• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşın müraciətinə yerində baxılıb

Vətəndaşın müraciətinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun vətəndaşların müraciətlərinə diqqətlə yanaşması, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul etməsi, lazım gəldikdə isə özünün onların görüşünə getməsi, fəaliyyətə başladığı ilk gündən hər kəsə yaxşı məlumdur. Rayon rəhbərinin vətəndaşların müraciətlərinə yerində baxması artıq bir ənənə halını alıb.

İcra Başçısı bu gün də daha bir vətəndaşın müraciətinə yerində baxış keçirib. Dünən fərdi qəbulda olan Cəfərli kənd sakini Mehtiyeva İradə Hacıtağı qızının və bir qrup kənd sakinlərinin kombaynla bağlı müraciətlərini dinləyib və sakinlərə qaldırılan məsələ ilə bağlı köməklik göstərilməsi barədə tapşırıq vermişdi.

İcra Başçısı vətəndaşların xahişini nəzərə alaraq sakinlərin taxıl sahəsində olub, məhsulun keyyfiyyəti ilə maraqlanıb.
Vətəndaşın müraciətinə yerində baxılıb
Müraciət edən kənd sakini İradə Mehtiyeva onların müraciətinə dərhal münasibət göstərdiyinə və məsələnin həll olunması üçün tapşırıq verdiyinə görə rayon rəhbərinə öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, 1,5 hektar sahədə buğda əkmişdim. Əkin sahəmiz düşmənə yaxın məsafədə yerləşdiyindən biz öz taxılımızı biçə bilmirdik. Sağ olun ki, bizim xahişimizi nəzərə alıb kombaynla təmin etdiniz. Bu gün biz düşmənlə sərhəddə yerləşməyimizə baxmayaraq dövlət tərəfindən bizə göstərilən qayğını sizin sayənizdə hər zaman hiss edirik.

Sonra İcra Başçısı Bala Cəfərli kənd körpələr evi-uşaq bağçasına baş çəkib, körpələrə göstərilən diqqət və qayğı, yaradılan şərait və ərzaq təminatı ilə maraqlanıb.

Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
GOYEZEN.AZ


Facebook-da paylaş