• Təqvim

  • Unutma

  • Maraq



Sakinlər çoxmənzilli binalarda aparılan əsaslı təmir işlərinə görə minnətdarlıq edirlər


Bu gün tam əminliklə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı uğurla icra olunur.

Son 2 il 3 ay ərzində rayonda çoxmənzilli binaların əsaslı şəkildə təmiri ilə əlaqədar görülən işlər, məqsədyönlü tədbirlər bunu söyləməyə əsas verir. Ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bunun əyani sübutudur.

Sevindirici haldır ki, yüksək sürətlə start götürən abadlıq işləri nəticəsində çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Rayon rəhbərliyinin tapşırığına əsasən bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilib. Nəzərdə tutulan həmin binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. 

Təmir işlərinin belə sürətlə aparılmasının nəticəsidir ki, təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binaları tam təmirli binalar sırasındadır.

Şəhərdə daha 5 ədəd - Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında da əsaslı təmir işlərinə başlanılıb. Demək olar ki, bu binalarda da işlərin çox hissəsi görülüb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə və Ə.Şıxlinski küçəsində təmir işləri aparılan həmin çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.

İcra başçısına məlumat verilib ki, təmir aparılan bütün binaların bloklarında divarlarda köhnə suvaqlar çapılaraq yenidən vurulur. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılır və bu iş davam edir. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulur. Elektrik və telefon xətləri səliqəyə salınır.

Təmir aparılan binalardan – 63, 65 və 61A saylı binalarda bloklarda görülən əsas işlər tam yekunlaşıb. Hazırda blokların bəzisində birinci qat boyaq vurulur, digər bloklarda isə yaxın günlərdə bu işə başlanılacaq. Bundan əlavə, binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb.

Sonra icra başçısı "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında görülən işlərlə də tanış olub.

4 saylı binada olan rayon rəhbərinə bildirilib ki, bu binada dam örtüyünün vurulması işi tam başa çatıb. Bütün bloklarda elektrik və telefon xətləri səliqəyə salınıb. Hazırda binanın xarici fasadında və 1-ci blokda boyaq işləri görülür. Digər hazır olan bloklarda da yaxın vaxtlarda başlanılacaq. 4-cü blokda isə işlər yekunlaşmaq üzrədir. 

5 saylı binada görülən işlərlə tanış olan zaman icra başçısına məlumat verilib ki, bu binada 3 blok tam hazırdır. Bir blokda isə işlər sürətlə davam etdirilir. Bundan əlavə,  binanın dam örtüyünün dəyişdirilməsinə başlanılıb. Hazır olan bloklarda rənglənmə işləri aparılır.
Görülən işlərlə tanış olduqdan sonra rayon rəhbəri hər bir binanın həyətinə asfalt vurulmasını və oturacaqlar qoyulmasını bildirib. Həmçinin, işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib. 

4 saylı binada yaşayan sakinlərdən İlhamiyə Xuduyeva, 5 saylı binanın sakinləri Pərnisə Qədimova, Elnurə Zeynalovasəmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Bütün binalarda təmir işlərinin yüksək keyfiyyətlə aparıldığını bildirən rayon sakinləri buna görə razılıq ediblər.

5 saylı binada yaşayan sakinlərdən Nazim Yusifov və Günel Əsgərova isə binalarının həyətində olan xeyir-şər evinin əsaslı şəkildə təmir olunmasına görə minnətdarlıq dolu ürək sözlərini çatdırıblar. Qeyd ediblər ki, siz ilk dəfə biz sakinlərlə görüşə gələn zaman həyətdə olan xeyir-şər evinin təmir olumasını xahiş etmişdik. Çox sağ olun ki, sözümüzü yerə salmayıb bizim bu istəyimizi qəbul etdiniz. Xeyir-şər üçün olan bu mağarı əsaslı şəkildə təmir etdirdiniz. Bu gün isə biz öz nəvəmizin kiçik toy məclisi üçün hazırlıq işlərini sizin biz bina sakinlərinə bəxş etdiyiniz həmin yerdə edirik. Bu, biz bina sakinlərinə verilən ən böyük töhfədir.

Nənə və babanın nəvələrinin toy sevincinə şərik olan rayon rəhbəri öz təbriklərini çay süfrəsi ətrafında bildirib. Valideynlərinə gözaydınlığı verərək ən xoş və səmimi arzularını çatdırıb.

































GOYEZEN.AZ



Facebook-da paylaş