• Təqvim

  • Unutma

  • Maraq



2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun HESABAT MƏRUZƏSİ

2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
Bildiyiniz kimi, iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin altı ayında ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Ölkə başçısı öz çıxışında bu ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişaf templərini saxladığını, həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini qeyd edərək 2018-ci ilin bizim üçün uğurlu il olacağını bildirmişdir.

Cənab Prezident bu ilin altı ayında bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də böyük işlərin görüldüyünü bildirmişdir. Azərbaycan beynəlxalq əlaqələrini genişləndirmiş, qonşu dövətlərlə ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələrinin daha da mökəmləndiyini qeyd etmişdir. Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu tədbirdə bizim siyasətimizə dəstək göstərilmişdir.

Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. Gələn il ölkəmizdə Zirvə görüşü keçiriləcəkdir. Bu bir daha ölkəmizə olan hörmətin təzahürüdür. Bu onu göstərir ki, bizim apardığımız siyasət çox böyük rəğbət doğurur və çox böyük hörmətə layiqdir.

Cənab Prezdent bu ilin altı ayında Azərbaycan iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulduğunu qeyd etmişdir. Altı ayda qeyri-neft sektorumuz isə təxminən 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz, qeyri-neft sənayesi isə 8,8 faiz artmışdır. Bu onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investsiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini vermişdir. Kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülmüşdür ki, onun nəticəsində kənd təsərrüfatı 7,6 faiz artmışdır. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, bitkiçilik 14 faizdən çox artmışdır. Göründüyü kimi artıq gözəl nəticələr əldə edilmişdir. Valyuta ehtiyatlarımız artmış və hazırda 44,3 milyard dollar təşkil edir.

Ölkə başçısı xarici ticarət dövriyyəsinin 35 faiz, o cümlədən, ümumi ixracın 34 faiz, qeyri-neft ixracının 20 faiz artdığını və bunun uğurlu siyasətin bariz nümunəsi olduğunu bildirmişdir. Altı ayda 67 min yeni iş yeri yaradılmışdır ki, onlardan 58 mini daimi iş yerləridir.

Cənab Prezident Cənub Qaz Dəhlizinin reallaşmasında da çox böyük addımlar atıldığını qeyd etmişdir. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açlışı olduğunu vurğulayaraq bunu tarixi hadisə adlandırmışdır. Bu ilin iyun ayında isə TANAP-ın rəsmi açlışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb. “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihələridir. Dördüncü layihə TAP qrafik üzrə icra edilir. Bunlar bu ilin altı ayında əldə edilmiş əsas nailiyyətlərdir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcəkdir.

2018-ci ilin birinci yarımili rayonumuz üçün uğurlu olmuşdur.

Qazax rayonu üzrə 2018-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9363000 manat məbləğində müəyyənləşdirilmişdir.

2018-ci ilin birinci yarımilində yerli daxilolmalar 4243312 manat proqnoza qarşı 5449314 manat və ya 128,42 faiz yerinə yetirilərək büdcəyə 1206002 manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 1160105 manat və ya 27,05 faiz çox vəsait daxil olmuşdur.

2018-ci ilin birinci yarımilində qarşılıqlı hesablaşmalar əsasında 445722 manat vəsait daxil olmuş və 430359 manat vəsait öz təyinatı üzrə xərc edilmişdir.

Yekun olaraq 2018-ci ilin birinci yarımilində yerli gəlirlər cəmi 4689034 manat proqnoza qarşı 5895036 manat, yəni 125,72 faiz yerinə yetirilmişdir.

2018-ci ilin 6 ayında yerli xərclər 4609448 manat proqnoza qarşı 3900036 manat, yəni 84,61 faiz icra olunmuşdur.

Rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2018-ci ilin 6 ayı ərzində əhaliyə 11693304 manat kredit verilmiş, əhalidən 1502933 manat və 694932 ABŞ dolları əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 layihə üzrə 3888500 manat (54 iş yeri yaradılmaqla) kredit verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə əmək pensiyaları, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin əmək haqları artırılmışdır. Belə ki, 2018-ci ildə rayonumuz üzrə ödənilən və ödənilməsi nəzərdə tutulan əmək pensiyaları və sosial müavinətlərdə 1228000 manat artım olmuşdur.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2018-ci ilin 6 ayında 19525300 manat vəsait köçürülmüşdür. Şöbədə 2018-ci ilin 6 ayında sosial sığorta haqları üzrə yığım proqnozu 92,0 faiz yerinə yetirilmişdir. Belə ki, 1633000 manat proqnoza qarşı 1502400 manat vəsait toplanmışdır. O cümlədən, bu göstərici büdcə təşkilatları üzrə 970000 manat proqnoza qarşı 899000 manat toplanmaqla 92,6 faiz, qeyri-büdcə təşkilatları üzrə 663000 manata qarşı 603400 manat olmaqla 91,0 faiz yerinə yetirilmişdir.

2018-ci ilin birinci yarımilində şöbədə qeydiyyatda 13528 nəfər pensiyaçı olmuşdur. Onlardan 9480 nəfəri yaşa görə, 3408 nəfəri əlilliyə görə və 640 nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır. Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi vaxtlı vaxtında təmin edilmişdir.

O, cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2351 nəfər müharibə veteranına 775600 manat müavinət, 3053 nəfərə 1649200 manat sosial müavinət ödənilmişdir.

Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən və nəzərdə tutulan işlər görülmüşdür.

Məlumat üçün bildirirəm ki, rayon üzrə Qazax Elektrik Şəbəkəsi tərəfindən 23876 abonentə xidmət göstərilir.

2018-ci ilin birinci yarımilində Qazax Elektrik Şəbəkəsi tərəfindən rayonu elektrik təchizatı ilə təmin edən 110/35/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 35/10 kv-luq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri, 35 kv-luq hava xəttində, 10 kv-luq hava xəttində, 0,4 kv-luq hava xətlərində də təmir işləri aparılmışdır. Təmir zamanı 401 ədəd izolyator dəyişdirilmiş, 10,5 km uzunluğunda tarımlama işləri, 17,6 km məsafədə ağaclar budanmış, 55 ədəd ağac dayaq beton dayaqla əvəz edilmişdir.

Bildirmək istəyirəm ki, dövlət praqramına uyğun olaraq Rayon üzrə SİP kabelləşmə işlərinə də başlanılmışdır. Belə ki, Kosalar kəndində yeni salınmış məhəllədə 2875 metr uzunluğunda SİP kabel çəkilmiş 109 ədəd dayaq quraşdırılmışdır. Çaylı kəndində 1800 metr uzunluğunda SİP kabel çəkilmiş, 50 ədəd dayaq quraşdırılmışdır.

