• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda tütün dərimi uğurla davam edir

Qazaxda tütün dərimi uğurla davam edir
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kəndində salınmış tütün sahəsinə baş çəkib, kənddə tütün dəriminin mövcud vəziyyəti ilə tanış olub,

Tütünçülüyün vəziyyəti ilə tanış olan rayon rəhbərinə məlumat verilib ki, bu il Kosalar kəndində 32 hektarda tütün əkilib. Tütünçülər bildiriblər ki, bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər.

Rayon rəhbərinə bildirilib ki, kənddə tütün dərimi uğurla davam etdirilir. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurutduqlarını qeyd ediblər.

Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, iqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar.

Bu il Kosalar kəndindən başqa, rayonun Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilib.

Qazaxda tütün dərimi uğurla davam edir
Qazaxda tütün dərimi uğurla davam edir
Qazaxda tütün dərimi uğurla davam edir
Qazaxda tütün dərimi uğurla davam edir
Qazaxda tütün dərimi uğurla davam edir
Qazaxda tütün dərimi uğurla davam edir
GOYEZEN.AZ


Facebook-da paylaş