• Təqvim

  • Unutma

  • Maraq



3 saylı bağçada görülən işlər göz oxşayır

3 saylı bağçada görülən işlər göz oxşayır
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun mütəmadi olaraq tikinti aparılan ərazilərdə olması bu gün öz bəhrəsini verir. İstər görülən işlərin keyfiyyətini, istərsə də işlərin vaxtından əvvəl təhvil verilməsini sürətləndirir. 2 aydan çoxdur ki, şəhərdə fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçası üçün ayrılmış, vaxtilə təhsil şöbəsinin yerləşdiyi binada aparılan əsaslı tikinti işləri artıq başa çatmaq üzrədir.

İş icraçısı Süleyman Həsənov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binada demək olar ki, əsas işlər başa çatıb. Qeyd edib ki, bağçada aparılan bütün işlər müasir standartlara cavab verən səviyyədə həyata keçirilir. Hazırda otaqlarda müasir istilik sistemi üçün xətlər quraşdırılır.

Binanın arxasında tikilən sanitar qovşaqları, mətbəx və anbarda da əsas işlər yekunlaşıb. Bundan əlavə, üzlük vurulması işi görülür.

Hasarlararası dəmir məhəcərlər qoyulub. Həyətə tamet döşənməsi işi də yekunlaşıb. Eyni zamanda, binanın xarici fasadında boyaq işlərinə başlanılıb.

Təmir işlər ilə yaxından tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə və sürətli aparılması barədə tapşırıq və tövsiyələrini verib.

3 saylı bağçada görülən işlər göz oxşayır
3 saylı bağçada görülən işlər göz oxşayır
3 saylı bağçada görülən işlər göz oxşayır
3 saylı bağçada görülən işlər göz oxşayır
3 saylı bağçada görülən işlər göz oxşayır
3 saylı bağçada görülən işlər göz oxşayır
3 saylı bağçada görülən işlər göz oxşayır
3 saylı bağçada görülən işlər göz oxşayır
GOYEZEN.AZ


Facebook-da paylaş