2018-ci ildə Qazax şəhərinin S.Vurğun küçəsində 1244 metr SİP kabel çəkilmiş, 16 ədəd dayaq quraşdırılmışdır. Bakı küçəsində 650 metr uzunluğunda SİP kabel çəkilmiş, 29 ədəd dayaq quraşdırılmışdır. Ə.Seyidov küçəsində 2375 metr uzunluğunda SİP kabel çəkilmiş, 43 ədəd dayaq quraşdırılmışdır. H.Arif küçəsində 1428 metr uzunluğunda SİP kabel çəkilmiş, 45 ədəd dayaq quraşdırılmışdır. Daş Salahlı kəndində 4492 metr uzunluğunda SİP kabel çəkilmiş, 85 ədəd dayaq quraşdırılmışdır.

Məcburi köçkünlərin yaşadığı sahədə 1149 metr uzunluğunda SİP kabel çəkilmiş, 30 ədəd dayaq quraşdırılmışdır. M.Hüseyn küçəsində 1394 metr uzunluğunda SİP kabel çəkilmiş, 32 ədəd dayaq quraşdırılmışdır. Ş.Xiyabanı küçəsində 1420 metr uzunluğunda SİP kabel çəkilmiş, 16 ədəd dayaq quraşdırılmışdır. Cəmi Qazax rayonu üzrə 6 ay ərzində Şəbəkə tərəfindən 18222 metr uzunluğunda SİP kabel çəkilmiş, 455 ədəd dayaq quraşdırılmışdır.

Məlumat üçün bildirirəm ki, ilin sonunadək Qazax şəhərinin M.Ə.Rəsulzadə, N.Nərimanov, Azadlıq küçələrində, Çaylı kəndində və rayonun sərhədyanı Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Fərəhli kəndlərində, o cümlədən Qarapapaq kəndində fəaliyyət göstərən açıq naqillərlə çəkilmiş 0,4 kv-luq xətlər 20 km uzunluğunda SİP kabelin çəkilişi başa çatdırılacaqdır. Eyni zamanda, bu il Qazax şəhərində 4 ədəd və sərhəd kəndlərdə 18 ədəd yeni transformatorların quraşdırılması nəzərdə tutulmuşdur.

2018-ci ilin birinci yarımilində Elektrik Şəbəkəsinə 52056300 kvt saat enerji ötürülülmüşdür. Orta hesabla 10,1 faiz itki - 5257700 kvt saat çıxıldıqdan sonra 46798600 kvt saat faydalı enerji qalmışdır. Bunun da dəyəri 3780100 manat olmuşdur. Şəbəkə üzrə cəmi pul yığımı 3362900 manat, o cümlədən əhali sektorunda 1392800 manat olmuşdur. Ümumi yığım 89,0 faiz təşkil etmişdir.

2017 və 2018-ci illərin birinci yarımillik göstəricilərini müqayisə edərkən 2018-ci ildə şəbəkə üzrə cəmi pul yığımı 408100 manat artım, o cümlədən əhali sektorunun pul yığımında isə 111400 manat artım olmuşdur. Ümumi yığım faizində 2017-ci ilin birinci yarımilliyinə nisbətən 2018-ci ilin birinci yarımilində 5,3 faiz artım olmuşdur.

Qeyd etmək istəyirəm ki, müqayisədə keçən ilə nisbətdə yığımda artım olmasına baxmayaraq şəbəkədə 417 200 manat debitor yaranmışdır. Qısa müddət ərzində yığılması təmin edilməlidir.

Bildiyiniz kimi, Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon üzrə Qazax xidmət sahəsi tərəfindən 21274 abonentə xidmət göstərilir.

Qazax Xidmət Sahəsi tərəfindən 6 ayda istehlakçılara 56713844 kubmetr təbii qaz satılmışdır. Əhali abonentlərə satılmış qazın dəyəri 1740716 manat, yığım isə 2042588 manat olmaqla, 117,3 faiz yerinə yetirilmişdir. 2017-ci illə müqayisədə 2018-ci ildə əhali abonentlərindən qazın satışına görə yığım 10,4 faiz çox olmuşdur.
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
Ötən dövr ərzində 107 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 73 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz olunmuşdur. “Təmiz Qaz” MMC tərəfindən aşkar olunmuş müxtəlif diametrli qaz xətlərində 2903 ədəd sızma aradan qaldırılmışdır. Ümumilikdə, rayon ərazisində 483 p/m qaz xətləri korroziyaya uğradığına görə yenisi ilə əvəz olunmuşdur. Qeyd etmək istəyirəm ki, müqayisədə keçən ilə nisbətdə yığımda artım olmasına baxmayaraq xidmət sahəsində keçən illərdən 3759339 manat debitor yaranmışdır. (Akord şirkəti 1945628 min manat. Əhalidə isə 1567683) manat təşkil edir. Qısa müddət ərzində yığılması üçün tədbirlər görülməlidir.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2018-ci ilin birinci yarımilinin yekununa görə 723720 manat tarif gəliri proqnozuna qarşı 777881 manat gəlir əldə edilərək proqnoz tapşırığa 107 faiz əməl olunmuşdur. 2017-ci ilin 6 ayı ilə müqayisədə 87652 manat artıq vəsait yığılmışdır. Proqnoz tapşırığın 693318 manatı əhaliyə göstərilən rabitə xidmətindən əldə olunmuşdur.

6 ay ərzində “Aztelekom” internet xidmətindən 398800 manat vəsait yığılmışdır ki, bu da ümumi gəlirin 51 faizini təşkil edir.

Hesabat dövründə 61 ədəd yeni telefon çəkilmiş, 17 ədəd telefon şəbəkəyə bərpa olunmuş, “Aztelekom” internet xidməti üzrə 738 ədəd artım olmuş, ümumi istifadəçi sayı 6437-yə çatmışdır. Hesabat dövründə rayon üzrə cəmi telefonların sayı 14697, hər 100 təsərrüfata düşən abonentlərin sayı 67, internet istifadəçilərinin sayı isə 9007 nəfər olmuşdur.

Əhalinin telefona və internetə olan tələbatını nəzərə alaraq bu müddət ərzində Çaylı, Daş Salahlı kəndində və Qazaxbəyli kəndlərininin hər birində 50 nömrəlik daxili şəbəkə tikilib istifadəyə verilmişdir. 6 ay ərzində qəzalı olan Yuxarı Salahlı Elektron avtomat telefon stansiyası binasının yeni binaya köçürülməsi başa çatdırılmış, bu məqsədlə 550 nömrəlik kross avadanlığı, tpp-100 x 2 tipli kabel, 1 ədəd tpp-50 x 2 kabel, bir qrup akkummulyator, 1 ədəd dizel-generator, 536 nömrəlik DRX-4 tipli stansiya demontaj olunaraq montaj olunmuşdur.

