• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda “Əməkdar jurnalist” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Azərbaycan poeziyasına saysız-hesabsız tarixi şəxsiyyətlər bəxş etmiş Qazax rayonunda şairlərin, yazıçıların, saz-söz adamlarının doğum günlərinin keçirilməsi artıq bir ənənə halını alıb. Bu ənənənin əsası isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən qoyulub.

Bu gün şair, Azərbaycanın “Əməkdar jurnalisti” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsinin keçirilməsi şeir sevərlər, bütün qazaxlılar üçün əsl poeziya bayramı olub.

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində keçirilən yubiley gecəsində təhsil, səhiyyə, mədəniyyət işçilər, şairlər, Bakı, Gəncə, Gədəbəy, Şamaxı, Ağdaş, İmişli və digər bölgələrdən gəlmiş qonaqlar, KİV nümayəndələri iştirak edib.

Qazaxda “Əməkdar jurnalist” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gəlib, şəhidlərin ruhuna fatihə surəsi oxunduqdan sonra memorial önünə tər qərənfillər düzüb, şəhidlərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazaxda “Əməkdar jurnalist” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Sonra tədbir Ədəbiyyat Muzeyində davam edib.
Qazaxda “Əməkdar jurnalist” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq yubilyarı səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb və qonaqları salamlayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman mədəniyyət sahəsinə, xüsusilə də ədəbiyyata diqqət və qayğı ilə yanaşmış, şairlərə, yazarlara, saz, söz adamlarına böyük dəyər vermişdir. Məhz bunun nəticəsidir ki, ulu öndərin ətrafında hər zaman ziyalılar olmuş, onların sözünə yüksək qiymət vermişdir. Sevindirici hal odur ki, həmin ziyalıların arasında Qərb bölgəsindən olan saz, söz adamları da olub. Bu, Qazax ziyalılarına verilən böyük dəyərin bariz nümunəsidir. Bu gün də ümummilli liderin bu sahəyə olan qayğısı onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən şairlərə, yazarlara, qələm sahiblərinə, eləcə də mətbuat sahəsində çalışan insanlara fəxri adların verilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, mənzillə təmin olunması bu qayğının əyani sübutudur.
Qazaxda “Əməkdar jurnalist” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
İcra Başçısı bildirib ki, bu gün yubileyinə toplaşdığımız həmyerlimiz, Qazaxı uzun müddət bir neçə televiziya kanallarında layiqincə təmsil etmiş Avdı Qoşqarın da Prezident tərəfindən fəxri ada - “Əməkdar jurnalist” adına layiq görülməsi Qazax ziyalılarına verilən ən yüksək qiymətdir. Rayon rəhbəri qeyd edib ki, bu gün Avdı Qoşqar kimi insanların həyat və yaradıcılığı gənc yazarlar, şairlər üçün bir məktəb və örnəkdir. Bu gün qazaxlılar belə eloğulları ilə fəxr edirlər ki, Qazaxı lazımi səviyyədə bütün dünyada təmsil edirlər. Bu cür insanlara isə diqqət göstərmək, qayğı ilə yanaşmaq lazımdır.
Qazaxda “Əməkdar jurnalist” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal yubilyarın yaradıcılığı barədə məlumat verərək qeyd edib ki, Avdı Qoşqar (Avdı Musa oğlu Həsənov) ədəbi fəaliyyətə ötən əsrin 80-ci illərində başlayıb. 1992-ci ildən Dövlət Teleradio verilişləri Qapalı Səhmdar Cəmiyyətində redaktor vəzifəsinə qəbul edilib və bu gün də böyük redaktor kimi çalışır. Bir çox maraqlı, sevilən verilişlərin ssenari müəllifi və redaktoru kimi tanınır. “Məqam”, “Yaddaş”, “Yurd yeri” kimi verilişlərdə mənəviyyatımızla, soy-kökümüzlə bağlı araşdırmaları tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Bu gün Avdı Qoşqarın “Dünyaya yağaram qarla, yağışla”, “Bu boz səhralarda”, “Qaldır öz yanına, Tanrım”, “Çiçək açır qəm ağacı”, “Daş tərəzi”, “Gəlmişdim dünyanın dərdini çəkəm”, “Bu çay bu yatağa sığmaz” və başqa kitabları oxucuların, poeziya sevərlərin mənəvi qidasıdır.

Sonra söz qonaqlara verilib. Yubilyarı təbrik edən qonaqlardan professor, Slavyan Universtetinin kafedra müdiri Rüstəm Kamal, Azərbaycan radiosunun əməkdaşı Tahir Talıblı, şairlərdən Tahir Taisoğlu, "Şur" nəşriyyatının direktoru Musa Ələkbərli, Fəxrəddin Əsəd, İnqilab İsaq, “Qazax Xeyriyyə” İctimai Birliyinin nümayəndəsi Rəfail İncəyurd, AYB Qazax filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu, AYB-nin üzvü Mübariz Qaragözlü, yubilyarın dostlarından Xanbağı kənd tam orta məktəbin müəllimi Sərhəd Məmmədov, Murad Seyidov çıxış edərək yubilyarı təbrik edib, yaradıcılığından söz açıblar. Qeyd ediblər ki, bu gün Qazaxda belə yüksək səviyyədə yubiley tədbirinin keçirilməsi Avdı Qoşqarın simasında bütün poeziya adamlarına verilən ən yüksək qiymət, Azərbaycan ədəbiyyatına, yazarlarına göstərilən qayğının bariz nümunəsidir.

Qazax Aşıqlar Birliyinin sədri Camoy Çaylı və aşıq Həsən Kəmərlinin yubilyarın şeirlərini saz havaları üstə səsləndirmələri tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.

Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdi Solmaz Məmmədovanın, Xanbağı kənd tam orta məktəbin şagirdləri Səbinə Qapçıyeva və Elvinə Məmmədovanın, Kəmərli kənd tam orta məktəbin şagirdləri Rəhilə İsmayılovanın şairin şeirlərini ürəkdən və coşqu ilə söyləmələri, Kamil Mustafayevin isə yubilyara həsr etdiyi şeirini söyləməsi Avdı Qoşqarın böyük sevinc hissinə səbəb olub.

Yubilyarın nəvələri Fuad və Qoşqar Həsənovların babalarının şeirlərini söyləməsi isə ona əsl doğum günü hədiyyəsi olub.
Qazaxda “Əməkdar jurnalist” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Sonda tədbirin səbəbkarı Avdı Qoşqar çıxış edərək Azərbaycan mədəniyyətinə, ədəbiyyatına göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, tədbirin bu cür yüksək səviyyədə təşkil olunmasına və ünvanına səslənən xoş sözlərə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi və öz adından dərin minnətdarlığını bildirib. Yubilyar keçirilən bu tədbirin onun yaradıcılığına verilən ən yüksək qiymət olduğunu qeyd edərək onu təbrikə gələn bütün qonaqlara səmimi təşəkkürlərini çatdırıb.
Qazaxda “Əməkdar jurnalist” Avdı Qoşqarın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubiley tədbirinə yekun vuraraq səbəbkarı bir daha səmimi qəlbdən təbrik edib, bundan sonra da daha böyük həvəslə yazıb-yaratmağı, Azərbaycan ədəbiyyatına yeni-yeni töhfələr verməsini arzulayıb.

GOYEZEN.AZ

Facebook-da paylaş