əməlləri
ilə sübut etməlidirlər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov konfransda çıxış edərək qonaqları
salamlayıb, dövlət və dövlət başçısının gənclərə olan qayğısından danışıb. Qeyd edib ki, heç kəsə sirr
deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir
millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki
hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların
yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu
baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan
gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq
etməsində böyük rol oynamışdır. Bu
gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki,
bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli
lider Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz
milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında
tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi
yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük
məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni
sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Rayon
rəhbəri bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o
cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər
qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı.
Bütün bunları gözəl bilən ümummilli lider Heydər Əliyev gənc nəslin mütəşəkkil
formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini
yaratdı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti
sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları
formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının
müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının
fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra
dövlət proqramları hazırlandı. Bu
siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev
tərəfindən imzalanan Sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan
Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun
keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da
artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında
duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə
fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərə
çarpacaq dərəcədə canlanmasına səbəb oldu. Gənclərin
ikinci forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ölkə
rəhbəri Heydər Əliyev bu forumda çıxış edərək gənclərə müraciət etdi׃ "Siz
Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu
vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI
əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil
Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”. Bu
sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən ulu
öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu. Görülən
işlərin davamı olaraq 2003-cü il oktyabrın 13-də keçirilmiş Azərbaycan
gənclərinin üçüncü forumu əvvəlki forumlardan ötən dövr ərzində görülmüş
işlərin layiqincə qiymətləndirilməsi və gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması
yollarını müəyyənləşdirərək, qərarların yerinə yetirilməsi üçün ölkənin bütün
qüvvələrini səfərbər etməsi ilə yadda qaldı. Ölkəmizdə
məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir
Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri
tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu
sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin
gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə
olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində
iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı
"Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq
edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi. Gənclərin
maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və
qayğının davamı olaraq, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur
universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. Gənclər
də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara
göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə
olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var,
mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də
sizə arxalanıram”. Heydər Əliyev Fondunun
vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər
Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla
xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi işlər xüsusilə qeyd
olunmalıdır. Məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılan Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının səmərəli fəaliyyəti xarici ölkələrdə formalaşan digər azərbaycanlı
gənclər təşkilatları üçün bir örnək təşkil edir. Bu gün Rusiyanın hər
yerində Azərbaycan gənclər klubları açılmışdır. Onlar uğurla fəaliyyət göstərir
və ölkəmizi ləyaqətlə təmsil edir. Eyni zamanda dövlətimizin gənclər
siyasəti rayonumuzda da xüsusi şəkildə həyata keçirilir. Mütəmadi olaraq
onlarla görüşlər təşkil olunur, problemləri barədə soruşulur, rayonumuzun
inkişafına dəstək vermək məqsədilə təklif və fikirləri öyrənilir. Bütün bunların
nəticəsidir ki, son 3 il ərzində respublikamızın dövlət universitetlərini
qırmızı diplom ilə bitirən savadlı, intellektli gənclər vəzifələrə təyin
edilirlər. Təkcə Rayon İcra Hakimiyyətinə 2 il ərzində 10 nəfərdən artıq gənc
kadr vəzifələrə təyin edilmişdir. Qazax rayon Gənclər və İdman İdarəsi
tərəfindən rayonda gənclərlə iş sahəsi üzrə 2016-cı ildə 19 tədbir həyata
keçirilmişdir və keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil
olunmuşdur. 2016-cı il ərzində rayon idmançıları respublika və beynəlxalq
miqyaslı yarışlarda uğurla çıxış etmişlər. Belə ki, 2016-cı ilin yanvar ayında
Bakı şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə
beynəlxalq turnirdə 3 nəfər güləşçimiz birinci yerə layiq görülmüşdür. Həmçinin
2016-cı ilin fevral ayında 3 nəfər ağır atletimiz birinci yeri, aprel ayında
Tbilisi şəhərində bir nəfə karateçimiz birinci yeri, noyabr ayında Batumi şəhərində
Avropa kuboku yarışında bir nəfər karateçimiz birinci yeri tutmuşdur. Ümumilikdə,
2016-cı il ərzində rayon idmançılarından beynəlxalq (23 idmançı) və respublika
(68 idmançı) yarışlarında 91 nəfər
mükafata layiq yerlər tutmuşlar. 2017-ci ilin dekabr ayında ölkə və
beynəlxalq miqyaslı yarışlarda yüksək nailiyyətlər qazanmış 26 idmançı və 4 məşqçi
rayon rəhbərliyi tərəfindən qəbul edilmiş, diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılmışlar. Qeyd edək ki, 2018-ci ilin 6 ayı ərzində
rayon idmançıları tərəfindən beynəlxalq miqyaslı yarışlarda 24, respublika
miqyaslı yarışlarda 89 medal əldə edilmişdir. 2018-ci ilin aprel ayında ABŞ-ın
Ayova şəhərində keçirilən Dünya Kuboku yarışlarında yığma komandamızın tərkibində
rayonumuzun yetirməsi Əfqan Xaşalov 61 kq çəkidə gümüş medala layiq
görülmüşdür. Bütün bu uğurların əsas səbəbi respublika
rəhbərliyinin müstəqilliyin ilk illərindən bugünədək gənclərimizə ayırdığı
xüsusi diqqətdir. Göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın
parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə
bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində
onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar. Gənclər
və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək nazirliyin adından
salamlarını çatdırıb. Qeyd edib ki, bu gün sevindirici haldır ki, Qazax sözün
yaxşı mənasında öz simasını dəyişərək gündən-günə inkişaf edir. Bunu rayonda həyata
keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən aydın şəkildə görmək olur.