Hesabat dövründə Qazax Poçt filialı tərəfindən 6 ay ərzində 1150285 manat enerji pulu, 1488502 manat qaz pulu, 107820 manat su pulu, 41369 manat vergi pulu, 38467 manat DSMF pulu, 58960 manat DİN-nin ödəniş haqları, 2426 manat dekoder pulu yığılaraq aidiyyatı təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 105 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 788 ədəd bağlama qəbul edilmiş və 1060 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin 7656 məktub göndərilmiş, 20529 ədəd məktub qəbul edilmişdir.

“Qazax-Avtovağzal” ASC 2018-ci ilin birinci yarımilində plana 106 faiz əməl edərək 231000 nəfər sərnişinə xidmət göstərmişdir. ASC-də 10 nəfər əmək fəaliyyəti ilə məşğul olur. Gün ərzində şəhər ətrafı, yəni kəndlərə işləyən marşrut üzrə 80 maşın, şəhərlərarası marşrut üzrə isə 57 maşın fəaliyyət göstərməklə, cəmi 137 maşın işləyir.

Qazax Su-Kanal İdarəsi tərəfindən 2018-ci ilin 6 ayı ərzində 6240 əhali abonentə xidmət göstərilmiş, içməli su və çirkab suların dəyəri 265907 manat olmuş, 227037 manat vəsait toplanmışdır. Bu isə satışın 85 faizini təşkil edir. Su-Kanal İdarəsi ümumilikdə 104,26 km su, 36,34 km uzunluğunda kanalizasiya xəttinə xidmət edir. 2018-ci ilin 6 ayı ərzində 5 ədəd su mühərriki əsaslı təmir olunub, 1 ədəd 18,5 kv-luq elektrik mühərriki yenisi ilə əvəz olunmuş, 6 ədəd elektrik mühərrikinin nasos hissəsi əsaslı, 3 ədəd nasos cari təmir olunmuşdur. 1 ədəd subartezian nasosu əsaslı təmir olunub, 1 ədəd subartezian nasosu isə yenisi ilə əvəz olunaraq istismara verilmişdir. H.Əliyev prospekti 61, 63, Azadlıq küçəsi 31, 33 saylı binaların su təchizatınının yaxşılaşdırılması və dayanıqlığının artırılması üçün 1 ədəd 7,5 kvt və 1 ədəd 15 kvt-lıq elektrik mühərriki nasosla birgə quraşdırılaraq istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17.03.2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Kəmərli kəndində artezian quyusu qazılaraq anbara verilmiş və oradan kəndə içməli su xətləri çəkilmiş, Aslanbəyli kəndində artezian quyusu qazılmış və 13 bulaq tikilmiş, Qaymaqlı kəndində artezian quyusu qazılmış, Daş Salahlı kəndinin bir hissəsində isə Coğaz çayından gələn magistral xəttdən 3000 p/m-dən çox içməli su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

Ağköynək kəndində mövcud olan subartezian quyusundan 3 ədəd siyirtmə quraşdırılaraq uzunluğu 580 p/m olan polietilen boru ilə 36 abonentə, N.Nərimanov qəsəbəsində isə Qarabağ Müharibəsi Əlilləri üçün tikilmiş fərdi yaşayış evlərinin su ilə təmin olunması üçün 2 ədəd diametri 50 mm-lik siyirtmə quraşdırılaraq uzunluğu 700 p/m, diametri 50 mm-lik yeni polietilen boru ilə su xətti çəkilərək istifadəyə verilmişdir.

Bundan başqa Qazax şəhəri Osman Sarıvəlli küçəsində 100 mm-lik dəmir boru vasitəsilə uzunluğu 250 metr olan su xətti və Ürkməzli kəndində 1500 metr uzunluğunda içməli su xətti çəkilmişdir.

Fərəhli kəndində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1,5 km uzunluğunda içməli su xətti çəkilmiş və 16 tonluq su çəni quraşdırılmışdır. Qeyd etmək istəyirəm ki, göstərilən xidmət üzrə 190183 manat debitor yaranmışdır. Qısa müddət ərzində yığılması təmin edilməlidir.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üçün sənədləşmə işləri başa çatmışdır, yaxın vaxtlarda işlərə başlanılacaqdır.

2018-ci ilin 6 ayında Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 416890 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 245436 manat çoxdur. Kombinat tərəfindən göstərilən xidmətlərə görə 39907 vəsait yığılmışdır. O, cümlədən, əhalidən 10911 manat, kommersiya müəssisələrindən 8877 manat, təşkilat və idarələrindən 20119 manat vəsait yığılmışdır. Kombinatda 84 nəfər işçi işləyir. 6 ay ərzində təşkilat tərəfindən 247261 manat əmək haqqına, 56553 manat DSMF-yə, 62902 manat əlavə dəyər vergisinə, 19752 manat kombinatda ictimai işlə təmin olunmuş işçilərə və daimi işçilərə xüsusi geyim formasının alınmasına, 9700 manat əkin materiallarına, həmişəyaşıl ağac kollarına, 13766 manat yanacağın alınmasına və 4681 manat s. vəsait ödənilmişdir. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2018-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının abadlıq və təmizlik sahələrində 240 nəfər işlə təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 yanvar tarixli 7s nömrəli sərəncamı ilə ayrılmış 60 ədəd konteyner rayona gətirilərək yaşayış məntəqələrinin ehtiyac olan yerlərinə qoyulmuşdur. Şəhərdə təmizliyin qorunub saxlanması məqsədilə növbətçilik təşkil olunmuşdur. Növbətçilik əsasında şəhərin hər bir sahəsində səhər saatlarından başlayaraq gecə saat 24:00-dək təmizliyin qorunub saxlanması diqqət mərkəzində olur. Zibil poliqonunda həftədə bir dəfə traktorla təmizlik işləri aparılır.

Qazax Mənzil İstismar Sahəsi üzrə 71672 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6334 manat azdır. Bunun səbəbi büdcədən ayrılan vəsaitin 53130 manat az olmasıdır. İstismar sahəsi tərəfindən ötən 6 ay ərzində 2 binada əsaslı təmir, 29 binanın dam örtüyündə cari təmir işləri aparılmış, 10 binanın kanalizasiya xətlərində yaranmış qüsurlar boruların qismən dəyişdirilməsi ilə aradan qaldırılmış, 4 binanın zirzəmisində təmizlik işləri aparılmış, 5 binada içməli su problemi aradan qaldırılmış, 2 binanın tüstü boruları təmzilənmiş, 1 binanın həyətində səliqə-sahman yaradılmışdır.

Hesabat dövründə sakinlərdən 3946 manat mənzil haqqı yığılmışdır.

Qeyd etmək istərdim ki, Qazax şəhərində 85 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Hazırda 16 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri davam etdirilir. Bu işlərlə əlaqədar 50 nəfər ictimai işlə təmin olunmuşdur.

Bundna əlavə, 26 iyun 2018-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi günündə Qazax şəhəri “Hərbi şəhərcik”də yerləşən 4 çoxmənzilli yaşayış binalarının əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir.

