Şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti yerləşdiriləcəyi binada hər cür şərait yaradılıb
Genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığı Qazax rayonunda
digər sahələrə olduğu kimi, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə
almalarına da xüsusi diqqət və qayğı göstərilir. Bu baxımdan uşaq bağçalarının
əsaslı şəkildə təmir olunmasına və yenidən qurulmasına böyük önəm verilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı
ilk gündən çoxsaylı bağçaların təmir olunması üçün verdiyi tapşırıq və
tövsiyələr bunun bariz nümunəsidir. Ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncama uyğun
olaraq son 2 il 3 ay ərzində rayonda bu sahədə təqdirəlayiq işlər görülür. Tam
təmirli bağçalardan Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər
bağçalarından 1, 2 və 3 saylı, kənd bağçalarından - Daş Salahlı kənd 2 və 3
saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarını,
Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını bu sahədə
atılan uğurlu addımlardan biri kimi qiymətləndirmək olar. Bütün bu bağçalar
rayonda körpələrə olan qayğının əyani təzahürüdür. Bu gün sevindirici haldır ki, rayonda yeni uşaq bağçalarının tikilməsi və
yaxud da əsaslı şəkildə yenidən qurulması şəhər mərkəzi ilə yanaşı,
kəndlərimizdə də uğurla davam etdirilir. Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunması,
bərpa işləri aparılaraq yenidən qurulması, bağçaların müasir inventar və
avadanlıqlarla təchiz edilməsi bu sahənin daim diqqət mərkəzində olmasından
xəbər verir. Ötən yazılarımızda xəbər verdiyimiz kimi, şəhərdə yararsız vəziyyətdə
fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən
qurulacaqdır. Artıq bununla əlaqədar olaraq bağça binasının boşaldılmasına və uşaqların
başqa ünvanda yerləşdirilməsinə başlanılıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov növbəti dəfə şəhər 6 saylı körpələr evi-uşaq bağçasının
müvəqqəti olaraq yerləşdiriləcəyi binada olub, buradakı şəraitlə yaxından
maraqlanıb. Rayon rəhbərinə
məlumat verilib ki, müvəqqəti yerləşdirilməsinə baxmayaraq binada müəllim və
uşaqlar üçün hər cür şərait yaradılıb.
Facebook-da paylaş