İcra başçısı yeni qəsəbədə görülən işlərlə tanış olub
Bu gün ölkəmizdə
qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı ilə
yanaşılır. Respublikamızın bütün
bölgələrində "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə
məqədyönlü tədbirlər həyata keçirilir. Həmin Sərəncamla bütün
bölgələrimizdə məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni
qəsəbələr salınır, onların həyat şəraitləri mütəmadi olaraq yaxşılaşdırılır. Ermənistanla
168 km sərhəddi olan və 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı,
Sofulu, Qızılhacılı, Aşağı Əskipara, Yuxarı Əskipara kimi kəndləri düşmən
tərəfindən işğal olunan Qazax rayonunun sakinləri də elan olunmamış müharibənin
ağrı-acılarını uzun müddətdir ki, yaşayırlar. Bu gün rayonun 5 kəndi daim düşmən
gülləsinin atəşi altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu
285 şəhid verib. Respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələri dövlətin və
dövlət başçısının qayğısını hər zaman hiss edirlər. Rayonun işğal altında olan
kəndlərinin sakinləri də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam
əhatə olunublar. Rayonun
Qazaxbəyli kəndində həmin 304 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə
də bu diqqət və qayğının ən bariz nümunəsidir. Bütün infrastukturlarla tam
təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait
yaradılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da rəhbər kimi təyin olunduğu ilk gündən şəhid ailələrinə, Qarabağ
müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim
qayğı ilə yanaşıb. Onları narahat edən məsələləri yerindəcə öyrənib, qayğıları
ilə maraqlanıb. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata
keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə
yetirilib. Bunu rayon rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi
olaraq görüşlər keçirməsindən, onlar tərəfindən qaldırılan hər bir məsələnin
dərhal həll olunmasından aydın şəkildə görmək olar. Ötən həftə
rayon rəhbərinin qəsəbədə yaşayan sakinlərlə görüş keçirməsi və sakinlər
tərəfindən qaldırılan məsələlər barədə konkret tapşırıqlar verməsi bunun bariz
nümunəsidir. Bu gün isə icra
başçısı verilən tapşırıqlar nəticəsində görülən işlərlə tanış olub. Rayon rəhbəri
çıxış edərək qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, ən səmimi ürək
sözlərini çatdırıb. Əlavə olaraq 256 ailənin
məskunlaşacağı yeni 8 binanın tikilməsini bildirən rayon rəhbəri bunun dövlət tərəfindən
məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu olduğunu
qeyd edib. Bu qayğının bundan sonra da yüksək səviyyədə olacağını çatdırıb. Qəsəbədə
məskunlaşan sakinlər həmişə olduğu kimi, bu dəfə də rayon rəhbərliyini səmimi hisslərlə
qarşılayıb, dövlət tərəfindən onlara göstərilən qayğıdan danışıblar. Ağsaqqallardan
– Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd sakini
Front Həsənov, Bağanıs Ayrım kənd sakini Zərbəli Xasayev çıxış edərək bütün
qəsəbə sakinləri adından verilən tapşırıqlara, görülən işlərə görə rayon
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz
Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə
olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. Bu gün ölkə
başçısının və sizin kimi insanların sayəsində biz özümüzü tam qayğı ilə əhatə
olunmuş hiss edirik. Sizin hər dəfə qəsəbəyə gəlməyiniz, bizim qayğılarımızla
maraqlanmağınız və yerindəcə tapşırıq verməyiniz bunun əyai sübutudur. Bəli, bu
gün görülən işlər göz qabağındadır. Ağızdan çıxan hər bir istəyin dərhal həll
olunması bir daha sübut edir ki, rayonda vətəndaş amili həmişə ön planda olub. Dövlətimiz
tərəfindən bizlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan
İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş
torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq. Rayon
rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən
məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham
Əliyevə və icra başçısı Rəcəb Babaşova bütün məcburi köçkün ailələri adından
minnətdarlıqlarını bildiriblər. Daha sonra icra başçısı sakinlərin qayğıları ilə maraqlanıb, onlar
tərəfindən səsləndirilən hər bir məsələyə bundan sonra da diqqətlə baxılacağını
qeyd edib. Bağanıs Ayrım kənd sakinlərindən Namiq Məmliyevin qəsəbənin işıqlanması, Ramin
Poladovun qəsəbədəki stadiona dəmir turnikin vurulması, Aşağı Əskipara kənd
sakini Ələsgər Həsənovun xeyir-şər evinin yaxınlığında qəsəbə sakinləri üçün ayaqyolunun
tikilməsi, Yuxarı Əskipara kənd sakini Kamandar Eminovun istilik sistemi ilə
bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələ üçün
aidiyyəti şəxslərə tapşırıqlar verib. GOYEZEN.AZ
Facebook-da paylaş