• Təqvim

  • Unutma

  • Maraq



Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir

Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova şəhər 2 nömrəli tam orta məktəbdə və 3 saylı bağçada aparılan tikinti işləri ilə tanış olduqdan sonra Mərkəzi Xəstəxana binasında görülən son tamamlanma işləri ilə də maraqlanıb.

Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yerinə yetirilib. Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Bundan əlavə, elektrik, sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib. Sanitar qovşaqlarında kafel və metlax, binanın daxilində üzlük və alçiban vurulması, eləcə də rənglənmə işləri də başa çatıb.

Bununla yanaşı, binanın çöl hissəsində də tikinti işləri görülüb. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulub. Eyni zamanda, binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunub. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi hazır vəziyyətdədir.

İş icraçısı qeyd edib ki, hazırda əsas korpusda üzləmə işləri gedir. Binanın xarici hissəsində keramo-qranit örtüyü və pəncərələrin kənarına alkopan vurularaq son tamamlanma işləri yerinə yetirilir. Eyni zamanda, binanın daxilində havalandırma işləri görülür ki, bu da bitmək üzrədir. Binanın daxilində və xaricində aparılan abadlıq işləri isə yekunlaşıb. Otaqlarda boyaq işləri aparılır. Aboy vurulması üçün isə hazırlıq işləri görülür. Pəncərələrə şüşələrin taxılması və qapıların qoyulması işi də yaxın vaxtlarda başa çatdırılacaqdır.

Bildirilib ki, hazırda görülən əsas işlərdən biri də binanın giriş hissəsinə spayderin vurulması və daxildə 3 ədəd liftin quraşdırılmasıdır ki, bu iş davam edir.

Məlumat üçün bildirək ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Qazax rayon Mərkəzi Xəstəxana binası 10 korpusdan ibarət olacaqdır.

Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
Mərkəzi Xəstəxana binasında işlər sürətlə davam etdirilir
GOYEZEN.AZ


Facebook-da paylaş