Mərkəzi Xəstəxana binasında işlər yekunlaşmaq üzrədir
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı şəhər 2 nömrəli tam orta məktəbdə
aparılan tikinti işləri ilə tanış olduqdan sonra Mərkəzi Xəstəxana binasında görülən son tamamlanma
işləri ilə də maraqlanıb.
Baş iş icraçısı
Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda
aparılan əsas tikinti işləri demək olar ki, yerinə yetirilib.
Qeyd edib ki, binanın
çöl hissəsində də tikinti işləri görülüb. Binanın ətrafına hasar çəkilib, giriş
hissəsinə isə aqlay vurulub. Eyni zamanda, binanın hasar hissəsi işıqlanma sistemi
ilə tam təchiz olunub. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su
hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası
üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi hazır vəziyyətdədir. Hazırda
binanın həyətində abadlıq və səliqə-sahman işləri aparılır.
Tikintinin
mühəndisi Firudin Musayev isə digər işlər barədə məlumat verərək bildirib ki,
bütün mərtəbələrdə otaqlarda divarlara aboy, döşəməyə isə ninelium vurulur. Bundan
əlavə, qapı və pəncərələr, eləcə də havalandırma sistemi tam quraşdırılıb.
Liftlərdən ikisinin quraşdırılması başa çatıb, birində isə işlər sürətlə davam
etdirilir.
Qeyd edib ki,
hazırda görülən əsas işlərdən biri də binanın giriş hissəsinə spayderin
vurulmasıdır ki, burada şüşənin vurulması qalıb, digər işlər isə tam başa
çatıb.
Son tamamlanma
işləri ilə yaxından tanış olan rayon rəhbəri işlərin daha da
sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb.
Məlumat üçün
bildirək ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Qazax rayon Mərkəzi
Xəstəxana binası 10 korpusdan ibarət olacaqdır. Hazırda 5 korpusun istifadəyə
verilməsinə sayılı günlər qalıb.
GOYEZEN.AZ
Facebook-da paylaş