Natiq bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər
siyasəti uğurla davam etdirilir. Çünki bu siyasət ulu öndərin gənclərlə bağlı
arzuları, istəkləri əsasında düzgün təməl üzərində formalaşıb. Ümummilli
liderin azərbaycançılıq məfkurəsi ölkəmizdə bütün sahələrdə - təhsil, səhiyyə,
mədəniyyət, idman, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması sahələrində
özünü göstərir. Hər bir sahədə qazanılan uğur və nailiyyət sübut edir ki, bu
gün Azərbaycan bütün dünyada öz sözünü demək qabiliyyətinə malik bir ölkədir.
Bütün bu uğurların kökündə isə ulu öndərin azərbaycançılıq məfkurəsi dayanır. Nazir
müavini qeyd edib ki, bu gün Azərbaycan gəncliyi ona görə şanslıdır ki, ulu öndərin
qurub yaratdığı, milli, mənəvi dəyərlər əsasında, azərbaycançılıq ideologiyası əsasında
formalaşdırdığı bir ölkədə yaşayır və bu ideologiya müstəqil dövlətin çiçəklənməsinə
xidmət edir. Bu gün ölkə başçısının həyata keçirdiyi layihələr onu sübut edir
ki, ölkəmizdə yürüdülən siyasət düzgün təməl üzərində qurulub. Bu gün ulu öndərin
bizə bəxş etdiyi azərbaycançılıq məfkurəsinin uğurudur ki, Azərbaycan bütün
dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə sağlam əqidəli, düşüncəli, sağlam
ruhlu, intellektual, savadlı gənclər yetişir. Ümummilli liderin əsasını qoyduğu
milli dövlətçilik ənənələri inkişaf etdirilir. Öz torpağına, millətinə,
xalqına, dövlətinə, ölkə başçısına sadiq gənclərin yetişdiyini bildirən natiq
qeyd edib ki, ölkəmizdə vətənpərvərlik duyğusu hər zaman yüksək səviyyədə olub.
Bildirib ki, 2016-cı ildə qazandığımız şanlı zəfər tariximiz olan Aprel döyüşləri
bunu bir daha sübut etdi. Bütün dünya Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü
və vətənpərvər gənclərin nəyə qadir olduğunun şahidi oldu. Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 100 illiyini yüksək səviyyədə qeyd etməyimiz bir
daha sübut etdi ki, Azərbaycan xalqı həmişə öz keçmişinə, tarixi köklərinə, adət-ənənələrinə
sadiq olub və bu istiqamətdə sağlam gənclik yetişdirir. Bu gün dövlətlə gənclər
arasında sağlam birlik nümayiş olunur və bu birliyə heç bir şər qüvvə kölgə
sala bilməz. Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov konfransda çıxış edərək
iştirakçıları salamlayıb. Qeyd edib ki, bir xalqın, dövlətin formalaşması üçün
mütləq şəkildə ideologiya olmalıdır. Bu gün Azərbaycanın müstəqil dövlət kimi
tanınması ulu öndərin formalaşdırdığı azərbaycançılıq məfkurəsi sayəsində
mümkün olmuşdur. Birlik sədri bildirib ki, vətənpərvərlik o demək deyil ki,
torpaq uğrunda canından keçəsən, şəhid olasan. Vətənpərvərlik eyni zamanda, hər
bir gəncin əlində olan şansdan səmərəli istifadə edərək öz dövləti, xalqı üçün əməli
işlər görməsidir. Qazandığı uğurları, nailiyyətləri ilə dövlətinə öz töhfəsini
verməsidir. Gənclər
və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev də çıxış edərək
Qərbin qapısı sayılan Qazaxın hər zaman ziyalıları, saz, söz adamları ilə
tanındığını qeyd edib. Qazaxlı gənclərin də həmişə öz ziyalılıqları ilə seçilməli
olduğunu qeyd edən natiq uzun əsrlərdən bəri qorunub saxlanılan azərbaycançılıq
məfkurəsinin yaşadılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü
bildirib. Əsrlərdən bəri nəsillərdən-nəsillərə ötürülən adət-ənənələrə məhz gənclərin
sahib çıxmalı olduğunu vurğulayıb və bu yolda gəncləri daha aktiv olmağa çağırıb.
Ulu öndərin gənclərə bəxş etdiyi azərbaycançılıq məfkurəsinin, gənclər siyasətinin
bütün dünyada nümunə göstərildiyini qeyd edib. RİHB Aparatında böyük məsləhətçi Kənan
Hüseynli "Milli ideologiya və dövlət rəmzləri”, gənc rəssam Akif Əmirov "Gənclik - milli-mənəvi və ümumbəşəri dəyərlər, adət-ənənələrimiz”,
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Səadət Nuruşova "Gənclik - sülhsevərlik və
humanizm prinsipləri”, şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin
direktoru Gülanə Hüseynova "Gənclik
– azərbaycançılıq məfkurəsi və Azərbaycan dili”, YAP Qazax rayon Təşkilatının Gənclər
Birliyinin sədri Vüsal İsmayılov "Gənclik - dövlətçilik ənənələri və azərbaycançılıq”, BDU Qazax
filialının sosial iş üzrə müəllimi Gülnar Nəzərova "Gənclik - multikultural dəyərlər: milli-dini
tolerantlıq və azərbaycançılıq” mövzularında çıxış ediblər. Ulu öndər, dahi şəxsiyyət
Heydər Əliyev tərəfindən gənclərlə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən
söz açıblar. Ümummilli liderin layiqli davamçısı, Respublika Prezidenti İlham
Əliyevin həmin siyasəti uğurla davam etdirməsini və Azərbaycan gəncliyinin
parlaq gələcəyi naminə uğurlu layihələrin həyata keçirilməsini yüksək qiymətləndiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş