• Təqvim

  • Unutma

  • Maraq



Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib

Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən əhaliyə qayğı ilə yanaşması, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll etməsi keçirdiyi səyyar görüşlərdən də aydın şəkildə görsənir. Keçirilən görüşlərin, göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, kənd sakinləri ilə rayon rəhbərliyi arasında isti bir münasibət yaranıb. Rayonun bütün kəndlərini qarış-qarış gəzən İcra Başçısını rayon sakinlərinin “Qazaxın fəxri vətəndaşı” elan etməsi bu birliyin, doğmalığın bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də Dəmirçilər kəndidir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən digər kəndlərlə yanaşı, bu kəndə də xüsusi qayğı ilə yanaşır.

İcra Başçısı bu ilin proqramına uyğun olaraq bu gün dördüncü dəfə Dəmirçilər kəndində olub, sakinlərlə görüş keçirərək onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, sizinlə belə səyyar görüşlər keçirməyimin əsas məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, bu gün rayonumuz özünün intibah dövrünü yaşayır. Bunu Ölkə Başçısının apardığı quruculuq siyasətinin son 2 il ərzində Qazaxda olduğu kimi həyata keçirilməsindən də aydın şəkildə görmək olur.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, istifadəyə verilən sosial obyektlərdən, yeni iş yerlərinin yaradılmasından danışan İcra Başçısı bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib.

Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə davam etdirilir. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.

Çoxmənzilli binalarda görülən işlərdən danışaraq Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunduğunu bildirib.

Həmin sərəncama uyğun olaraq çoxmənzilli binalarda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinin bu il də davam etdirildiyini qeyd edərək daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparıldığını diqqətə çatdırıb.

Bildirib ki, “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının, N.Nərimanov yaşayış massivində daha 11 binanın əsaslı şəkildə təmir olunaraq bina sakinlərinin ixtiyarına verilməsi bu istiqamətdə görülən məqsədyönlü işlərin əyani göstəricisidir.

İcra Başçısı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Qeyd edib ki, bu inkişafı son iki ildə rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Ölkə Başçısı İlham Əliyevin Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı bir daha onu sübut edir ki, bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi uğurla davam etdiriləcəkdir. Qeyd edib ki, rayonun Daş Salahlı və Dəmirçilər kəndlərində də yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulmuşdur.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını, bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunmasını, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasını, şəhərdə daha bir bağçanın - 3 saylı körpələr evi-uşaq bağçasında əsaslı tikinti işlərinin aparılmasını bu sahədə olan inkişafın bariz nümunəsi olduğunu qeyd edib.

Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını bildirib. Qeyd edib ki, rayonda cari ilin məhsulu üçün 12629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 min hektarda arpa əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib. Bundan əlavə, kartof sahəsi 203 hektardan 1080 hektara çatdırılıb. Rayonun tarixində ilk dəfə olaraq 200 hektar sahədə noxud əkilib.

İqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. İcra Başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Hər şeyin kökündə vətəndaş amili dayanır.

Kənd sakinlərindən Gülnar Osmanova, Mahizar Babayeva, Mürşüd Babayev, II qrup Qarabağ əlili Habil Xəlilov, Afdandil Namazov, Təranə Hüseynova, Vüqar Əhmədov və başqaları çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, Dəmirçilər kəndində yaşayan sakinlərə göstərdiyi xüsusi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən artezian quyusunun qazılması, nəqliyyatın ara məsafəsinin uzadılması və yolun asfaltlanması ilə bağlı məsələləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

İcra Başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, Dəmirçilər kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır.

Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
Dəmirçilər kəndində növbəti səyyar görüş keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş