• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Şəhər sakini Yusifova Brilyant Kamal qızı işlə təmin olunmasına və torpaqla təmin olunmasına köməklik göstərilməsi barədə müraciət edib. Vətəndaşa xalça müəssisəsində işləməsi təklif olunub. Torpaqla bağlı məsələsinə isə bələdiyyəyə müraciət etməsi bildirilib.

Quşçu Ayrım kənd sakini Yusifova Rüxsarə Tariyel qızı mənzillə təmin olunmasına köməklik göstərilməsini bildirib. Vətəndaşın müraciətini diqqətlə dinləyən icra başçısı köməklik göstəriləcəyini qeyd edib.

Şəhər sakinləri Binnətova Növrəstə Şahvələd qızının, Adamov Akif Hətəm oğlunun, Cəfərov Aftandil Sabiq oğlunun, Qasımov Fəzail Qəzənfər oğlunun, Birinci Şıxlı kənd sakini, I qrup əlil Mahmudov Məmməd Paşa oğlunun, Çaylı kənd sakini Qurbanov Camoy Camoy oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.








GOYEZEN.AZ



Facebook-da paylaş