• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verib.

Çaylı kənd sakini Gülnarə Dönməzovanı ərizəsinə əsasən qəbul edən rayon rəhbəri vətəndaşın işıq sayğacında yaranmış problemlə bağlı müraciətini diqqətlə dinləyib, məsələnin araşdırılmasını və köməklik göstərilməsini tapşırıb.

Şəhər sakini Mustafayev Rəşad İsmayıl oğlu torpaq və ev məsələsinə köməklik göstərilməsini xahiş edib. İcra Başçısı vətəndaşın müraciətini və ailə vəziyyətini nəzərə alaraq mərkəzi xəstəxana binaları boşalan zaman köməklik göstəriləcəyini bildirib.

Ağköynək kənd sakini Mustafayev Ceyhun Babək oğlunun torpaq məsələsi ilə bağlı müraciətinə isə qaldırılan məsələ ilə bağlı yerində baxış keçiriləcəyi cavabı verilib.

Alpout kənd sakini, II qrup əlil Məmmədov Şəmiddin Əjdər oğlu da torpaq məsələsi ilə bağlı müraciət edib. Vətəndaşı diqqətlə dinlədikdən sonra rayon rəhbəri məsələnin araşdırılması üçün aidiyyatı şəxslərə göstəriş verib.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş