BDU-nun Qazax filialında tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb
Respublika
Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət
Universitetinin balansına verilən BDU-nun Qazax filialında universitet
kollektivi və tələbələr üçün yüksək səviyyədə şərait yaradılıb. Regionların
sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək,
bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə
çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud
maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə imzalanmış
bu Sərəncam ölkəmizdə təhsil sahəsinə yüksək səviyyədə diqqət və qayğı göstərilməsini
bir daha sübut etdi. Bu
gün filial kollektivinin dövlət başçısının təhsilə, elmə verdiyi dəyəri yüksək
qiymətləndirərək qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük səylə
çalışmaları, filialda təhsilin səviyyəsinin artırılması, təhsil ocağının
maddi-texniki bazasının gücləndirilməsi, filialın regionda aparıcı təhsil müəssisəsinə
çevrilməsi yolunda görülən məqsədyönlü işlərdən, atılan uğurlu addımlardan da bunu
aydın şəkildə görmək olur.
Bu
gün tam əminliklə deyə bilərik ki, filialda təhsilin keyfiyyətinin artırılması,
gələcəkdə yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanması istiqamətində
qarşıya qoyulan vəzifələrə çatmaq və verilən öhdəliyin yüksək səviyyədə icra
edilməsi üçün bütün mümkün variantlar uğurla həyata keçirilir.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün 2018-2019-cu tədris
ilinin başlanması ilə əlaqədar filialda müəllim və tələbələr üçün yaradılan şəraitlə
yaxından tanış olub.
Bütün
auditoriyalarla tanış olan rayon rəhbəri görülən işləri yüksək qiymətləndirib,
filiala daxil olan tələbələrin qəbul göstəriciləri ilə maraqlanıb.
BDU
Qazax filialının direktoru, coğrafiya elmləri doktoru,
professor Vüsət Əfəndiyev filialda görülən işlər və tələbələr
haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dövlət başçısının təhsil sahəsinə
göstərdiyi diqqət və qayğının, rayon rəhbərliyinin filial kollektivinə xüsusi qayğı
ilə yanaşmasının nəticəsidir ki, filiala qəbul olan tələbələrin sayı ildən-ilə
artır. Respublikamızın bütün bölgələrindən filialımıza olan maraq yüksəlir.
Filialın
qəbul göstəriciləri barədə məlumat verən V.Əfəndiyev bildirib ki, 2016-2017-ci
tədris ilində 6 ixtisas üzrə 32 rayondan 140 nəfər tələbə qəbul olmuşdur.
Ümumilikdə, 351 nəfər tələbə təhsil almışdır. Bildirib ki, filialımızda
yaradılan şəraitin, yüksək səviyyədə tədris olunan təhsilin keyfiyyətinin artmasının
nəticəsidir ki, 2017-2018-ci tədris ilində bu göstəricilər daha da yüksəlmişdir.
Belə ki, həmin tədris ilində ixtisas sayı 6-dan 13-ə qalxmışdır. 54 regiondan
389 tələbə qəbul olmuşdur. Həmin il filialımızda 628 nəfər tələbə təhsil
almışdır. Təhsil alan tələbələrdən 4 nəfər 500-dən, 7 nəfər 400-dən, 94 nəfər
isə 300-dən yuxarı bal toplamışdır.
Builki
qəbul göstəricilərinin daha yüksək olduğunu bildirən direktor hazırda filialda
1131 nəfər tələbənin təhsil alacağını qeyd edib. İstər ixtisas sayının, istər
region sayının, istərsə də bal göstəricilərinin artdığını qeyd edən direktor bu
il 62 region üzrə 562 nəfər tələbənin qəbul olduğunu bildirib. 1 nəfər tələbənin
600-dən, 4 nəfər tələbənin 500-dən, 16 nəfər tələbənin 400-dən, 172 nəfər tələbənin
isə 300-dən yuxarı bal topladığını vurğulayıb.
V.Əfəndiyev
qeyd edib ki, sevindirici hallardan biri də odur ki, bu il ən yüksək göstərici Qazax
rayonu üzrə olub. 78 nəfər qazaxlı məzun tələbə adını qazanaraq BDU-nun Qazax
filialında təhsil almaq imkanı qazanıb.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha filial
kollektivinə qarşıdan gələn yeni tədris ilində uğurlar arzulayıb. Filialın
builki göstəricilərinin artmasını nəinki filialın, eləcə də bütün rayon təhsilinin
uğuru kimi qiymətləndirib.
V.Əfəndiyev
təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını
bilidirib, bundan sonra da filialın uğurlarının yüksək olması üçün kollektiv
olaraq daha böyük səylə çalışacaqlarını qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş