• Təqvim

  • Unutma

  • Maraq



“Bilik Günü”nə hazırlıq müzakirə olunub


Sentyabrın 15-də respublikamızın bütün məktəblərində "Bilik Günü" tədbiri keçiriləcək. Qazax rayonunda "Bilik Günü" tədbirlərinin yüksək səviyyədə təşkil olunması üçün lazımi hazırlıq işləri görülüb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində bu məsələ ilə bağlı iclas keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərəkyeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib, ən səmimi arzularını çatdırıb.

Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bu il də məzunların ali məktəblərə qəbul faizinin artdığını, 2017-2018-ci tədris ili üzrə qəbul olma faizinin 54,15 olduğunu bildirib. Qeyd edib ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Rayon rəhbəri "Bilik Günü" tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, həmin tədbirlərin məktəb daxilində keçirilməsi və iki saat davam etməsi, bu tədbirlərin keçirilməsində təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məktəblərə təhkim olunmuş məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.

 

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə təhsil sahəsində çalışan bütün müəllimlər adından öz dərin minnətdarlığını bildirib. Hər il olduğu kimi, bu il də "Bilik Günü” tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

 

Məlumat üçün qeyd edək ki, bu il Qazax rayonunda fəaliyyət göstərən 46 ümumtəhsil məktəbindən 1250 nəfər birinci sinfə ilk qədəmlərini atacaq. 951 nəfər isə hazırlıq kurslarına yazılıb. Bu il XI sinfi bitirəcək şagirdlərin sayı isə 734 nəfərdir.

GOYEZEN.AZ

 



Facebook-da paylaş