2018-ci ilin 6 ayı ərzində rayonun təhsil, mədəniyyət və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.

Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1714 nəfər müəllim məşğul olur.

“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil edilmiş və qaydalara müvafiq olaraq keçirilmişdir. Bunun üçün Təşkilat Komitəsi yaradılmış, daxil olan pedaqoji mühazirələr təcrübəli mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən qiymətləndirilmişdir. Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova və Cəfərli kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Vilayət Rüstəmovun pedaqoji mühazirələri bəyənilmiş və ölkə mərhələsinə göndərilmişdir.
2018-ci ilin mart ayında məktəblilərin yaz tətilində “Ölkəmizi tanıyaq” tur-aksiyası keçirilmiş və rayonun xüsusi istedadı ilə fərqlənən, təhsildə yüksək nəticələr əldə etmiş IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki- Zaqatala bölgəsində olmuşlar.

Hesabat dövründə 682 şagird məktəbi bitirmişdir ki, bunlardan 450-si ali məktəblərə qəbul olmaq üçün imtahan vermişlər. Ümumtəhsil məktəblərində orta aylıq davamiyyət 95,7 faiz olmuşdur.

2017-2018-ci ilin tədris ili ərzində rayon Təhsil şöbəsinin müvafiq əmri ilə yaradılmış işçi qrupunun üzvləri tərəfindən rayonun 40 ümumtəhsil məktəbində ayrı-ayrı fənlər üzrə monitorinqlər aparılmış, nəticələr yekunlaşaraq müzakirə olunmuşdur. Ümumilikdə, 392 müəllimin dərsi dinlənilmişdir. Nəticəsi yüksək olan 58 müəllimə təşəkkür elan edilmiş, 42 zəif nəticəsi olan müəllimə məktəb direktorları tərəfindən inzibati tənbeh tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur.

İşçi qrupu tərəfindən yüksək qiymətləndirilən gənc müəllimlər - Kosalar kənd tam orta məktəbin fransız dili müəllimi Həbibə Mustafayeva, Fərəhli kənd tam orta məktəbin ingilis dili müəllimi Humay Əfəndiyeva, Aslanbəyli kənd tam orta məktəbin kimya müəllimi Elmar İbrahimovu xüsusi qeyd etmək istərdim. Bu müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən birgə hazırlanmış “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsaitə və Qazax RİHB Aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vastiələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın 2018-ci il üçün iş planı”na əsasən 21 may 2018-ci il tarixindən 05 iyun 2018-ci il tarixədək Qazax RİHB Aparatının və Qazax RPŞ-nin nümayəndələri 40 ümumtəhsil məktəbində maarifləndirici tədbirlər keçirmişlər. Həmçinin, məktəblərdə keçirilən görüşlər zamanı erkən yaşda nikaha girmənin fəsadları barədə də şagirdlərlə geniş söhbət aparılmış, maarifləndirici məlumatlar verilmişdir.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Bağçalar “Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur. Bundan əlavə, ayda bir dəfə ümumi olaraq uşaqlar tibbi müayinədən keçirilir. Yaradılmış xüsusi həkim briqadaları istər şəhər, istərsə də kənd bağçalarında olur, uşaqların sağlamlığı ilə maraqlanır, xəstəliyi olan uşaqlara ilkin tibbi yardım göstərirlər. Bağçalarda tibb bacıları ilə tibbi yardım və müayinə ilə bağlı ətraflı söhbətlər aparır və lazımi tapşırıqlar verirlər.

2018-ci ilin əvvəllərində rayonda olan körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Qazax şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları yeni bərk və yumşaq inventarlarla, elektrik cihazları və digər avadanlıqlar ilə təmin olunmuşlar.

Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq 2018-ci ilin yanvar ayında Qazax şəhər 4 saylı uşaq bağçasında əlavə 3 qrup, 5 saylı körpələr evi-uşaq bağçasında əlavə 2 qrup, 6 saylı körpələr evi-uşaq bağçasında əlavə 1 qrup açılmışdır. Bu qruplara ümumilikdə 35 nəfər yeni işçi götürülmüş və 135 nəfər uşaq cəlb edilmişdir.

Yaranan vakant iş yerlərinə qəbul zamanı isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə və digər imtiyazlı vətəndaşlara üstünlük verilir. Yeni götürülmüş işçilərdən 3 nəfəri şəhid ailəsi, 3 nəfəri məcburi köçkün, 1 nəfəri Qarabağ müharibəsi əlili ailəsi, digərləri isə işə ehtiyacı olan aztəminatlı ailələrdən seçilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən bağçalarda əmək intizamına daim nəzarət olunur, mütamadi olaraq reydlər keçirilir. Bağçalarda yaranan problemlər, nöqsanlar və çatışmazlıqlar aşkarlanaraq vaxtında aradan qaldırılır. İşlərində yol verdiyi nöqsanlara görə Cəfərli kənd uşaq bağçasının müdiri Yunisova Fiqura Yaqub qızı tutduğu vəzifədən azad edilmiş, Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının müdiri Mustafayeva Şəfiqə Səhlədar qızına şiddətli töhmət, şəhər 1 saylı körpələr evi–uşaq bağçasının müdiri Mustafayeva İradə Məhəmmədəli qızına isə töhmət verilmişdir.

Eyni zamanda, bütün bağçalarda gecə gözətçilərinin əmək intizamı yoxlanılmış və 7 gözətçi barəsində müvafiq intizam tədbirləri görülmüşdür.

2018-ci ildə rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarına diqqətin artırılması, 13 bağça binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması və Çaylı kəndində 60 yerlik uşaq bağçasının açılması nəzərdə tutulmuşdur. 2018-ci ilin 6 ayı ərzində bağça binalarının cari və əsaslı təmiri istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, 2018-ci ilin aprel və may aylarında Qazax şəhər 2 saylı 60 nəfərlik 3 qruplu uşaq bağçası əsaslı şəkildə təmir olunaraq iyun ayının 1-də müasir inventar və avadanlıqlarla uşaqların istifadəsinə verilmişdir. Bundan əlavə, Bala Cəfərli kənd uşaq bağçası, Quşçu Ayrım kənd uşaq bağçası da cari təmir olunaraq yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur. Kənd bağçalarından hal-hazırda Canalı kənd uşaq bağçasında cari təmir işləri davam etdirilir.

