İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında hörgü işləri başa çatıb
Artıq bir həftədən çoxdur ki, istifadəyə verildiyi
gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən
və əsaslı təmirə böyük ehtiyac olan İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq
bağçasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Təmir başlayan ilk gündən tikinti işləri ilə yaxından
tanış olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün növbəti
dəfə bağçada görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, işlər başladığı
vaxtdan sürətlə aparılır. Binada bütün otaqlarda olan köhnə suvaqlar çapılaraq
tökülür. Bundan başqa, köhnə qapı və pəncərələr, tavan və döşəmə sökülüb. Əlavə tikiləcək qrup otaqlarının hörgü işləri
başa çatıb. Hazırda köhnə dam örtüyünün sökülməsinə başlanılıb. Yaxın vaxtlarda
binanın daxilində və xarici fasadında suvaq işlərinə başlanılacaq. Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bütün işlərin keyfiyyətlə
aparılmasını tapşırıb. Bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki,
onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Rayon rəhbərliyinin diqqət
və qayğısı sayəsində bu gün tam təmirli bağçalara misal olaraq Qazaxbəyli kəndi
ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı
Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2 və 3 saylı
körpələr evi-uşaq bağçalarını, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və
3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu
Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını göstərmək olar. GOYEZEN.AZ
Facebook-da paylaş