• Təqvim

  • Unutma

  • Maraq



Sakinlər razılıq edirlər

Sakinlər razılıq edirlər
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə Kosalar kəndində salınmış tütün sahəsinə baş çəkib, kənddə tütün dəriminin mövcud vəziyyəti ilə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, bu il Kosalar kəndində 32 hektarda tütün əkilib. Tütünçülər bildiriblər ki, bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar.

Rayon rəhbərinə bildirilib ki, kənddə tütün dərimi uğurla davam etdirilir. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudulur.

Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tütün qurudulması üçün əlavə olaraq digər bir yerin düzəldilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Sonra burada çalışan işçilərin fikirlərini öyrənib, qayğıları ilə maraqlanıb.

Sakinlər qeyd ediblər ki, bəzilərimiz tək, bəzilərimiz isə ailəlikcə tütün yığımında, dərimində işləyirik. Gündəlik çörək pulu qazanaraq aylıq məvacibimizi təmin edirik.

Rayon rəhbəri ilə səmimi ürək sözlərini bölüşən tütünçülər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, iqtisadi cəhətdən gəlirli sahə olan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar.

Bu il Kosalar kəndindən başqa, rayonun Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilib.

Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
GOYEZEN.AZ


Facebook-da paylaş