• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Hər zaman vətəndaş amilinin ön plana çəkildiyi Qazax rayonunda vətəndaşların rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edilməsi, müraciətlərinin dinlənilməsi və həlli istiqamətində müvafiq tapşırıqlar verilməsi artıq bir ənənə şəklini alıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Xanlıqlar kənd sakini, şəhid anası Əhmədova Rəfiqə Mehti qızının nəvəsinin işlə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşa sənədlərini təqdim etməsini və boş iş yeri olan zaman köməklik göstəriləcəyini bildirib.

Bağanıs Ayrım kənd sakini Poladova Dilqəm Mahmud qızının oğlunun işlə təmin olunması barədə müraciətini dinləyən icra başçısı vətəndaşa övladının dövlət qulluğuna imtahan verməsini tövsiyə edib.

Daş Salahlı kənd sakini, şəhid qızı Cəbiyeva Lamiyə Vahid qızının həyətyanı torpaq sahəsi ilə təmin olunması barədə müraciətinə cavab olaraq vətəndaşa qanunamüvafiq qaydada aidiyyəti üzrə bələdiyyəyə müraciət etməsi bildirilib. 

Şəhər sakini, ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı Abdullayev İlham Dursun oğlunun müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.

Fərdi qəbula gələn Bala Cəfərli sakini, II qrup Qarabağ müharibəsi əlili Rəhimov Ceyhun Faiq oğlu isə fəaliyyətə başladığı ilk gündən rayonda müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, sizin hər bir rayon sakininin yanında olmağınız, xüsusilə də bizim kimi insanlara olan hörmətiniz, müraciətlərimizi dinləməyiniz bizdə dövlətə və dövlət başçısına olan inamı bir daha artırır. Sizin sayənizdə bir daha əmin oluruq ki, Qazaxda vətəndaş amili bundan sonra da üstün tutulacaqdır.





GOYEZEN.AZ



Facebook-da paylaş