Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaq
Bu gün Respublika Prezidenti İlham
Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral
2018-ci il tarixli Sərəncamı Qazax rayonunda uğurla icra olunur desək
yanılmarıq. Abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı bir vaxtda böyüməkdə
olan azyaşlı körpələrimizin sağlam mühitdə böyüməsi üçün əsaslı işlərin görülməsi
bunun əyani sübutudur. Demək olar ki, Sərəncamdan irəli gələn vəzifələrə uyğun
olaraq rayonda yeni bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən
binalar da əsaslı şəkildə təmir olunur, bərpa işləri aparılaraq yenidən
qurulur. Uşaqların gözəl şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün
bağçalar müasir inventar və avadanlıqlarla təchiz edilir. Sevindirici hal isə
odur ki, bu iş istər kənd, istərsə də şəhərdə yerləşən bağçalarda davam
etdirilir. Son 2 ildə Qazaxbəyli kəndi ərazisində
məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr
evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq
bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir
olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr
evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd
uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli
kənd uşaq bağçalarının əsaslı təmir olunması, bu yaxınlarda əsaslı şəkildə
yenidən qurularaq körpələrin istifadəsinə verilən 95 yerlik 3 saylı körpələr
evi-uşaq bağçası bunun bariz nümunəsdir. Şəhərdə fəaliyyət göstərən və
yararsız vəziyyətdə olan sonuncu bağça isə 6 saylı körpələr evi-uşaq
bağçasıdır. Demək olar ki, bu bağçada mövcud şərait günün tələblərinə cavab
vermir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov mövcud vəziyyətlə yerində tanış olaraq bağçanın bütün
otaqlarına baxıb. Tanışlıq zamanı məlum olub ki, bağça binasının əsaslı şəkildə
təmirinə böyük ehtiyac vardır. Ona görə də rayon rəhbərliyi tezliklə bağça
binasında təmir-bərpa işlərinin aparılacağını bilidirib. Qeyd edib ki, bağça
yüksək səviyyədə təmir olunmalı və yenidən qurulmalıdır. Yaxın günlərdə
bağça binasının əsaslı şəkildə təmir olunmasına başlanılacaqdır. Bağça müdiri Elnarə Məmmədli digər
bağçalar kimi, onların bağçasının da əsaslı şəkildə təmir olunmasına göstəriş
verdiyi üçün müəllimlər və bütün valideynlər adından öz dərin minnətdarlığını
bildirib. Qeyd edib ki, 6 saylı bağçanın təmir olunması ölkə başçısının
imzaladığı Sərəncamın Qazax rayonunda olduğu kimi icra edilməsi deməkdir. Sonra icra başçısı yeni istifadəyə
verilən şəhər 3 saylı körpələr evi-uşaq bağçasında olub, səliqə-sahmanla
maraqlanıb.
Facebook-da paylaş