Qazax şəhər 3 saylı 95 nəfər olmaqla 5 qruplu körpələr evi-uşaq bağçasının binası qəzalı vəziyyətdə olduğundan S.Vurğun küçəsi, döngə 6/2 ünvanında yerləşən köhnə tikilidə 3 saylı körpələr evi-uşaq bağçası üçün əlavə tikintilər aparılmaqla əsaslı təmir və bərpa gücləndirmə işləri aparılır. Təmir-tikinti işləri artıq yekunlaşmaq üzrədir və 25 iyul 2018-ci il tarixdə uşaqların istifadəsinə veriləcəkdir. Yaxın günlərdə Qazax şəhər 6 saylı 90 nəfərlik 5 qruplu körpələr evi-uşaq bağçasının, Qazaxbayli kənd 20 yerlik uşaq bağçasının, Dəmirçilər kənd 35 yerlik körpələr evi-uşaq bağçasının və Kosalar kənd 1 saylı 35 yerlik körpələr evi-uşaq bağçasının təmirinə başlanılacaqdır.

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayon üzrə nümayəndəliyi tərəfindən 2018-ci ilin 6 ayı ərzində rayonda Yeni il şənliyi, 2 Fevral - Gənclər Günü, 8 Mart - Qadınlar bayramı, Novruz bayramı, 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırım Günü, 9 May - Faşizm üzərində Qələbə Qünü, 28 May - Respublika günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, 15 İyun – Milli Qurtuluş Günü, 26 İyun - Silahlı Qüvvələrin yaradılması günü ilə bağlı kütləvi tədbirlər geniş və əhatəli keçirilmişdir.

Mədəniyyət müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın yubileyləri geniş qeyd edilmişdir. Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illik yubileyinə, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi, aşıq Şəmistanın 125 illik yubileyinə, Xalq artisti Azərbaycan Dövlət Mükafatı laureatı, Teatrşünas, rejissor, istedadlı aktyor Mehdi Məmmədovun 110 illiyinə, Xalq yazıçısı İsə Muğannanın anadan olmasının 90 illiyinə, Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş kitab sərgiləri təşkil edilmiş və yubiley tədbirləri keçirilmişdir.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına məktəblilərin ekskursiyaları təşkil olunmuşdur. Ekskursiyalarda 15000 nəfərdən çox şagird iştirak etmişdir.

Ümumilikdə, 6 ay ərzində bütün mədəniyyət müəssisələri üzrə 848 mədəni-kütləvi tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 may 2018-ci il tarixdə Daş Salahlı kəndində 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə tikilmiş abidə kompleksinin yenidənqurmadan sonra açılışı, 17 may 2018-ci il tarixdə Böyük Vətən Müharibəsi iştirakçısı Nəbi Nəbiyevin 100 illik yubileyi, 18 may 2018-ci il tarixdə Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Cavad bəy və Rüstəm bəy Şıxlinski qardaşlarının xatirəsinə həsr olunmuş tədbir və 13 iyun 2018-ci il tarixdə “Milli Qurtuluşdan Zəfərə doğru” adlı tədbirlər keçirilmişdir. Belə tədbirlərin davamı olaraq İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yaşı 100-111 arası olan 9 nəfər Qazax rayon sakini – Səyalı Nəbiyeva (111), Sədiqə Süleymanova (108), Səkinə Mirzəyeva (106), Lütviyə Vələdova (106), Gilas Tanrıverdiyeva (102), Qaratel Bənnayeva (102), Lilpar Həsənova (102), Nəbi Nəbiyev (100) və Xalsa İbrahimova (100) evlərində ziyarət olunmuş, həmçinin ayrılmış həkim qrupu tərəfindən tibbi müayinədən keçirilmiş və lazımi dərmanlarla təmin edilmişlər.

Qazax Rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, rayonumuzda respublika tabeçiliyində olan Qazax Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir. Artıq Xəstəxananın əsas binasında tikinti işləri yekunlaşmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 mart 2018-ci il tarixdə Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon (on dörd milyon altı yüz min) manatının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılması barədə Sərəncam imzalamışdır.

Rayon Mərkəzi Xəstəxanasında 3033 nəfər şəkərli diabet xəstəsi, 251 nəfər vərəmli xəstə, 752 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır. Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 132650 nəfər olmuş, 167 cərrahiyə əməliyyatı aparılmış, 2.620 nəfər laborator müayinədən keçirilmişdir.

2018-ci ilin ilk 6 ayı ərzində 2-si əkiz olmaqla, 331 körpə dünyaya gəlmişdir. 10 may bayram günündə dünyaya gəlmiş 2 körpənin ailəsi və əlavə olaraq 3 körpənin ailəsi Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən evlərində qonaq olmuş və onlara müxtəlif hədiyyələr təqdim edilmişdir.

Fevral ayının 12-dən etibarən Dövlət Başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilmişdir. May ayının 15-dək davam edən aksiyada 56797 nəfər əhali tibbi müayinədən keçirilmiş, 51877 nəfər sağlam hesab edilmiş, 4437 nəfər ambulator müalicəyə, 325 nəfər stasionar müalicəyə, 158 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir. Müayinələr uğurla başa çatdırılmışdır.

Vərəmli, şəkərli diabet, onkoloji xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər.

İlin əvvəlindən səhiyyənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə bir sıra şəhər və kənd tibb müəssisələrində əsaslı və cari təmir işlərinə başlamaq üçün tender sənədləri hazırlanmışdır.

Hazırda Yuxarı Salahlı kəndində Yaponiya səfərliyinin xətti ilə yeni həkim məntəqəsinin tikintisi işləri davam edir.

Rayon Mərkəzi Xəstəxanası tərəfindən bütün səhiyyə müəssisələri bərk və yumşaq inventarlarla tam təmin olunmuşlar.

Ruhi Xəstəxanada əsaslı, Doğum evi, Uşaq Xəstəxanası, Təcili yardım, Çaylı, Qaymaqlı, Qazaxbəyli, Xanlıqlar, Fərəhli və İkinci Şıxlı kənd xəstəxanalarında cari təmir işlərinin aparılması nəzərdə tutulur.

Qazax Müalicə Diaqnostika Mərkəzinə 6 ay ərzində 13768 ambulator gəliş olmuş, mərkəzdə 40569 laboratoriya müayinələri olunmuş, cərrahiyyə şöbəsinə 586 xəstə daxil olmuş, 455 cərrahi əməliyyat aparılmışdır. Hemodializ şöbəsində 2018-ci ilin yanvar ayının 1-nə 68 xəstə olub, 6 ay ərzində daha 14 xəstə daxil olub, 9 nəfər xəstə vəfat etmiş, 1 nəfər isə sağalmışdır. Xəstələr üzərində 4542 hemo-dializ seansı aparılmışdır.
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
21 aprel 2018-ci il tarixdə Mərkəzdə növbəti qanvermə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 400 nəfərə yaxın rayon sakini müraciət etmiş və onların 162 nəfərindən qan götürülmüşdür.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2018-ci ilin 6 ayında gənclərlə iş sahəsi üzrə 17, bədən tərbiyəsi və idman sahəsi üzrə 18 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 4134 nəfər yeniyetmə, gənc və idmançılar iştirak etmişdir. Gənclərlə iş sahəsi üzrə aşağıdakı tədbirlər keçirilmişdir:

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yanvar ayının 17-də Qazax rayon Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş konfrans, yanvarın 18-də Qazax Dövlət Rəsm Qalereyasında “Şəhidlər unudulmur” başlığı altında rəsm müsabiqəsi, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin “İdeoloji Mərkəz” zalında anım tədbiri keçirilmişdir.

