• Təqvim

  • Unutma

  • Maraq



Çoxmənzilli binaların əsaslı şəkildə təmiri uğurla davam edir


Bu gün Respublika Prezidenti İlham Əliyevin Qazaxda çoxmənzilli binların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı uğurla icra olunur.

Son 2 ildə ki, rayonda çoxmənzilli binaların əsaslı şəkildə təmiri ilə əlaqədar görülən məqədyönlü işlər bunu söyləməyə əsas verir. Yüksək sürətlə start götürən abadlıq işləri nəticəsində ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunması bunun əyani sübutudur.

Sevindirici haldır ki, çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Rayon rəhbərliyinin tapşırığına əsasən bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilib. Nəzərdə tutulan həmin binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Dam örtüyünün dəyişdirilməsi ilə bağlı görülən işlər sürətlə davam etdirilir.

Təmir işlərinin belə sürətlə aparılmasının nəticəsidir ki, təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binaları təmiri başa çatan binalar sırasındadır. Bütün binalarda təmir işlərinin yüksək keyfiyyətlə aparılması rayon sakinlərinin də ürəyincədir və buna görə razılıq edirlər.

Şəhərdə daha 5 ədəd - Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb. Demək olar ki, bu binalarda da işlərin çox hissəsi görülüb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə təmir işləri aparılan çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.

İcra başçısına məlumat verilib ki, bütün binaların bloklarında divarlarda köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılır və bu iş davam edir. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulur. Elektrik və telefon xətləri səliqəyə salınır.

Təmir aparılan binalardan – 63 saylı binada 2 blokda görülən əsas işlər yekunlaşıb. 61 A və 65 saylı binalarda da işlər sürətlə davam etdirilir. Bundan əlavə, binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb.

İşlərlə tanış olan rayon rəhbəri hər 3 binanın həyətinə asfalt vurulmasını və səliqə-sahman yaradılmasını bildirib. Bütün işlərin keyfiyyətlə görülməsini tapşırıb.

Bina sakinləri respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər.












 




GOYEZEN.AZ



Facebook-da paylaş