• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda bağça tikintisi uğurla davam etdirilir

Qazaxda bağça tikintisi uğurla davam etdirilir
Bu gün tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığı Qazax rayonunda bağça tikintisinə də böyük önəm verilir. Digər sahələrlə yanaşı, azyaşlı körpələrə də diqqət və qayğı göstərilir, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılır, bu sahədə məqsədyönlü işlər həyata keçirilir. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirmək olar.

Şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, şəhərdə daha bir bağçanın - 3 saylı körpələr evi-uşaq bağçasında əsaslı tikinti işlərinin aparılması bu sahədə olan inkişafın bariz nümunəsidir.

Sevindirici hal odur ki, bağça tikintisi artan templə davam etdirilir. Belə ki, şəhər bağçaları ilə yanaşı, kəndlərdə olan bağçalar da əsaslı və cari şəkildə təmir olunur, yeni inventar və avadanlıqlarla təchiz edilir.

Rayonun sərhəd kəndi olan Quşçu Ayrım, Dəmirçilər, Canalı və Kosalar kəndləri də bağça təmiri aparılan kəndlər sırasındadır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin kəndlərdə olaraq bağçaların mövcud vəziyyəti, eləcə də görülən təmir işləri ilə maraqlanıb.

Öncə rayon rəhbəri Quşçu Ayrım kənd uşaq bağçasına gəlib. Bağçada aparılan təmir işləri ilə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, ümumi bina cari təmir edilərək müasir görkəmə salınıb. Yeni su-kanalizasiya xətti çəkilib. Mətbəx düzəldilib. Uşaqlar üçün oyun otaqları bütün avadanlıqlarla təmin edilib. Bundan başqa, bütün yumşaq intentarlarla birlikdə yeni əlavə çarpayılar alınıb, həmçinin köhnə çarpayılar da yenisi ilə əvəz olunub. Bir sözlə, bağçada körpələrin yüksək şəraitdə təlim-tərbiyə olunmaları üçün hər cür şərait yaradılıb.

Sonra İcra Başçısı Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında olub. Mövcud vəziyyətlə tanış olduqdan sonra bu bağça binasının da cari təmir olunması, müasir istilik sistemi, avadanlıq və inventarlarla təmin edilməsini bildirib. Digər bağçalar kimi burada da uşaqlar üçün yüksək şəraitin yaradılmasının vacibliyini qeyd edib.

Sonra İcra Başçısı Canalı kənd körpələr evi-uşaq bağçasında olub. Görülən işlər barədə məlumat verilərək qeyd olunub ki, bu bağçada da cari təmir işləri görülür. Artıq qrup otağında təmir işləri aparılıb. Otağa yeni döşəmə vurularaq rənglənib. Həmçinin divarlarda da boya işləri görülüb. Uşaqlar üçün lazım olan bütün inventarlar alınıb. Bağçanın köhnə su-kanalizasiya xətti yenilənib. Mətbəx və sanitar qovşaqlarda, eləcə də digər otaqlarda təmir işləri davam etdirilir.

Təmir olunan hər iki bağçada görülən işlərlə yaxından tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini tapşırıb.

Daha sonra İcra Başçısı Kosalar kəndinə gəlib. Kənddə yerləşən 1 saylı körpələr evi-uşaq bağçasında olan mövcud vəziyyəti yerində öyrənib.

Bağça müdiri Şəfaqət Musayeva bildirib ki, uşaqların tərbiyə almaları üçün bağça binası çox yararsız haldadır. Binanın əsaslı şəkildə təmir olunmasına böyük ehtiyac vardır.

Rayon rəhbəri bağça ilə ətraflı tanış olduqdan, mövcud vəziyyəti öyrəndikdən sonra bildirib ki, artıq Kosalar kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçaları əsaslı şəkildə təmir olunub. Bu bağça da yaxın vaxtlarda təmir olunacaqdır.

Rayon rəhbəri bağça təmir olunan zaman uşaqların başqa ünvanda fəaliyyət göstərməsini bildirib və bunun üçün ayrılmış kənd klubuna baxış keçirib. Lazımi tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ

Facebook-da paylaş