Qazaxlı tütünçülər bol məhsul əldə etmək üçün böyük səylə çalışırlar
Ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata
keçirilmiş məqsədyönlü tədbirlər, əlverişli
torpaq-iqlim şəraiti və mövcud
işçi qüvvəsi ənənəvi
kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına
gətirib çıxarmışdır. "Azərbaycan
Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət
Prqoramı”nın təsdiq olunması üçün ölkə başçısı İlham Əliyev tərəfindən
imzalanmış 2017-ci il 10 avqust tarixli, 3163 nömrəli Sərəncam tütünçülüyün
inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qəbul edilmiş
həmin dövlət proqramı nəinki ölkəmizdə, eləcə də respublikamızın bütün
bölgələrində tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmiş, rəqabət
qabiliyyətini yüksəltmiş və tütün istehsalı ilə məşğul olan əhalinin sosial
rifahının daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da ölkənin ümumi iqtisadi inkişafında mühüm
rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə böyük maraq göstərilir. Son 2 ildə rayonda tütünçülüyün inkişafı istiqamətində görülən məqsədyönlü
tədbirlər bunun bariz nümunəsidir. Məhz bu tədbirlərin nəticəsidir ki, 2016-cı
ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara
çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər
göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər bu il
əkin sahələrini daha 10 hektar da artıraraq 60 hektara çatdırdılar. Bu məqsədlə
rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı
kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı,
Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli
kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan
templə inkişaf etdirilməsi deməkdir. Rayon rəhbərinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən
ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi
əməl edirlər. Qarşıya
qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda tütün yığımının mövcud
vəziyyəti ilə tanış olmaq üçün Kosalar kəndində salınmış tütün sahəsində olub,
yığımda çalışan insanlarla görüşüb. Tütünçülərlə səmimi söhbət aparan icra
başçısı onları narahat edən qayğıları ilə maraqlanıb. Rayon rəhbərinə
məlumat verilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 131 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 2 tondan
çox məhsulu isə "İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin
vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi
yerlərdə ipə düzərək qurudurlar. Hazırda tütün
dərimində gündəlik çörək pulu qazanaraq aylıq məvaciblərini təmin edən 150-dən
çox insan çalışır. Tütünçülər onlar üçün yaradılan şəraitə, mütəmadi olaraq göstərilən
diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd
ediblər ki, sizin hər dəfə bura gəlməyiniz və biz sadə kənd adamlarına,
tütünçülərə baş çəkməyiniz bizə ruh yüksəkliyi verir. Biz də göstərilən bu
diqqət və qayğının əvəzində böyük səylə çalışırıq ki, çəkdiyimiz əziyyət öz
bəhrəsini versin. Rayonumuz hər sahədə olduğu kimi, tütün becərilməsi sahəsində
də öncül yerlərdə olsun. Çünki rayonumuzda bunun üçün münbit şərait və sadə
kəndlilərə göstərilən hər cür dəstək var. GOYEZEN.AZ
Facebook-da paylaş