• Təqvim

  • Unutma

  • Maraq



“Siz hər cür diqqət və qayğıya layiqsiniz”

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Ə.Şıxlinski küçəsində yaşayan sakinlərlə keçirdiyi səyyar görüşdə bu fikir səslənib


“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən istər şəhər, istərsə də kəndlərdə sakinlərlə səyyar görüşlər keçirməsi artıq bir ənənə halını alıb. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd əhaliyə qayğı ilə yanaşmaq, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll etmək, sakinlərə hər zaman yanlarında olduqlarını bildirməkdir.

İcra Başçısının bu ilin proqramına uyğun olaraq növbəti səyyar görüşü şəhərin Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı binalarda yaşayan sakinlərlə keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, sizinlə bugünkü görüşümüzün əsas məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Prezident İlham Əliyevin də söylədiyi kimi vətəndaş amilini ön planda tutmaqdır.
“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
Ölkə Başçısının apardığı quruculuq siyasətinin son 2 il ərzində Qazaxda olduğu kimi həyata keçirilməsindən danışan rayon rəhbəri bu istiqamətdə genişmiqyaslı işlərin görüldüyünü, çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət aldığını bildirən İcra Başçısı sosial obyektlərin, yeni istehsal müəssislərinin yaradılmasını, yeni iş yerlərinin açılmasını bu sahədə əldə olunan uğurlu göstəricilərin nəticəsi kimi qiymətləndirib.

Çoxmənzilli binalarda görülən işlərdən danışaraq Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunduğunu bildirib. Həmin sərəncama uyğun olaraq bu sahədə aparılan abadlıq və quruculuq işlərinin bu il də davam etdirildiyini qeyd edib. Daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparıldığını diqqətə çatdırıb.
“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
Bildirib ki, “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının, N.Nərimanov yaşayış massivində daha 11 binanın əsaslı şəkildə təmir olunaraq bina sakinlərinin ixtiyarına verilməsi bu istiqamətdə görülən məqsədyönlü işlərin əyani göstəricisidir.

İcra Başçısı bildirib ki, artıq bir neçə gündür ki, siz sakinlərin yaşadıqları 4 və 5 saylı binalarda da əsaslı təmir işlərinə başlanılıb. Qısa bir vaxtdan sonra bu binalar da öz yeni görkəmi ilə könüllər oxşayacaqdır. Siz vətəndaşların adına layiq hala salınacaqdır. “Çünki siz hər cür diqqət və qayğıya layiqsiniz” – deyən rayon rəhbəri göstərilən diqqətin bundan sonra da yüksək səviyyədə olacağını bildirib.

Sakinlərdən Samirə Hüseynova, Sabir Həsənov, Pərnisə Qədimova və başqaları çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, istər şəhərdə, istərsə də kəndlərdə yaşayan sakinlərə göstərdiyi xüsusi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon rəhbəri ilə keçirilən görüşü böyük səmimiyyətlə qarşılayan bina sakinləri bu cür görüşlərin keçirilməsini yüksək qiymətləndirib, vətəndaşlara göstərilən diqqət və qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər.

Miinnətdarlıq dolu sözlərlə yanaşı, sakinlər öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən köhnə transformatorun yenilənməsi, binanın həyətində olan xeyir-şər evinin dam örtüyünün dəyişdirilməsi, binanın həyətinə maşınların daxil olması üçün yolun açılması ilə bağlı məsələləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
“Siz hər cür diqqət və qayğıya layiqsiniz”
GOYEZEN.AZ


Facebook-da paylaş