Fevral ayının 1-də Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə təntənəli bayram tədbiri keçirilmiş, gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən 30 nəfər gənc diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon Təhsil şöbəsi ilə birgə rayonun bütün orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Xocalıya ədalət” başlığı altında inşa-yazı müsabiqəsi keçirilmiş, fevral ayının 26-da Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və gənc rəssam Akif Əmirovun təşəbbüsü ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Şəhid şəhər” başlığı altında bədii kompozisiya nümayiş etdirilmiş, tədbirdə ümumilikdə 250 nəfər iştirak etmişdir.

11 aprel Azərbaycan Respublikasının Prezident seçkiləri ərəfəsində ilk dəfə səs verəcək gənclərlə maarifləndirici görüşlər keçirilmişdir.

Bədən tərbiyəsi və idman sahəsi üzrə 6 ay ərzində bir çox tədbirlər keçirilmişdir: Birinci rübün göstəriciləri istisna olmaqla aşağıdakıları qeyd etmək istəyirəm.

05-09 aprel 2018-ci il tarixlərində Xaçmaz şəhərində keçirilmiş Ağır atletika üzrə Respublika oyunlarında idmançılarımızdan Məmmədov Firat Vüqar oğlu, Alməmmədov Ravin Ramin oğlu, İsmayılov Qasım Əbülfət oğlu, İsmayılov Əbdülmətin Ərşad oğlu, 05 may 2018-ci il tarixdə Göygöl rayonunda keçirilmiş karate üzrə uşaq və yeniyetmələr arasında zona birinciliyində Namazov Emin Pərviz oğlu, Həsənov Həsən Vüqar oğlu və Həsənov Elcan Etibar oğlu, 15-20 may 2018-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində hərbçilər arasında güləş üzrə Dünya çempionatında Əliyev Həsən İltifat oğlu, 24-27 may 2018-ci il tarixlərdə Bakı şəhərində ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində Yusifov Nəsib Nəcəf oğlu, 01-03 iyun 2018-ci il tarixlərdə Gürcüstan Respublikasının Tbilisi şəhərində karate üzrə Beynəlxalq Turnirdə Həsənov Həsənəli Vüqar oğlu, 21-23 iyun 2018-ci il tarixlərdə Bakı şəhərində keçirilmiş karate üzrə Qara və Xəzər dənizi ölkələrinin çempionatında Həsənov Xəqan Aqil oğlu I yerə layiq görülmüşlər.

Hesabat dövründə beynəlxalq yarışlarda 24, respublika yarışlarında isə 89 medal əldə olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixdə Qazax Rayon Gənclər Mərkəzində 26 iyun – Narkomaniya əleyhinə Ümumdünya Mübarizə Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

2018-ci ilin birinci yarımilində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 16527000 manat, tikinti quraşdırma işlərinin həcmi 15625600 manat olmuşdur.

Ümumi məhsul buraxılışının həcmi 80500000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının həcmi 25000000 manat, 2017-ci ilə nisbətən 1,0 faiz çox, sənaye məhsulunun ümumi həcmi 15940000 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövründən 0,7 faiz azdır.

Adambaşına düşən ümumi məhsulun həcmi 840 manat, orta aylıq əmək haqqı 305 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 4530200 manat olan 128 yaşayış evi tikilib istifadəyə verilmişdir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci yarımildə 11 yeni müəssisə yaradılmış, 274-ü daimi olmaqla 427 yeni iş yeri açılmışdır. 2003-cü ildən 2018-ci ilin ikinci rübünün sonunadək rayonda 334 müəssisə yaradılmış, 13840 daimi olmaqla 16487 yeni iş yeri açılmışdır. İqtisadi fəal əhalinin sayı 45103 nəfər olmuşdur ki, bunun da 42791 nəfəri məşğul əhalidir.

2018-ci ilin 6 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 34 müəssisədən 766 boş iş yeri təqdim edilmişdir. Mərkəzə müraciət etmiş 1037 nəfər vətəndaşdan 968 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 556 nəfərə işə göndəriş verilmiş, 539 nəfər münasib işlə təmin olunmuşdur.

Rayon ərazisində fəaliyyət göstərən 7 dövlət müəssisəsində 21 kvot iş yeri müəyyən edilmiş, 4 nəfər işlə təmin edilmişdir.

İdarə və müəssisələrdən verilmiş boş iş yerlərinə əməyin ödənişində minimum əmək haqqı 130 manat, maksimum əmək haqqı isə 399 manat olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 aprel 2016-cı il tarixli Əhalinin özünüməşğulluğunun təmin edilməsi ilə bağlı sərəncamının icrası ilə əlaqədar olaraq Mərkəzə “Özünüməşğulluq” layihəsində iştirak etmək üçün müraciət etmiş işaxtaranların təsərrüfatlarına baxış keçirilir. Monitorinq nəticəsində 27 nəfər “Özünəməşğulluq” layihəsi ilə əlaqədar kursa dəvət olunmuşdur.

Rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi 2018-ci ilin birinci yarımilində də uğurla davam etdirilmişdir.

Qazax şəhərində küçələrə 1488 p/m uzunluğunda yeni bardür düzülmüş, 13136 kv.m əraziyə asfalt-beton, çınqıl örtüyü çəkilmişdir. Bu istiqamətdə işlər davam edir.
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
“Azəravtoyol” ASC tərəfindən Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 km olan ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi işləri yekunlaşmışdır. İkinci Şıxlı kəndində də yaxın vaxtlarda 4 km uzunluğunda yollara asfalt-beton örtüyünün çəkilməsi işlərinə başlanılacaq, həmçinin, 2018-2019-cu illərdə Daş Salahlı və Dəmirçilər kəndlərinin də avtomobil yollarının yenidən tikintisi nəzərdə tutulmuşdur.

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri başa çatmaq üzrədir.

Rayon İcra Hakimiyyəti tərəfindən Məzəm kəndində 12 ailənin həyətində ümumi uzunluğu 238 p/m olmaqla, 714 kv.m istinad divarının çəkilişi davam edir.

Şəhərdaxili yollarda 39 km, kənd yaşayış məntəqələrində isə 43 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.

“Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisi başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Həmçinin, “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində illik gücü 9600 ton olan Elektrod zavodunun tikintisi sürətlə davam edir. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

“İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində aqropark yaradılmış, 41 ədəd texnika alınmış, tutumu 2500 ton olan quru anbar və texnikaların təmiri və saxlanması üçün qaraj tikilmiş və tutumu 2600 ton olan soyuducu anbarın tikintisi başa çatmış, örtük metal konstruksiyalar montaj olunmuşdur. Sahəsi 300 kv.m olan ikimərtəbəli ofis binasında daxili tamamlama işləri aparılır. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi başa çatmış, mühərriklər quraşdırılmışdır. 13,5 km uzunluğunda diametri 500 mm olan dəmir boru vasitəsilə su xətti çəkilmişdir. Sahələrdə tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa edilmişdir. 850 hektar sahədə damcı üsulu və çiləmə sisteminin quraşdırılması üçün 18 km sahədaxili xətlər çəkilmiş, boru və qurğular alınmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Müharibəsi Əlilləri və şəhid ailələri üçün tikilmiş 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evinin tikintisi başa çatmış, daha 7 yaşayış evinin tikintisi davam edir.

BDU-nun Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə Ə.Şıxliniski küçəsi 18a ünvanında 6 hektar torpaq sahəsi ayrılmışdır. Tenderdə qalib elan edilmiş “Grandproje” MMC tərəfindən hazırlanmış BDU-nun Qazax fililalının inzibati, tədris və tələbə yataqxanasının eskiz layihəsi Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənərək Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq ekspertizadan keçirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisdənkənar Dövlət Ekspertiza Baş İdarəsinə göndərilmişdir. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.

Hazırda S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Heydər Əliyev Mərkəzində və Gənclər Mərkəzində təmir işləri aparılmışdır.

Azərbaycan Respublikasının 2018-ci il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27-29 iyun 2018-ci il tarixlərində Qazax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.

Təlimə Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı, fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunmuşdur.

2018-ci ilin ilk 6 ayı ərzində rayon ərazisində aşkar edilmiş 12 ədəd müxtəlif növ partlamamış hərbi sursatlar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin minaların məhvetmə ərazisinə daşınmışdır.

2018-ci ilin birinci yarımilində “Göyəzən” qəzetinin və qəzetin adını daşıyan GOYEZEN.AZ saytının fəaliyyəti qənaətbəxş olmuşdur. Saytda rayonumuzda aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən tədbirlər gündəlik operativ olaraq öz əksini tapmışdır. Bu gün saytın internet səhifəsinin 25 mindən çox izləyicisi vardır.

2018-ci ilin birinci yarımilliyi ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.

2017-ci ildə qazılması nəzərdə tutulmuş 6 ədəd subartezian quyusundan Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd olmaqla 6 ədəd subartezian quyusu istifadəyə verilmişdir. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Çaylı və Orta Salahlı kəndlərində 2 ədəd, Aşağı Salahlı, Canalı, Hüseynbəyli, Kosalar, Dəmirçilər, Xanlıqlar və Qarapapaq kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hazırda Çaylı və Orta Salahlı kəndlərinin hər birində 2, Qarapapaq, Canalı və Hüseynbəyli kəndlərində 1 ədəd olmaqla, 7 ədəd subartezian quyusunun qazıntısı başa çatmışdır. Digər subartezian quyularının qazıntısı işləri davam etdirilir.

Qazax Suvarma Sistemləri İdarəsi rayonun 17421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kubmetr olan Ağstafaçay su anbarı, tutumu 20 milyon kubmetr olan Coğazçay su anbarı, tutumu 2,6 milyon kubmetr olan İncəsu çay su anbarı, tutumu 0,2 milyon kubmetr olan Acı dərə kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır.

2018-ci il iyul ayının 1-nə Ağstafaçay su anbarında 62 milyon kubmetr, Coğazçay su anbarında 18 milyon kubmetr, İncəsu çay su anbarında 0,15 milyon kubmetr su olmuşdur. 2018-ci il suvarma işlərinə hazırlıq məqsədilə 261,19 km uzunluğunda arxlarda təmizləmə işləri nəzərdə tutulduğuna baxmayaraq, Rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi ilə yarımilin sonuna 302,44 km (151,43 km texnika vasitəsilə, 151,01 km isə əl əməyi ilə) uzunluğunda arx və kanallar kol-kosdan, lildən təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilmişdir. Hal-hazırda bütün sahələrdə suvarma növbəlik əsasında həyata keçirilir.

2018-ci ilin məhsulu üçün rayonda 9102 hektar buğda, 3527 ha arpa olmaqla, cəmi 12629 hektar taxıl, 1086 hektar kartof, 543,5 hektar qarğıdalı, 492,1 hektar tərəvəz, 2,4 hektar darı, 3571,5 hektar yonca, 259,7 hektar noxud, 46 hektar günəbaxan, 60 hektar tütün, 88 hektar sorqo və 31 hektar bostan bitkiləri əkilmişdir. 2018-ci ildə Qazax kümçüləri tərəfindən 5.000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində “Azər-İpək” ASC-yə təhvil verilmişdir ki, bu da nəzərdə tutulmuş planın 125 faiz icrası deməkdir.

Hazırda rayon ərazisində taxıl biçini sürətlə davam edir. Bu günədək 3510 hektar arpa, 4993 hektar buğda sahəsi biçilmişdir. Arpa bitkisi üzrə orta məhsuldarlıq 24,6 sentner, buğda bitkisi üzrə 31,4 sentner təşkil etmişdir. Rayon ərazisində işlək vəziyyətdə olan 29 ədəd və başqa rayonlardan gətirilmiş 17 ədəd kombaynın gücündən istifadə edərək taxıl məhsulunun vaxtında və itkisiz yığılması sahəsində işlər davam etdirilir. Digər rayonlardan əlavə kombaynların cəlb olunması istiqamətində danışıqlar davam etdirilir. (Hazırda rayonda 46 kombayın biçin aparır)

Rayonun Yuxarı Salahlı kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi davam etdirilir.

Rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazax şəhərindəki Təzə Bazarda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmişdir. Yarmarkaya müxtəlif çeşiddə olan kənd təsərrüfatı, ərzaq və ət məhsulları satışa çıxarılaraq bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə satılıb.

Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Hesabat dövründə 114 baş ana malda süni mayalanma aparılmış və 121 baş bala alınmışdır. Süni mayalanmadan alınmış buzova görə 12100 manat subsidiya verilmişdir. 6 ay ərzində ət istehsalı 27416 sentner, o cümlədən inək əti 12720 sentner, camış əti 1295 sentner, qoyun əti 10.208 sentner, keçi əti 723 sentner, quş əti 2470 sentner olmuşdur. Süd istehsalı 156277 sentner, o cümlədən inək südü 119492 sentner, camış südü 12616 sentner, qoyun südü 22085 sentner, keçi südü 2084 sentner, yumurta istehsalı 2650 sentner olmuşdur.

Qazax rayon Baytarlıq İdarəsi tərəfindən 2018-ci ilin birinci yarımilində fərdi və fermer təsərrüfatlarında olan 31406 baş iribuynuzlu, 140948 baş xırdabuynuzlu və 1153 baş təkdırnaqlılar qarayara, 31634 baş iribuynuzlu, 92420 baş xırdabuynuzlu heyvanlar dabax, 4607 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı peyvənd edilmiş, 204720 baş körpə və 151581 baş yetkin ev quşları taun xəstəliyinə qarşı “H” vaksini ilə, 23593 baş xırdabuynuzlu və 5601 baş iribuynuzlu heyvanlar peyvənd olunmuşlar.

2018-ci ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyətinə 901 müraciət daxil olmuşdur ki, bunlardan 136 nəfərdən ibarət olmaqla 55 ərizə minnətdarlıq və təşəkkür məktublarıdır. Müraciətlərdən 147-si (16%) Prezidentin Administrasiyasına, 4-ü (0,4%) Milli Məclisə, 9-u (1%) Nazirlər Kabinetinə, 19-u (2,1%) respublikanın digər təşkilatlarına, 722-si (80,5%) isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir.

Rayon İcra Hakimiyyəti Başçısının Aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 20 faizi mərkəzi orqanlardan, 80 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Keçən ilin müvafiq dövründə isə müraciətlərin 23 faizi mərkəzi orqanlardan, 77 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 32,2 faizi müsbət həll olunmuş, 15,1 faizi qismən həll olunmuş, 0,4 faizi əsassız sayılmış, 39,8 faizinə müvafiq izahat verilmiş, 2,8 faizi baxılmaq üçün aidiyyəti orqanlara göndərilmiş, 9,2 faizi isə hal-hazırda icradadır.

2017-cı ilin ilk 6 ayı ərzində Qazax RİH başçısının RİHB aparatında keçirdiyi qəbullar zamanı 1127 nəfər, 2018-ci ilin ilk 6 ayı ərzində isə 824 nəfər vətəndaş müxtəlif məsələlər üzrə müraciət etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müraciət edənlər 303 nəfər azalmışdır. Müraciətlərdən 60-ı torpaqla əlaqədar məsələlər, 91-i mənzillə təmin olunma və evinin təmir olunmasına köməklik, 304-ü işlə, 46-sı ünvanlı sosial yardımla təmin olunmalarına köməklik, 46-sı kommunal xidmətlərlə bağlı, 68-i müalicəsinə və təqaüdün düzəldilməsinə köməklik, 12-si görülmüş işlərin nəticəsi ilə əlaqədar minnətdarlıq və təşəkkürünü bildirmiş, 188-i isə digər məsələlərlə əlaqədar olmuşdur.

Həmçinin, İcra başçısı tərəfindən vətəndaşların qəbulu üçün təsdiq olunmuş qrafikdən əlavə olaraq 364 nəfər vətəndaş fərdi qaydada qəbul edilmişdir.

Hesabat dövründə 40 şəhid ailəsi müxtəlif məzmunlarla müraciət etmişdir. Bundan 8-i ev təmiri və mənzil məsələsi, 5-i kommunal məsələlərlə bağlı, 11 iş məsələsi, 1-i təqaüdün düzəldilməsi, 1-i tikintiyə icazə, 2-i ünvanlı sosial yardımla bağlı, 1–i bulaq tikintisi, marşrut məsələsi, 5-i torpaq məsələsi, 2-i minnətdarlıq, 3-ü digər məsələlərlə bağlı olmuşdur.

6 ay ərzində müxtəlif müraciətlərlə fərdi qəbula gəlmiş şəhid ailələrin sayı 50 olmuşdur ki, bundan 15-i işlə bağlı, 6-sı torpaq məsələsi, 10-u evinin təmiri və mənzil məsələsi, 2-si kommunal məsələlərlə bağlı, 1-i əməliyyat olunmasına köməklik, 2-i bulaq tikintisi, 3-ü ərizəsinə əsasən çağırılmış, 1-i şəhid adının əbədiləşdirilməsi, 1-i təbrik, 9-u isə digər məsələlərlə bağlı olmuşdur.

2018-ci ilin 6 ayı ərzində Qazax RİH başçısı tərəfindən kəndlər və şəhərdə 20 səyyar görüş keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 3881 nəfər, müraciət edənlərin sayı 149 nəfər olmaqla, 98 təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 36-sı (36,7%) icra edilmiş, 41 (41,9%) məsələ üzrə işlər davam edir, 21 (21,4%) təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərdən 9-u elektrik təchizatı. 3-ü qaz təchizatı, 13-ü yol infrastrukturu, 7-si su və kanalizasiya məsələləri, 16-sı işlə təmin olunma, 47-si isə digər məsələlər olmuşdur.

Cənab Prezident iyul ayının 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında rüşvətxorluqla mübarizəni xüsusi vurğulayaraq bildirmişdir ki: Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün yeni mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır.

Hər il olduğu kimi, bu il də “ASAN xidmət” Qazaxda vətəndaşlara xidmət göstərmişdir. 30 may-28 iyun 2018-ci il tarixlərində “ASAN xidmət”in fəaliyyətindən 4962 nəfər yararlanmışdır. Bundan əlavə, Respublika üzrə ilk dəfə səyyar xidmətin nümayəndələri 9 iyun 2018-ci il tarixdə şəhər 1 saylı körpələr evi-uşaq bağçasında körpələrə səyyar xidmət göstəriblər. Təşkil olunan səyyar xidmətdə şəhərdə yerləşən 1,2,3,4,5 və 6 saylı bağçaların uşaqları xidmətin fəaliyyətindən yararlanıb. Uşaqlara pulsuz olaraq şəkilsiz şəxsiyyət vəsiqələri verilib. 6 uşaq bağçasından 50 nəfər uşaqda qan analizi aparılıb və sənədləri qəbul edilib.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, 2017-ci ilin may ayının 14-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə əmakdaşlıq sazişi imzalanmışdır. İki şəhər arasında sıx əməkdaşlıq nəticəsində 21 iyun 2017-ci il tarixdə Trakay rayon bələdiyyəsinin meri Edita Rudelene və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Bu il isə həm Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, həmçinin Litvanın 100 illiyi qeyd olunur. Bu münasibətlə Trakay bələdiyyəsinin meri Edita Rudelenenin rəsmi dəvət məktubu ilə nümayəndələrimiz Trakay şəhərində “Trakay yayı - 2018” adlı bayram şənliyində iştirak etmişlər. Nümayəndələrimiz Trakay şəhərinin meri Edita Rudelene tərəfindən yüksək səviyyədə qarşılanmışlar. Hədiyyələr mübadiləsi zamanı nümayəndələrimiz Qazax xalçası, üzərində “Damcılı bulağı” və “Göyəzən dağı” əks olunmuş suvenirləri merə təqdim etmişlər.

Bundan sonra da Dövlət Proqramının icra olunmasında hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.
<!


Facebook-da paylaş