Səyyar görüş zamanı qaldırılan məsələlərlə bağlı müşavirə keçirilib
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ötən həftə Məzəm kəndində sakinlərlə
keçirilən səyyar görüşü zamanı qaldırılan məsələlər və onların həll olunması istiqamətində
görülən işlərlə bağlı müşavirə keçirilib. Rayon İcra Hakimiyyətində
keçirilən müşavirədə Məzəm və Quşçu Ayrım kənd sakinləri, məsələ ilə bağlı təhkim
olunmuş şəxslər, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, bugünkü müşavirəni keçirməkdə əsas
məqsədimiz vətəndaşların rahatlığını təmin etmək və onlara yüksək xidmət göstərilməsinin
vacibliyini önə çəkməkdir. Qeyd edib ki, rəhbər kimi fəaliyyətə başladığım ilk gündən düşmənlə sərhəddə yerləşən
kəndləri və orada yaşayan sakinləri daim diqqət mərkəzində saxlayıram. Hər
zaman çalışmışam ki, sərhəd bölgəsində yerləşən Məzəm və Quşçu Ayrım kəndlərində
yaşayan kənd camaatına qayğı ilə yanaşım, qarşılaşdıqları problem və
çatışmazlıqları yerindəcə həll edim. Məhz bu qayğının nəticəsidir ki, sakinlərin
istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin
təmin olunması istiqamətində əhəmiyyətli işlər görülür. Rayon rəhbəri bildirib ki, sakinlər
tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılmalı və həlli mümkün
olan nə varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin nə olmasından asılı
olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən məsələlər öz müsbət
həllini tapsın. Bütün məsul şəxslər elə çalışmalı və xidmət göstərməlidir ki, vətəndaşda
dövlətə və dövlət başçısına olan inam hissini hər bir işləri ilə artırsınlar. Sonra icra başçısı sakinlərin
qaldırdıqları məsələlərin mövcud vəziyyəti və bununla bağlı görülən işlərlə
maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, səyyar görüş zamanı vətəndaşlar
tərəfindən səsləndirilən Məzəm və Quşçu Ayrım kəndlərində içməli və suvarma
suyunun təmin olunması ilə bağlı müraciətləri aidiyyəti şəxslərdən ibarət yaradılmış
işçi qrupu tərəfindən yerində araşdırılmış, məsələnin həlli yolları kənd sakinləri
ilə birlikdə müzakirə olunmuşdur. Səyyar görüşün ertəsi gün məsələ qaldıran sakinlərin
birgə iştirakı ilə suyun çəkilməsi üçün nəzərdə tutulan yerlərə baxış
keçirilmiş və mövcud vəziyyət yerində öyrənilmişdir. Bildirilib ki, sakinlərin qaldırdıqları məsələnin
köklü şəkildə həll olunması üçün iri tutumlu su çəninin, yeni nasosun qoyulması
və su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Görülən işləri diqqətlə dinləyən rayon rəhbəri məsələnin
köklü şəkildə həll oluması və effektiv nəticə verməsi üçün bir daha ətraflı şəkildə
araşdırılmasını və həlli mümkün olan nə varsa edilməsini qeyd edib. Bununla
bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müşavirədə Quşçu Ayrım kəndində görülmüş işlər də
müzakirə olunub. Məlumat verilib ki, yolla bağlı məsələ artıq öz müsbət həllini
tapıb. Belə ki, sakinlərin qaldırdıqları yol məsələsi ilə bağlı əməli işlər
görülüb, yol xırlanaraq hamarlanıb. Vətəndaşların müraciətləri ilə bağlı mövcud vəziyyətlə
tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə
baxılmasını və nəzarətə götürülməsini tapşırıb. Vətəndaşların müraciətlərinin
tez bir zamanda öz müsbət həllini tapması üçün lazımi hazırlıq işlərinin görülməsini
bildirib. Səmimi söhbət əsasında keçənmüşavirədə kənd sakinlərindən Cəbrayıl
Osmanov, Məmməd Əliyev, Rasim Vəliyev və başqaları çıxış edərək
onların müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə
qarşılayıb və buna görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.Sərhəddə yaşayan Məzəm
və Quşçu Ayrım kənd sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün kənddə
evlərin qarşısına istinad divarlarının çəkilməsini dövlətin və dövlət
başçısının kənd sakinlərinə verdiyi yüksək dəyər kimi qiymətləndiriblər. Bu gün
həmin diqqəti rayon rəhbərinin simasında 2 il 4 aydır ki, hiss etdiklərini qeyd
ediblər. Quşçu Ayrım kəndində yolun
xırlanmasına, SİP kabelin çəkilişinə görə öz dərin minnətdarlıqlarını çatdırıblar. GOYEZEN.AZ
Facebook-da paylaş