• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşın müraciətinə yerində baxılıb

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü onların görüşünə gedir.

Rayon rəhbəri bu gün də şəhərin H.Z.Tağıyev küçəsi 26 ünvanında yaşayan Yusifova Nəzirə Ələddin qızının ərizəsinə əsasən qeyd olunan ünvanda olub. Vətəndaşın müraciətini dinləyib, mövcud vəziyyətlə əlaqədar yerində baxış keçirib.

Vətəndaş evində çökmə halının yaranmasını bildirib və ona köməklik göstərilməsini xahiş edib.

Sakini diqqətlə dinləyən icra başçısı qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verib.

Vətəndaş onun müraciətinə dərhal münasibət göstərdiyinə və məsələnin həll olunması üçün tapşırıq verdiyinə görə rayon rəhbərinə öz dərin minnətdarlığını bildirib.


GOYEZEN.AZ

 

 



Facebook-da paylaş