• Təqvim

  • Unutma

  • Maraq



Yeni istifadəyə veriləcək Elektrod zavodu həm ölkəmiz, həm də rayonumuz üçün böyük töhfə olacaq

Son illər Respublika Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması, bu sahənin inkişafı istiqamətində mühüm işlərin görülməsi əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardandır.

Bu sahə ilə bağlı respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonda yeni-yeni istehsal müəssisələrinin tikilməsi, sosial obyektlərin inşa olunması bunun əyani göstəricisidir.

Belə istehsal müəssisələrindən biri də Xanlıqlar kəndi ərazisində tikilən Elektrod zavodudur. "Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən yeni zavodda demək olar ki, əsas tikinti işləri yekunlaşıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Elektrod zavodunda olub, görülən son tamamlanma işləri ilə maraqlanıb.

Tikinti aparılan ilk gündən yeni inşa olunan zavodda görülən işlərlə mütəmadi olaraq yaxından tanış olan icra başçısına məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər tam başa çatıb. Zavodda demək olar ki, son tamamlanma işləri görülür. Zavodun həyətində yüksək səviyyədə abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və dekorativ gül kolları əkilib. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə də istehsala tam hazırdır. 

Eyni zamanda, yeni inşa olunan ofis binasında və örtülü sahədə müasir standartlara cavab verən avadanlıqlar yerləşdirilib. Yaxın vaxtlarda yeni istifadəyə veriləcək Elektrod zavodu həm ölkəmiz, həm də rayonumuz üçün böyük töhfə olacaqdır.




GOYEZEN.AZ



Facebook-da paylaş