• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verib.

Bağanıs Ayrım kənd sakini Adıgözəlov Hüseyn Şəmil oğlunu ərizəsinə əsasən qəbul edən rayon rəhbəri vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətini diqqətlə dinləyib, ona təsərrüfatda briqadir kimi işləməsi təklif edilib.

Şəhər sakini Babacanova Gövhər Əli qızının, Daş Salahlı kənd sakini Əliyeva Maya Dadaş qızının işlə bağlı müraciətlərinə cavab olaraq G.Babacanovaya Qazax Müalicə Diaqnostika Mərkəzində məzuniyyət yerində, M.Əliyevaya isə “Avey” yanacaq doldurma məntəqəsində işləməsi təklif olunub.

Şəhər sakini, I qrup gözdən əlil Adamov Akif Hətəm oğlunun gəlininin işlə təmin edilməsi ilə bağlı müraciətinə cavab olaraq vətəndaşa sənədlərini təqdim etməsi, ixtisasına uyğun boş iş yeri yaranan zaman məlumat veriləcəyi bildirilib.

Şəhər sakinlərindən Qarabağ müharibəsi veteranı, təqaüddə olan polis polkovnik leytenantı Hacıyev Elxan Fərrux oğlunun istifadə etmədiyi obyektin qarşısında olan torpaq sahəsinin, Namazova Elmira Cahangir qızının ona məxsus olan obyektin sənədləşməsi ilə bağlı müraciətlərini diqqətlə dinləyən İcra Başçısı qaldırılan hər iki məsələnin araşdırılması və yerində baxış keçirilməsi üçün aidiyyatı şəxslərə göstəriş verib.

Daş Salahlı kənd sakini Kazımova Qətibə Murtuz qızının oğlunun işlə təmin olunmaq barədə müraciətinə cavab olaraq təsərrüfatda və tikintidə işləməsi bildirilib.

Şəhər sakini, 4 saylı tam orta məktəbin tarix müəllimi Allahverdiyeva Leyla Cahandar qızının çalışdığı məktəbdə direktor müavini yerinə namizədliyi ilə əlaqədar təklifi də müsbət həll olunub. Belə ki, vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri ona yeni dərs ilində 2 ay sınaq müddəti verilməsini və öz işinin öhdəsindən layiqincə gəldiyi halda daimi olmasını bildirib.

Şəhər sakinləri Həmzəyev İqbal Fəxrəddin oğlunun, Qarabağ müharibəsi veteranı Vəliyev Mübariz Murğuz oğlunun müxtəlif səpkili müraciətləri də rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş