İcra başçısı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Bu gün tam əminliklə deyə bilərik ki, Prezident
İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda uğurla
icra olunur və hər zaman vətəndaş mövqeyi ön plana çəkilir.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu
siyasəti Qazaxda olduğu kimi həyata keçirməsi, mütəmadi olaraq rayon sakinləri
ilə görüşməsi, onları narahat edən məsələləri öz dillərindən eşitməsi, vətəndaşlara
göstərilən diqqət və qayğı bunun əyani sübutudur.
Bu gün icra başçısı Rəcəb Babaşov rayon Məhkəməsinə gələrək işçilərlə
görüşüb, onlar üçün yaradılan mövcud şəraitlə tanış olub. Onlara müraciət edən
vətəndaşlara olan münasibətlə, göstərilən diqqət və qayğı ilə maraqlanıb.
Çalışan işçilər qeyd ediblər ki, bu gün ölkə başçısının dövlətimizin
müstəqilliyi və əmin-amanlığı sahəsində gördüyü işlər, vətəndaşların hüquqlarının
qorunması ilə bağlı verdiyi çoxsaylı tapşırıq və tövsiyələr, sakinlərə olan səmimi
münasibəti, diqqət və qayğısı bizim işimizin də əsas hissəsini təşkil edir.
Müraciət edən hər bir vətəndaşa qayğı ilə yanaşılır, etdikləri bütün məsələlərlə
bağlı maksimum dərəcədə köməklik göstərilir.
Rayon Məhkəmənin inzibati binası, iş şəraiti ilə ətraflı tanış olan
icra başçısı müvafiq tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş