Verilən tapşırıq və tövsiyələr öz müsbət həllini tapır
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə
başladığı ilk gündən Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən
vətəndaş amilini Qazaxda olduğu kimi həyata keçirməsi, mütəmadi olaraq rayon
sakinləri ilə görüşməsi, onları narahat edən məsələləri öz dillərindən eşitməsi
vətəndaşlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ötən həftə icra
başçısının rayon Məhkəməsinə gələrək işçilərlə görüşməsi, onlar üçün yaradılan
mövcud şəraitlə tanış olması, onlara müraciət edən vətəndaşlara göstərilən
diqqət və qayğı ilə maraqlanması da bunu bir daha sübut edir.
Rayon Məhkəməsinin
inzibati binası, iş şəraiti ilə ətraflı tanış olan zaman rayon rəhbəri
vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və şəraitin
yaxşılaşıdırılması istiqamətində bəzi tapşırıqlar vermişdi.
Bu gün isə icra
başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr öz müsbət həllini tapıb. Belə
ki, binada təmir işlərinə başlanılıb.
Görülən işlərlə
tanış olan rayon rəhbərinə məlumat verilib ki, vətəndaşlara daha yüksək şəraiti
olan binada xidmət göstərilməsi üçün bütün imkanlar yaradılır. Ölkə başçısının
vətəndaşların hüquqlarının qorunması ilə bağlı verdiyi çoxsaylı tapşırıq və
tövsiyələrə uyğun olaraq müraciət edən hər bir vətəndaşa qayğı ilə yanaşılır,
etdikləri bütün məsələlərə maksimum dərəcədə köməklik göstərilir. GOYEZEN.AZ
Facebook-da paylaş