• Təqvim

  • Unutma

  • Maraq



Gəlişimin səbəbi sizə olan minnətdarlıq sözlərimi çatdırmaqdır

Gəlişimin səbəbi sizə olan minnətdarlıq sözlərimi çatdırmaqdır
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun vətəndaşları ərizələrinə əsasən fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Rayon rəhbəri bu gün daha bir sakini - Namazova Əskinaz Lütfəli qızını ərizəsinə əsasən qəbul edib.

Səmimi şəkildə keçən görüşdə Əskinaz Namazova bildirib ki, bura gəlişimin səbəbi nə sizdən kömək istəmək, nə də ki, hər hansı bir qayğımın olması deyil. Bu gün bura gəlməyimin əsas səbəbi sizə olan minnətdarlıq sözlərimi çatdırmaq, oğlum kimi öz ürək sözlərimi bildirməkdir.

Şəhər sakini olan Əskinaz ana bildirib ki, hamı kimi mən də 2 ildir ki, Qazaxın öz simasını necə dəyişməsinin şahidi oluram. Kimi danışdırırsan haqqınızda xoş sözlər söyləyir. Bu gün mən də istədim ki, gəlib sizinlə üz-üzə söhbət edim, rayonda gördüyünüz işlərə görə öz təşəkkürümü çatdırım. Çünki siz gələndən rayonda başqa abu-hava hökm sürür. Uşaqdan tutmuş böyüyə kimi hamıya vaxt ayırırsınız. Bütün bunları görüb susmaq isə Allaha xoş getməzdi. Bu gün hər bir mənim kimi yaşlı ana sizi özünə oğul sayırsa, kimsəsiz, yetim uşaq özünə ata sayırsa, bu, həm sizin, həm də bizim uğurumuzdur. Çünki qazaxlılar özünə sizin kimi rəhbər qazanmaqla yanaşı, həm də bir oğul, qardaş, ata qazandı.

Səmimi ürək sözlərini çatdıran Əskinaz ananı diqqətlə dinləyən rayon rəhbəri xoş sözlərə görə minnətdarlıq edib, rayon sakinlərinə olan səmimi münasibətin, diqqət və qayğının bundan sonra da belə olacağını bildirib.

Gəlişimin səbəbi sizə olan minnətdarlıq sözlərimi çatdırmaqdır
Gəlişimin səbəbi sizə olan minnətdarlıq sözlərimi çatdırmaqdır
GOYEZEN.AZ


Facebook-da paylaş